post-title

Ülvi İsmayılın ittihamları və Əli Əkbərin cavabı

Dostlar dedilər ki, Ülvi İsmayıl sənin haqqında sosial şəbəkələrdə tənqid yazıb və xahiş edib yazı kultura.az-da getsin. Təəccübləndim ki, e-mail ünvanımı bilə-bilə niyə mənə yollamayıb? Olsun, nə fərq edər. Yazını yolladılar mənə, baxdım. Gördüm ki, baho adamınkı heç xahiş də deyilmiş. Yazıb ki, „Əvvəlki statuslarımı oğurlayıb xəbər elədiyin kimi, bunu da oğurla kultura.az-a qoy“.

 
Ay xatakar, mən sənin yazılarını nə zaman oğurlamışam? Emin Milli haqqında yazdığın status, o zaman aktual olan bir dartışmaya dair idi, çox əhatəli idi, maraqlı idi deyə polemikanın canlı olması üçün kultura.az-a qoymuş və Emin Milliyə söz haqqı tanımışdıq. Amma Milli, məndən fərqli olaraq sənə cavab vermək istəmədi. Bizim günahımız deyil qardaş, adam iqnora qoydu səni. Ümumiyyətlə heç cavab vermədi. 
 
Mən isə verirəm. Çünki aramızda heç bir zaman anlaşmazlıq olmayıb. Çörək kəsmişik, dost olmuşuq. Qırmızı xətləri keçmək adətim deyil. Amma sən keçdin. İndi çalışacam mən də keçmədən, cavab yazım sənə. 
 
Yazındakı „Çox adam deyirdi ki, baş qoşma ona, amma fikir vermirdim. Düşünürdüm ki, pis-yaxşı kitab yazan adamdan incimək, üz çevirmək olmaz“ kimi lirik hissələri boş verirəm. Bunlar mənasız söhbətlərdir. Baş qoşursan, qoşmursan, adam sayırsan, saymırsan, yazıçı hesab edirsən, etmirsən. Razısan ki, lirikadır? Hə, mən də yükü azaltmaqdan ötrü bu hissələri çıxarıram. İttihamlar olan pasajları kopyalayıb, onlara cavab verəcəm. Başlayaq?
 
Yazırsan ki, „O vaxt mənə dedi ki, kömək et, mən de qrant alım. Dedim ver sənədləri İREX-ə“.
 
Haqlısan. Səndən başqa belə bir xahişim heç kəsə olmayıb. Hə, bircə dəfə Mehman Əliyevlə məsləhətləşmişəm, o da deyib kültür layihələri bizlik deyil. Bəli, haqlısan Ülvi. Dost olmuşuq deyə, bircə səndən xahiş etmişəm ki, bu cür layihə batmasın, onu yaşadaq, yazıq olmasın illərin əməyinə. Çünki Asim Mollazadə 3-4 il bu layihəyə maliyyə ayırdı, amma zaman gəldi ki, dil tapa bilmədik onunla və yollarımız ayrıldı. Azadlığımızı itirmək istəmirdik. Odur ki, pulsuz işləməyə üstünlük verdik. Yazarlarımızın çoxu yoxa çıxdı və onlar, haqlı idilər. Heç kəsə deyə bilməzsən mənə pulsuz yaz. Şəxsən mən özüm pulsuz yazı yazmıram media quruluşlarına. Heç vaxt. 
 
Bəli, sən də dəstək oldun, layihəni IREX-ə verdik və 10,000 dollarlıq qrant udduq. 
 
Hə, arada yazmısan ki, içkili olmuşam, sənə zəng edib nəsə demişəm. Ülvi, əzizim, heç bilmirəm söhbət nədən gedir. Mən içki içməyi yaxşı bacarıram. Sən içən deyilsən, ola bilsin xəbərin yoxdur. İndiyəcən bircə adam olmayıb və sən də tapa bilməzsən, - mənim içib götümün açarını itirməyimə şahid olsun. Olmayıb. Əgər doğrudan da keflənib sənə zəng etmişəmsə, nəsə demişəmsə də, bu sırf dostluğumuzdandır, aradakı səmimiyyətdəndir. Lap mən içməyi bacarmayan, götünün açarını itirən adam olsaydım belə, mənim o zəif anımın şahidi kimi, sən o sirri məzara aparmalıydın. Bəlkə mən içib sənin yanında soyunub, göbək rəqsi oynayaydım? Onu da yazacaqdın? Utanmırsan. Əslində yazındakı bu cümlələr də lirikadır. Ümumiyyətlə yarım metrlik yazında israf çoxdur. İki cümlə ilə yaza bilərdin ki, „Əli Əkbər özü də qrant istəyirdi, məndən də pul almışdı“. Qurtardı getdi. Görürsən necə asandır?  
 
Ömrümdə ilk və son dəfə qrant almışam. Sənin sayəndə, bəli. IREX-dən. 10,000 dollarlıq qrant idi, amma biz bu qrantın 5 minini alandan sonra, qalan hissəsindən imtina etdik. Çünki bezdik. İstəmədik. Bəlkə səni əsəbiləşdirən elə budur? Azərbaycan tarixində qrantdan könüllü imtina nümunəsi varmı?
 
Əlbəttə səninlə məsləhətləşməli idim. Kultura.Az layihəsi batırdı. Biz də qrant nədir bilmirik, xəbərimiz yoxdur. Sonra sənin sayəndə bu sistemin içinə girdik, tanıdıq və yarım il də, məbləğin yarısını alıb sayta xərcləyəndən sonra, qalan yarısından imtina etdik. Bu qədər. Get o IREX, o da sən. Araşdır. 
 
Qaldı ki, sənin mənə nəsə pul verməyin. Vallah ayıbdır. O dövrdə dostlardan kim nə bacarırdı, dəstək olurdu sayta. Yazmısan ki, mən səndən pul alıb özümə mebel almışam. Heç utanıb yerə girirsən? O dövrdə bir yandan sayt əldən gedirdi, bir yandan da mən yeni evimin təmiri ilə məşğul idim. Düz deyirsən. Ona görə də, adicə hostingin pulunu ödəyə bilmirdim. Yəni cibimdən bir qəpik də sayt üçün xərcləyə bilmirdim. 250 manata mebel var, ay Ülvi? Başına hava gəlib, əzizim? 250 manat saytın bir illik hosting xərcidir.
 
O ağır dövrdə sayta da, ümumilikdə bizə də maddi dəstək Yalçın Nəsirov adlı iş adamı dostumuz tərəfindən olunub. Sonda məcbur qalıb ondan yardım istədim və o, yetişdi, yardım etdi, indiyə qədər də sayt onun adındadır. O adam başqalarına da, məsələn məhbus ailələrinə də yardım edir. Sözüm onda deyil. Bəs o nə etsin? Onun indiyə qədər bizə verdiyi pulların sayı hesabı yoxdur. Iyirmi mindir, otuz mindir – doğrudan sayı bilinmir. O da sənin kimi qalxıb aləmə car çəksin ki, on minlərim gedib bunlara? 
 
Yazırsan ki, facebook-a qayıdıb məni dostluğa almır. Ay kişi, facebook nədir?! Facebook mesenger söhbətini açandan və bu xidmət vasitəsilə online zənglər imkanı yaradandan sonra, özümə başqa adla hesab açıb, ora iyirmi-otuz adamı yığmışam ki, smartfonumdan rahat çatlaşım, zəngləşim. BU hesabın daşı nə ağır olub, ay qardaş. Öz adıma deyil və mən onun yayılmasını istəmirəm. Səndə nömrəm var, məndə sənin nömrən var. Email var. Başqa vasitələr var. Sən illah ki, həmin facebook hesabında da mənimlə dost olmaq istəyirsənsə, gəl ol. Sonra? Deməli sənin dərdin bu imiş?
 
Ülvi, mənim maşınımla nə işin var? Mən o maşını 14 minə, işlədiyim banka kreditə saldırıb almışdım. Qrant pulları ilə almamışdım. Əcəb eləmişdim. Mənim maşınımda nə çox adamın gözü var imiş. Sən yaxşı bilirsən hansı qrantyeyənlər kef eləyir, lüks içində yaşayır. Mənim yazımın sənə nə aidiyyatı vardı ki, düşdün ortaya, ay xatakar? Yoxsa dərd elə facebook dərdidir? Yenə də deyirəm – mən facebookda yoxam! Yoxam! Olmadığım yerə səni necə dost çağırım? O hesab dostluq üçün, ünsiyyət üçün deyil. Dar bir çevrə ilə çatlaşmaq və zəngləşmək üçündür. İnan elə adamlar var ki, onlar yalnız facebookdadır və mən bununla hesablaşmağa məcburam. Ona görə məcbur olub özümə mesenger yükləmişəm. Nə istəyirsən məndən, ay Ülvi? 
 
Ülvi, qardaş, sənin başın xarab olub deyəsən. Get bir otur düşün ki, mən bu sözləri niyə yazdım. Əlinin yazdığı məqalənin mənə nə dəxli var. Mən niyə onu öz üstümə götürməliyəm.
 
Ülvi, çörəyi filan istəyirsən sikdir et, özün bilərsən. Amma xoş günlərin, xatirələrin üstündən xətt çəkmə. Mənim səninlə qərəzim, düşmənliyim yoxdur. Sənin xətrini çox istəyirəm. Elə olmasın ki, üz-göz olaq.
 
Hə, bir də unutma ki, „ən böyük biclik dürüstlükdür“ deyimini məndən yaxşı həyata keçirən yoxdur. Çox şəffafam Ülvi. Heç kəsin, bu dünyada heç bir allah bəndəsinin əlində belə bir bilgi yoxdur ki, onu açıqlayacağı təqdirdə dünyam yıxılsın. Heç kəsin! Mənə batmaq, hansısa faktı açıqlayaraq məni məhv etmək filan – bunlar boş xəyallardır. 
 
Həyatını yaşa Ülvi.
 
Əli Əkbər
 
Yuxarı