post-title

Nicat Məmmədov: Oxu və oyan!

Hamımıza köhnə “Öz yurdunda adam peyğəmbər olmur” deyimi tanışdır. Sıravi azərbaycanlı rahat şəkildə bu deyimi həyatının şüarına çevirə bilər, çünki o, hətta yerli pop-müğənniləri ölkə xaricində uğur qazandıqdan sonra qəbul etməyə başlayır. Bir-birimizə qarşı bu münasibət dərin şəkildə milli xarakterimizə hopub. Bizim milli huşsuz folklorumuzdan bir misal: “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı”. Belə çıxır ki, biz bunu anlamadan, öz ölkəmizi bir məzarlıq kimi qəbul edirik? Bəs yaxşı, əgər insanımız hansısa səbəbə görə xaricə gedə bilmədisə, deməli bu məzarlığın qarovulçusu, və ya, daha dəhşətlisi, bir meyitdir?

Ömrümün əksər hissəsini keçirdiyim Köhnə Əhmədlidə, qəbiristanlıqda yaşayan bir molla ailəsi var idi. Böyük qızlarını kirayə qalan pakistanlıya ərə vermişdilər və buna çox sevinirdilər. Usanmadan hər yerdə “Qızı xariciyə verdik, xariciyəəə!!!” deyə bağırırdılar.

Lakin bizim cəmiyyətdə deyil, icma daxilində yaşamaq istəyimizdən qürurlanmağa haqqımız yoxdur. “Müasir Avropa fəlsəfəsi oçerki”ndə Merab Mamardaşvili faşist Almaniyası timsalında icma həyatı və psixologiyasının təhlükəsi barədə xəbərdarlıq edir. Görkəmli filosof növbəti fikri sübut edir: xalqın hakimiyyət bölgüsü olmadan mövcudluğu və özünü idarə etməsi haqda düşüncə ona gətirib çıxarır ki, cünun fürer xalqı öz ağılsızlığına yoluxdurur və onunla qüvvətləndirir.

Şübhə edirəm ki, hardasa şüurumuzun dərin qatlarında biz ölü olduğumuzu anlayırıq. Yəni Mamardaşvilinin dediyi kimi, hələ ki ilk dəfə doğulmuşuq və ət maşınları kimi yaşayırıq. Biz ən çox “ikinci doğuluşdan”, ayılmadan,  ruhun və intellektin həqiqi həyatı üçün yenidən dirilməkdən qorxuruq. Cəlil Məmmədquluzadənin “Ölülər”ini bu prizmadan başa düşmək olmazmı?

Doğuluş travması birinci və ən ağır travmadır. Lakin bir çox travmanı 3 praktika sayəsində dəf etmək olar: tənqidi düşüncə, mötədil sinizm, yumor hissi. Bu naməlumluq, yeni, əsl həyata göz açmaq qorxusunu aradan götürən bir çeynənmiş lətifə danışım:

“Əkizlər ananın qarnında oturublar. Biri digərindən soruşur:

Necə düşünürsən, bayırda nə isə var?
Bilmirəm. Hələ ki oradan qayıdan olmayıb, – deyə o birisi cavab verir”.
 
Nobel laureatı, şair və tənqidçi Tomas Sternz Eliotun çox gözəl bir ifadəsi var: “Vətənpərvərlik özün üçün seçdiyin peşəyə olan sədaqətdən başlayır”. Bənzər, lakin yerli reallıqlara uyğunlaşdırılmış deyimi, BDU-nin fəlsəfə fakültəsində oxuyarkən bir müəllimimdən eşitmişdim: “Bax mənə deyirlər ki, o uşağa qiymət yaz, yaxşı oğlandır. Bu mənim üçün çətin deyil, yaza bilərəm və onun yaxşı olub-olmamağı vacib deyil. Metronun girişində saysız-hesabsız yaxşı oğlanlara rast gələ bilərsən. Ölkəyə yaxşı oğlanlar yox, profesionallar lazımdır”.

Bu fikirləri ona gətirirəm ki, xammal kimi biz azərbaycanlılar son dərəcə istedadlıyıq. Vallah! Gəlin sızıldamağı, başqalarının qorxması üçün özümüzə vurmağı yığışdıraq. Bizi qardaş türkiyəlilərlə müqayisə etsək, bizim təkcə ticarət işlərində özünü biruzə verməyən, təbii kreativliyimizi aydın şəkildə görmək olar. Əslində bizə cır istedadımızı yonub müasir reallığa calayacaq, bir azca əməksevərlik və anlayışlıq lazımdır.

Məhz anlayışlığımızın sayəsində, sənin bütün nailiyyətlərinin və uğurlarının qeyd olunmaması lazım gələn, onların bəxt və ya ifşa ərəfəsində bir dələduzluq olduğu təəssüratına bağışlayan, ümummilli fırıldaqçı sindromumuzu görə bilirik. Psixoloqların dediyinə görə bu sindrom bizdə hələ uşaq ikən formalaşır: valideynlər ya uşağı həddindən artıq tərifləyir, ya da onun hər sözünün, fikrinin, hərəkətinin əhəmiyyətini inkar edir ki, nəticədə bu kompleks artıq bizim iliyimizə işləyir və artıq bu cür yetkinlik halına çatmış insan valideynlərinin narazı obrazlarını sezir.

Öyrənilmiş əlacsızlıq bizim başımıza ucalıq gətirmir. Eləcə də öz məharətlərimizin gizlədilməsi və alçaldılması. Biz nigarançılıq bilmədən həyat yaşamaq naminə qurduğumuz taleyimizə görə məsuliyyət daşıyırıq.

varyox.az
Yuxarı