Çarlız Dikkens - Uşaqların xilaskarı

Литература

Bəzən ədəbiyyat qanunlardan daha güclü olur

Çarlz Dikkens uşaqların ən böyük müdafiəçilərindən biri olub. Uşaqların taleyi barədə sayıqlığı artırmaq üçün o, müxtəlif sosial islahatların təməlini qoymaqla, çox güman, bütün yazıçılardan daha çox iş görüb. Yoxsulluğun və istismarın uşaq nöqteyi-nəzərindən necə göründüyünü başa düşmək istəyən səhiyyə mütəxəssisləri və qayğılı vətəndaşlar Dikkensin “Oliver Tvist”, “Devid Kopperfild” və “Balaca Dorrit” kimi əsərlərindən çətin ki, daha zəngin bir mənbə tapa bilərlər.

Çarlz Dikkens 1812-ci ildə Portsmutda 8 uşaqlı ailədə doğulub. Dikkens 12 yaşında olarkən atası borclular həbsxanasına məhkum edilir. Yeniyetmə Dikkens gündə 10 saatlıq növbə ilə ayaqqabı cilalayan fabrikdə işləyir. 20 yaşlarında o, “Bozun eskizləri” və “Pikvik Kağızları” kimi erkən işlərini nəşr edir. 24 yaşında isə ona nəhayətdə 10 uşaq doğacaq Katerine Hoqart ilə evlənir. Tezliklə Dikkens öz romanlarının serial versiyalarını çap etməyə başlayır.

Dikkensin ikinci romanı “Oliver Tvist” islah əmək düşərgəsində dünyaya göz açan və bir sahibkara şagirdliyə verilən yeniyetmə bir yetimdən bəhs edir. Buradan qaçdıqdan sonra o, bir oğru dəstəsinin təsiri altına düşür. O, həmçinin bir gənc qızla da rastlaşır, ona simpatiya bəsləyən yeganə qəhrəman olan bu qız zorakı bir münasibətə düçar olub. Dikkens həm qanuni, həm də qeyri-qanunu müəssələrdə uşaq əməyinin qatı tənqidçisi idi və uşaqların küçələrdə yatmasına icazə verən cəmiyyətin riyakarlığını ifşa edirdi.

Dikkens Britaniyanın rəsmi islah əmək düşərgələrində sakin olanlara yardımı məhdudlaşdıran zəif qanunlarına olan son düzəlişlərə reaksiya verirdi. Qanunların məqsədi bəlkə də avaraçılığı cəzalandırmaq və əməklə fəzilət arasındakı bağlılığı gücləndirmək idi, amma praktiki baxımdan bu qanunlar uşaqlara istehsalat birlikləri kimi davranmağa gətirib çıxarırdı. Dikkensin özünün də bu cür ağrı-acı yaşadığı faktını nəzərə alanda, iynələyici müdafiəsi daha kəskin xarakter alırdı.

Dikkensin səkkizinci romanı “Devid Kopperfild” ən avtobioqrafik olanıdır. Romanda atasının ölümündən 6 ay sonra doğulan və anasıyla ev qulluqçusunun tərbiyə etdiyi bir oğlandan bəhs edilir. Devidin anası qəddar bir adamla evlənəndə, o, sadist bir direktorun başçılıq etdiyi internat məktəbinə göndərilir. Oğlan məktəbdən qaçır və Vikfieldslər ailəsinə sığınır və onların qızı Aqnesə aşiq olur. Ən sonda da o, Avstraliyaya köçərək yazıçı olur və Aqneslə evlənir.

Bu romanı güclülərin zorakılığına məruz qalan zəiflərin hekayəti adlandırmaq olar. Uşaqlar, xüsusilə yetimlər, qadınlar və əqli məhdudiyyəti olanlar aramız əziyyətə düçar olurlar. Dikkensin təklif etdiyi yeganə həll belə görünür, zəiflərin güclülər arasında müttəfiq axtarmasıdır – və ya daha dəqiqi, güclülərin özlərini yetirməsi, zəifləri müdafiə etməsi və dəstəkləməsidir. Hətta daha artığı, ehtiyacı olanların həyata sarılması üçün güc fəzilətlə müttəfiq olmalıdır.

Dikkensin 11-ci romanı “Balaca Dorrit” isə borclular həbsxanasında böyüyən və ömrünün böyük hissəsini burada keçirən Emi Dorrit adlı balaca qızcığazdan bəhs edir. Buna rəğmən o, bacarıqlı və qayğıkeş bir insan kimi böyüyə bilir. Onun dərzi kimi çalışdığı ailənin oğlu Artur ona vurulur. Zaman keçdikcə, Dorritlər ailəsi varlanır, Artur isə borca düşür. Sonradan məlum olur ki, anası Artura və Dorritlərə yalan danışırmış, beləliklə, Artur və Balaca Dorrit evlənmək üçün sərbəstlik əldə edirlər.

Arturun anası kimi insanlar hər şeyə, hətta uşaqlara belə, əldə edə biləcəkləri qazanc kimi baxırlar. Ədalət, mərhəmət, sevgi - çəkisiz, ölçüyə gəlməz və ya qiymətsizdirlər, bu nöqteyi nəzərə görə də, dəyərsizdirlər. Var-dövlətin, prestijin və səthiliyin insani yaxşılığın qarşısını kəsdiyi bir dünyada uşaqlar necə çiçəklənə bilərlər? Burada ki tamahkarlıq hökmran, məhəbbət isə demək olar ki, çürüməyə məhkumdur.

Dikkensin uşaqların rifahı sahəsindəki ən vacib töhfəsi uşaqların taleyi məsələsində ictimai sayıqlığı artırması idi. Birləşmiş Krallıqda ilk uşaq xəstəxanası “Great Orman Street”in əsası 1852-ci ildə qoyulub. J.M. Barrie “Peter Pan”ın müəlliflik hüququnu məhz bu təsisatda vəsiyyət edib. Dikkensin yazıları təkcə bu xəstəxanaya maliyyənin ayrılmasına gətirib çıxan ictimai dəstəyi yaratmaqla qalmamış, həmçinin o, uşaqların xəstəxanasını öz əsərlərinə daxil etmişdi.

Uşaqların rifahına Dikkensin verdiyi töhfələrini bəlkə də britaniyalı aktyor Simon Kallou qədər yaxşı ifadə edən olmayıb, aktyor onun barəsində belə yazıb:

“Onu [Dikkensi] belə çox sevməyimin səbəbi odur ki, ən aşağıları təcrübədən keçirməklə, o, ölənə qədər özünü, həyatı və əsərləriylə cəmiyyətin törətdiyi yanlışları düzəltməyə həsr edib, ən əsası isə o, məzlumlara səs verib. Yazmağa başladığı andan etibarən o, insanlıq üçün danışıb və insanlar buna görə də onu seviblər, mən də həmçinin”.



Kultura.az | Developed by Samir Yahyazade