"Yol" kitabı təqdim ediləcək

Литература

Yazıçı, publisist Cavid Ramazanlının kitabı "Yol" hekayələr toplusu oxuculara təqdim ediləcək. 

Uzun müddət publisist kimi tanınan Cavid Ramazanlı ilk kitabında özünü yazıçı kimi sınayıb. Axıcı bir dillə qələmə alınan hekayələr həm dərin psixoloji, həm də realist, yumoristik məqamlarıyla seçilir. "Yol" həmçinin konseptual olmasıyla fərqlənir, belə ki, kitabda yer alan hekayələrdə bütün əhvalatlar səfərdə baş verir, beləliklə, qəhrəmanlar bir yol qət etmiş olurlar. 

"Yol" kitabının təqdimat mərasimi 13 Yanvar, 16.00-19.00 arasında World Language Center-də keçiriləcək. 

Ünvan: Bakı, Said Rustamov 17. M. F. Axundov bağının yaxınlığında. 
Kultura.az | Developed by Samir Yahyazade