Nərmin Kamalın yeni kitabı nəşr olunub

Литература

Yazıçı Nərmin Kamalın "Küçədən keçən adam" adlı yeni kitabı Alatoran Yayınlarında çapdan çıxıb. 

Bu barədə nəşriyyatın rəhbəri Rasim Qaraca özünün "Facebook" səhifəsində məlumat verib. "İçərisində olduğumuz zamanı dərk etmək, mübarizə aparmaq, həyatını dəyişmək, yenidən qurmaq istəyənlər üçündür bu kitab. Tiraj minimaldır" - Rasim Qaraca yazısında bildirib.

Kitabı Bakının kitab dükanlarından - Nizami adına Ədəbiyyat Muzeyinin altındakı kitab dükanından, Kitabevim.az kitab marketindən (28 may metrosu və Dəmiryol Vağzalının yanında yerləşir), "Bakitab" dükanından (Mərkəzi Univermaq və Şahmat məktəbinin yanında yerləşir) almaq mümkündür. Kitab həmçinin bazar ertəsindən etibarən "Ali&Nino" kitab dükanlarında satışda olacaq.

Qeyd edək ki, Nərmin xanımın sayca üçüncü olan "Küçədən keçən adam" kitabında 70 esse toplanıb. Yazarın bundan əvvəl "Umberto Eko və postmodernizm fəlsəfəsi" araşdırması və "Aç mənəm" romanı işıq üzü görmüşdü. 

Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade