Bertran Rasselin məşhur kitabı azərbaycanca çıxdı

Böyük ingilis riyaziyyatçısı, filosofu və ictimai xadimi Bertran Rasselin 1912-ci ildə işıq üzü görmüş “Fəlsəfənin problemləri” əsəri çap olunduğu gündən indiyədək ingilisdilli ölkələrdə fəlsəfə ilə ilkin tanışlıq üçün ən yaxşı kitablardan biri sayılmaqdadır. Əsərin yazı dilinin elmi-populyar stildə olması onu təkcə fəlsəfə üzrə çalışanlar üçün deyil, həm də çox geniş oxucu çevrəsi üçün də anlaşıqlı bir kitaba çevirir. Baxışlarınıza çatdırdığımız bu əsərin fəlsəfə üzrə zəruri biliklər qazanmağınıza və ümumilikdə maraq dairənizin genişlənməsinə xidmət göstərəcəyini düşünürük.

Kitabı dilimizə Araz Gündüz çevirib
Kultura.az | Developed by Samir Yahyazade