Roma Papası: "Din dövlətlərinin aqibəti pis olur"

Контра


Katolik Kilsəsinin lideri və Vatikanın rəhbəri Papa Francis Belçikada çıxan Tertio dərgisinə müsahibə verib.

Jurnalistin dünyadakı müharibələrə Avropalı siyasətçilərin etirazlarını ucaltmasını və səmimi olaraq müharibə əleyhinə çıxmaları haqda sualına Papa Francis Avropadakı müharibə əleyhdarlarının səmimi olmadığını bildirib:

"Avropa keçmişdə "Müharibəyə yox" sözünü səmimi demişdi Fransa lideri Robert Schuman, İtalya lideri Alcide de Gasperi, Qərbi Almaniya ldieri Konrad Adenauer bunu səmimiyyətlə demişdilər. Ancaq sonra hər şey dəyişdi. Bu gün o liderlərin izi tozu da qalmayıb. Avropanın liderlərə ehtiyacı var, irəliyə doğru addım atacaq liderlərə. Dilimiz "Müharibəyə yox" deyərkən bir yandan da sileh istehsal edib satırıq" - deyə Papa Francis bildirib.

Həmçinin Roma Papasının fikrincə bəzi ölkələr büdcə problemləri yaşadıqları üçün, büdcələrini doldurmaq məqsədiylə asan yola əl atıb müharibəyə girirlər, ancaq bunun əvəzi çox ağır olur, qan tökülür.

Din dövlətlərinin aqibəti pis olur

"Tertio" dərgisinin Belçikanın dövlət səviyyəsində dini həyatdan imtinası məsələsinə münasibət bildirən Papa deyib:

"Sağlam liberalizm deyilən bir şey var, məsəlçün dövlət liberalizmi. Bir qayda olaraq dövlətlərin liberalizmi yaxşı bir şeydir, dövlətin ideologiyasının dinə əsaslanmasından daha yaxşıdır, çünki din dövlətlərinin aqibəti pis olur"

Papa müsahibəsində mətbuatın cəmiyyətdən rolundan da danışıb. O ünsiyyət və xəbərləşmə vasitələrinin cəmiyyətin inşa edilməsində xüsusi rolu olduğunu deyərkən, dezinformasiyanın cəmiyyətə qarşı ən böyük pisliklərdən olduğunu da bildirib:

"Hər hansı bir mövzuda həqiqətin yalnız bir hissəsini deyib, o biri hissəsini gizlətmək dezinformasiyadır. Dezinformasiya mətbuat orqanının insanlığa edə biləcəyi ən böyük pislikdir" 

Azadliq.org
Kultura.az | Developed by Samir Yahyazade