post-title

Gi dö Mopassan - Eybəcərlər anası

Mən bu yaxınlarda çimərlikdə, bütün varlıların sevimlisi, kübar mühitində yaxşı tanınan, hamını valeh edib hörmət qazanan cavan, zərif, gözəl-göyçək bir parisli xanımı görəndə o iyrənc, murdar hadisə və o mənfur qadın yadıma düşdü.

Söyləmək istədiyim əhvalat çoxdan olmuşdu, amma elə hadisədir ki, onu heç cür unutmaq olmur.

Dostlarımdan biri məni öz kiçik əyalət şəhərlərinə qonaq çağırmışdı. O öz şəhərlərinin bütün görkəmli yerlərini mənə göstərdi. Məni hər yerə apardi; öz gözəlliyi ilə şöhrət qazanmış bütün mənzərəli yerlərə tamaşa etdik, qədim qəsrlərə, emalatxanalara, xarabalıqlara, kilsəyə getdik, qədimdənqalma şəbəkəli, naxışlı qapılara, abidələrə, nəhəng gövdəli qəribə ağaclara, müqəddəs Andrey palıdına, rokbuaz qaraçöhrəsinə - həmişəcavan ağacına baxdıq.

Mən bütün bu tamaşa edilməli yerlərə dostumun xatirinə heyranlıq və valehliklə baxandan sonra o, kədərlə dedi ki, daha sənə göstərilməli yer qalmadı. Mən yük altından çıxmış kimi nəfəsimi dərib yüngülləşdim və fikirləşdim ki, şükür, indi ağaclann kölgəsində uzanıb dincələ bilərik. Amma dostum gözlənilmədən qışqırdi:

- Az qala yadımdan çıxmışdı, bizdə bir "eybəcərlər anası" da var, onu mütləq sənə göstərməliyəm.
- "Eybəcərlər anası" nədir? - deyə soruşdum.
- Çox iyrənc arvaddır, əsl iblisdir. Bu murdar arvad, hər il olduqca eybəcər, iyrənc, adamı dəhşətə gətirən əcaib uşaqlar doğur və onlan panoptikumlara - qəribə şeylər saxlayan adamlara satır. Bu ədaflar isə həmin arvadın yeni bir eybəcər dünyaya gətirib-gətirmədiyini bilmək üçün vaxtaşırı ona baş çəkir, əgər doğulmuş uşaq xoşlarına gəlsə, götürüb apanr və anasına renta verir, hər ay pul göndərirlər.

İndi həmin arvadın düz on bir eybəcər uşağı var, özü də onların hesabına əməlli-başlı varlanıb.

Görürəm, mənə inanmırsan, elə bilirsən zarafat eləyirəm və dediklərimin hamısını özümdən uydururam. Qətiyyən yox. Mən sənə olan şeyi, lap gerçək bir əhvalat danışıram. Gedək o arvadı sənə göstərim, öz gözlərinlə gör, sonra onun nə yolla eybəcər uşaqlar doğduğunu sənə söylərəm.

Dostum məni şəhərin kənanna apardı.

Bu arvad lap yolun kənannda gözəl bir evdə yaşayırdı. Hər şey göz oxşayırdı, səliqə-sahman vardı, bağça ətirli çiçəklərlə dolu idi. Heç nə demək olmazdı, axı bura mərhum bir notariusun evi idi.

Qulluqçu qız bizi kiçik bir kənd evindəki qonaq otağına apardı və bu yaramaz arvad bizim görüşümüzə gəldi.

Onun qırx yaşı olardı. İribədənli, irisümüklü, amma yaraşıqlı, möhkəm, güclü, bir sözlə, əsl ətli-canlı, sağlam, inəyəoxşar bir kəndli qadını idi.

O bilirdi ki, hamının ondan zəhləsi gedir, ona görə də yanına gələnlərin hamısını qəzəbli bir həqarətlə qarşılayırdı.

Bizi görən kimi:

- Sizə nə lazımdır? - deyə soruşdu.
Dostum cavab verdi:
- Deyirlər, sizin kiçik uşağınız çox adi uşaqdır və qardaşlarına qətiyyən oxşamır. Mən bunu qəti bilmək istəyirəm, öz gözlərimlə görmək istəyirəm ki, görüm deyilənlər düzdürmü?
O, bizi qaşlarının altından süzdü və cavab verdi:
- Yox, yox, cənab, sizə düz deməyiblər, əksinə, bu uşaq lap eybəcərdir, qabaqkılann hamısından lap dəhşətlidir. Allah məni qarğıyıb, bəxtim gətirmir, neyləyim? Hamısı bir-birinə oxşayır, hamısı elədir, elə bil, it nəfəsi dəyib. Bilmirəm, mən bədbəxtə, mən yazığa niyə Allahın qəzəbi keçib, axı niyə?
O, tez-tez, hiyləgəriliklə gözünü yerə dikərək danışırdı və özünü ürkmüş vəhşi heyvan kimi aparırdı.
O, səsinin sərtliyini azaltmağa çalışır və özünü ağlamsınmış kimi göstərirdi, amma adama qəribə gələn də bu idi ki, bu cür yeknəsəq, kişi səsinə oxşar zil səslər, elə bil, yalnız canavar kimi ulamaq və azğın hərəkətlər üçün yaranmış bu yekəpər, heyvərə, irisümüklü. nahamvar arvaddan çıxırdı.
  Dostum ona dedi:
- Sizin balacaya baxmaq olmazmı?
Mənə elə gəldi ki, arvad qızardı. Ola bilsin. mən səhv edirəm. Bir az dayandı və çox sərt halda soruşdu:
- Nəyinizə Iazımdır?
Başını qaldınb bizi iti və kəskin baxışlarla süzdü. Dostum sözünə davam etdi:
- Siz nə üçün uşağı bizə göstərmək istəmirsiniz? Axı siz uşağı çox adama göstərirsiniz.  Özünüz bilirsiniz ki, kimi deyirəm.
Arvad diksindi və səsinə, hərəkətlərinə, qəzəbinə sərbəstlik verərək üstümüzə bağırdi:
- Deyin görüm, buraya nə üçün gəlibsiniz, hə? Məni ələ salmaq istəyirsiniz? Mənim uşaqlanm heyvana oxşadığına görə ona baxmaq istəyirsiniz? Siz onu görməyəcəksiniz, qulağınızın dibini görsəniz, onu da görərsiniz! Rədd olun buradan, cəhənnəm olun! Hamınızın əlindən təngə gəlmişəm! Zəli kimi nə yapışıbsınız məndən?!
Əlini belinə qoyub üstümüzə gəlirdi. Onun bağırtısını eşidən kimi qonşu otaqdan həm naləyə, həm də moyultuyabənzər bir səs eşidildi. Bu səs səfeh bir varlığın şikayət dolu səsinə oxşayırdı. Mən sarsıldım və biz dalı-dalı geri çəkildik.
Dostum onu hədələdi:
- Yaxşı, iblis, (camaat ona iblis deyirdi) özünü gözlə, bir vaxt bunların əvəzini səndən çıxacaqlar.
Arvad qəzəbindən tir-tir əsdi, özündən çıxdı və yumruğunu hərləyib bağırdi:
- Cəhənnəm olun, yırtıcılar, mən nəyin əvəzini verməliyəm, hə? Rədd olun!
O az qaldı ki, bizim boğazımızdan yapışsın. Tələsik ondan aralandıq. Lap pərt olmuşduq.
Dostum qapıdan çıxan kimi soruşdu:
- Gördün? Hə, gördün? Xoşuna gəldi?
Mən:
- İndi danış görüm, bu zibil kimdir? - deyə soruşdum.
Əsən sərin küləyin sakit dəniz kimi dalğalandırdığı boy atmış taxıl zəmilərinin arasından keçən geniş, ağımsov yolla gedə-gedə dostum həmin qadın haqqında bu əhvalatı danışdı.
   
Bu arvad əvvəllər fermada qulluqçu işləyirdi. Çox ehtiyatlı, təmkinli və işlək bir qız idi. Onu oğlanlarla bir yerdə görən olmamışdı, onun kişiləri görəndə suyulduğu heç kəsin gözünə dəyməmişdi.

O da, başqa qulluqçu qızlar kimi biçin vaxtı dərzlərin arasında, axşamüstü, göyün üzünü qara buludlar bürüyüb şaqqıldamağa hazırlaşan vaxtı, havadan təndirdən qalxan od kimi isti yağdığı və günün altında yanıb qaralmış oğlanlarla qızlann bədənindən tər su kimi axdığı vaxtda günah işləmişdi.
Bir azdan hiss etmişdi ki, uşağa qalıb, həya və xəcalətdən az qalmışdı yerə girsin.
Bu biabırçılığın üstünü örtmək, başqalanndan gizlətmək lazımdı, ona görə qarnına taxta qoydu, kəndirlə möhkəm sanyıb sıxdı. Qarnındakı uşaq böyüdükcə kəndiri daha möhkəm çəkir, taxtaları daha möhkəm sıxır, bütün ağrı və əziyyətlərə mərdanəliklə dözür, həmişə gülümsünür və özünü elə apanrdı ki, guya, heç nə yoxdur, əwəlki kimi yüngül və cəlddir.
O, qarnını möhkəm sarıya-sarıya öz uşağını hələ ana bətnində şikəst etmişdi, onu əzmiş və eybəcərləşdirmişdi. Uşağın başı yastılanmış, gözləri pırtlayıb irəli çıxmışdı. Qolları və qılçaları üzüm tənəyi kimi uzanıb əyrim-üyrüm olmuşdu, barmaqları hörümçək əlləri kimi idi.
Uşağın qarnı bapbalaca, qoz kimi dəyirmi idi.
Arvad payız günü, səhər tezdən, elə taxıllann arasında doğdu. Alaq vuran qızlar onun başına yığılıb kömək eləmək istəyəndə, onun bədənindən çıxan eybəcər və əcaib məxluqu görüb dəhşət içində qışqırıb qaçmışdılar. Dərhal hər yerə xəbər yayılmışdı ki, bu qız şeytan doğmuşdur. Elə o vaxtdan bu arvadın adını iblis qoydular.
Qızı qovdular başqa yerə. O, sədəqə ilə dolanmağa, bəlkə də, kim bilir, gizlicə kişilərlə görüşməkdən əldə etdiyi qazancla dolanmağa başladı. Bir də şeytandan və cəhənnəmdən qorxmayan o qədər kişi var ki! Qız da ətli-canlı və gözəgəlimli idi.
O özünü və əcaib uşağını saxlayıb böyüdürdü. Amma hiss olunurdu ki, uşağa nifrət edir, həm də dəhşətli dərəcədə nifrət edir, əgər baş verə biləcək işi əvvəlcədən duyan keşiş ona hədə-qorxu gəlməsəydi və onu məhkəmə ilə qorxutmasaydı, kim bilir, bəlkə də, uşağı çoxdan boğub öldürmüşdü.
   
Ancaq bir dəfə buradan ötən oyunbazlar eşitdilər ki, bu yerlərdə çox əcaib bir uşaq böyüyür və qərara aldılar ki, həmin uşağa baxsınlar, əgər onların istəklərinə uyğun gəlsə, alıb özləri ilə aparsınlar. Uşaq xoşlarına gəldi və arvada beş yüz frank nağd pul verib, eybəcəri aldılar.
Arvad əvvəlcə utandı və öz uşağını göstərmək istəmədi, amma sonra başa düşdü ki, uşağın əvəzinə pul almaq olar və bu adamlar, doğrudan da, müştəridirlər, başladı çənə-boğaz eləməyə, uşağın eybəcərliklərini sadalayıb bir kəndli inadı ilə hər qəpikdən ötrü höcətləşib malının qiymətini artırmağa.
O qorxurdu ki, onu aldadarlar, ona görə müştəriləri məcbur etdi ki, kağıza qol çəksinlər. Belə şərtləşdilər ki, eybəcər uşağın əvəzinə verilən nağd puldan başqa hər il dörd yüz frank da göndərsinlər. Elə bil, eybəcər uşağı satın almırdılar, onu öz yanlarında qulluğa götürürdülər.
Bu gözlənilməz qazanc arvadın ağlını başından aldı və o, çox gəlir əldə etmək, varlı burjualar kimi rentaya sahib olmaq məqsədi ilə yeni eybəcərlər doğmaq həvəsinə düşdü.
Arvad doğub-törəyən olduğuna görə tez-tez uşaq dünyaya gətirməyə başladı, həm də bu uşaqlan istədiyi şəklə salmağa, onları hələ ana bətnində olarkən taxtalarla gah yandan, gah ortadan sarıyıb eybəcərləşdirməyə bir-birinə oxşamayan, müxtəlif şəkilli əcaiblər yaratmağa başladı.
Onun uşaqlarının bəzisi upuzun doğulub kərtənkələyə bənzəyirdi, bəzisi isə göpgödək olub xərçəngi xatırladırdı. Uşaqlann ölənləri də olurdu, onda arvad yaman kədərlənirdi.
Məhkəmə işçiləri bu dəhşətin qabağını almaq istədilər, amma bir şeyə nail ola bilməyəcəklərini başa düşüb geri çəkildilər, arvaddan əl çəkdilər və arvad eybəcərlər doğmağında davam etdi.
Hal-hazırda onun bu cür on bir eybəcər uşağı var, onlar ildə analarına nə az, nə çox, düz dörd-beş min frank gəlir gətirirlər. Uşağın birini hələ aparmayıblar. Bu uşaq anasının bizə göstərmək istəmədiyi həmin uşaq idi. Amma bu uşaq onun yanında çox qalmayacaq. Oyunbazların hamısı bu arvadı tanıyır, gec-tez gələcəklər, təzə bir eybəcərin olduğunu öyrənib aparacaqlar.
Arvad, uşaq həddindən artıq eybəcər olanda qiymət üstündə çox çənə-boğaz edib, baha qiymətə satmağa çalışır.
    
Dostum susdu. Bu iyrənclikdən ürəyim bulanırdı, qəzəbimdən titrəyirdim və onu əlimin altında olanda boğub öldürmədiyimin peşmançılığım çəkirdim.
- Bəs uşaqlann atası kimdir? - deyə soruşdum.
- Məlum deyil. Deyəsən o, ya da onlar bir balaca həya edirlər. Gizlənirlər. Bəlkə də, arvad öz gəlirini onlarla bölüşdürür.
Bu əhvalat yadımdan çoxdan çıxmışdı. Amma bu yaxınlarda dəbdə olan çimərliklərin birində gözəl-göyçək, zərif, hamının hörmət etdiyi, kişilərin qarşısında baş əydiyi nazlı-qəmzəli bir xanım gördüm.

Mən bu kurortun həkimi olan dostumla qol-qola çimərlikdə gəzirdim. On dəqiqədən sonra qumun üstündə oynayan üç uşaq gördüm. Dayələri də yanlarında idi.
Qumun üstünə balaca qoltuq ağacları atılmışdı. Mən həyəcanlandım. Gördüm ki, uşaqlann üçü də şikəstdir, qozbeldirlər, ayaqları əyridir, bir sözlə, eybəcərdirlər.
Doktor uşaqları mənə göstərib:

- Bax, bunlar, indicə gördüyün qəşəng xanımın uşaqlarıdır. - dedi.
Mənim ürəyim ağrıdı, ona və onun uşaqlarına yazığım gəldi.
- Yazıq arvad, - heyifsiləndim, - belə dərdi olanın, görəsən, qaşqabağı açılarmı?
Dostum mənə:
- Əzizim, ona yazığın gəlməsin. - dedi, - yazıq, bu bədbəxt uşaqlardır. Anaları hamilə olanda axıracan belinin incəliyini saxlamaq istəmiş və uşaqlar bu günə düşmüşdür. Arvad hamilə vaxtı həmişə korset bağlamışdır, korset sıxıb bu bədbəxtləri şikəst etmişdir. Bu xanım çox gözəl bilir ki, öz həyatını təhlükəyə atır, ancaq bundan qorxmur. Ona axıracan gözəlliyini itirməmək və kişilərin xoşuna gəlmək lazımdır.

Və mənim yadıma başqa bir qadın, öz eybəcər uşaqlarını satan «İblis» düşdü.

Yuxarı