İki böyük klassikin əsərləri Azərbaycan dilində!

Литература

"Qanun" nəşriyyatında dahi ingilis yazıçısı Çarlz Dikkensin və görkəmli fransız yazıçısı Emil Zolyanın kitabları işıq üzü görüb. 

XIX əsr klassik fransız naturalist nəsrinin parlaq və ziddiyyətli simalarından biri olan Emil Zolyanın (1840-1902) “Tereza Raken” (1867) romanı 150 il ərzində müxtəlif dillərə tərcümə olunaraq, oxucular tərəfindən maraqla qarşılanıb. Ehtirasın doğurduğu cinayət və qatillərin cinayətdən sonrakı psixoloji sarsıntıları, peşmançılıq və özünə haqq qazandırmaq cəhdi roman boyu oxucunu arxasınca aparır. Romandakı sevgi, iki insanın bir-birinə öyrəşməyi üzərində qurulub. 

Çarlz Dikkensin “İki şəhərin hekayəti” əsəri ingilisdilli ədəbiy­yatda populyar romanlardan biri hesab olunur. Elə təkcə ingilis dilində bu roman 200 milyon tirajla çap olunub. Dramatik hadisələrlə dolu, çox maraqlı bir əsər olan “İki şəhərin hekayəti” romanı Azərbaycan dilində ilk dəfə çap olunur.
Kultura.az | Developed by Samir Yahyazade