Aleksandr Soljenitsının şah əsəri Azərbaycan dilində

Литература

Görkəmli rus yazıçısı Aleksandr Soljenitsının totalitar sosialist rejimində xalqın faciəsini əks etdirən “QULAQ arxipelaqı” əsərinin 1-ci cildi 1973-cü ildə Fransada işıq üzü gördü. 1974-cü ildə Soljenitsına qarşı sovet mətbuatında aparılan kampaniyanın həddi-hüdudu yox idi. Soljenitsın həbs edilmişdi, “vətənə xəyanət”də günahlandırılırdı, sovet vətəndaşlığından məhrum edilmiş və məhkəmə qərarı olmadan ölkədən çıxarılmışdı.

Yazıçı 1973-cü ildə əsəri barədə yazırdı: "Ürəyimdə utancaqlıq hissi, illərlə bu hazır kitabı çap etdirməkdən özümü saxlayırdım: sağ qalanlar önündəki borcum ölüb getmişlər önündəki borcumu hələ üstələyirdi. İndisə dövlət təhlükəsizliyi bu kitabı ələ keçirdiyindən mənə artıq onu təcili çap etdirməkdən başqa yol qalmayıb".

“QULAQ arxipelaqı” əsərinin I cildi (birinci və ikinci hissələr) "Qanun" nəşriyyatında Azərbaycan dilində nəşr olunub. 

Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade