Bob Dilan: sehr və sadəcə rok Mafusaeli

Музыка


Şair və musiqiçi Bob Dilan ədəbiyyat üzrə Nobel mükafatının qalibi oldu. Mükafat "Böyük Amerika mahnı ənənələri çərçivəsində yeni poetik dilin yaradılmasına görə" təqdim edildi. 

Əbədi Dilan

Görünür ki, Dilan rokun Mafusaeli (Mafusael – Bibliyada insanlığın atalarından biri kimi göstərilir) olmuşdur. Hələ 60-cı illərin əvvəllərində “Beatles” Dilandan mahnı yazmağı öyrənirdi. Onlar üçün Bob əlçatmaz və uzaq Amerika Allahı idi. "Beatles" üzvləri 1964-cü ilin fevral ayında ilk Amerika səfərlərində Bobla bir araya gəldilər və Dilan onlara “hissin qapılarını” açdı. 

Hətta rok-n-roll kralı Elvis Presli belə Dilana ehtiram və pərəstişlə yanaşırdı və o, məşhur rok ustasının bir neçə mahnısını yazıb. 
Dilan Con Lennondan, Rinqo Stardan və Preslidən yaşca kiçik idi. 

Əfsanə Yaradıcısı

Дилан в 1966 году

Qeyd etmək lazımdır ki, Bob yaradıcılıq yolunun (karyerasının) əvvəllərindən öz əfsanə imicini çox məharətlə formalaşdırdı. Minnesota ştatının balaca əyalət şəhərində kifayət qədər sadə, kiçik yəhudi tacir ailəsindən olan, 19 yaşında böyük Nyu-Yorka düşən Bob, Grinviç Vilicin (Nyu-Yorkun Manhetten bölgəsinin qərbində yerləşən ərazi) yerli klublarının sahiblərinə və daimi müştərilərinə özünün cinayətkarlarla, qəbul olunmayan insanlarla və xalq müğənniləri ilə olan romantik-sərsəri münasibəti ilə özünü təsdiq edirdi.

Bütün bu işlərdə o öz kumuri – əfsanəvi xalq musiqiçisi, sol hərəkatının “The Land is My Land”  himninin müəllifi olan Vudi Guthrini nümunə götürürdü. 

Yeri gəlmişkən, hələ o vaxt Robert Zimmerman (Bob Dilan onun səhnə adıdır) Avropa mədəniyyəti istiqamətində reverans etmişdir. O, bütün dünyaya məşhur olmuş öz artistik adını Uels şairi Tomas Dilandan götürmüşdür. 

Düzdür Tomas dahi şair deyildi. O, əyyaş və arvadbaz idi və 50-ci illərin əvvəllərində Amerikanı utandırırdı. Tomas 1953-cü ildə heç 40 yaşına çatmamış Nyu-Yorkda vəfat etdi. Ancaq bu az yaşamı dövründə Minnesotadan olan yeniyetmələrə böyük təsir göstərdi.

Prokrust yatağına qarşı etiraz

Боб Дилан и Джоан Баэз 
Bob Dilan həmin dövrdəki sevgilisi Coan Baez ilə qara dərili vətəndaşların hüquqlarının müdafiəsi mitinqində,
1953-cü il.


60-cı illərin əvvəllərində Nyu-Yorkda xalq səhnəsi makkartizm kabusundan qurtulmuş və yenidən sol, sosialist ideyaları özündə qürurla cəmləşdirmişdi. Dilan əvvəllər Coan Baezlə, Pit Sigerlə bir səhnə alırdı. “Pol, Pit və Meri” triosu asanlıqla “etiraz mahnılar”ının müəllifi titulu ilə razılaşdılar. 

Bob Dilan eyni bir musiqi növündə qalmağı qəti olaraq istəmirdi. 1965-ci ildə Nyuportda keçirilən folk (xalq) festivalında öz elektro bandı ilə bütün auditoriyanı yaxşı mənada şoka saldı.

Şok göstəricisinə və rok-n-rollun bütün sonrakı tarixinə göstərdiyi təsirə görə bu qısa çıxış "Seks Pistols"un ("Sex Pistol" ingilis pank rok qrupudur) pank inqilabına bərabərdir. Deyilənə görə, əsəbi insan olan Pit Sigger Dilanın və onun musiqiçilərinin elektro gitarasının naqilini kəsmək üçün əlinə balta götürmüş və ya götürmək
istəmişdir. İngiltərədəki turnedən yarım il sonra ona zaldan “İuda” - akustik, təmiz, sol ideallardan çəkilmə, satqınlıq, mürtədlik - deyə qışqırırdılar. 

Ard-arası kəsilməyən yenilənmə

Дилан на острове Уайт 

O, dövrlərdən sonra Dilan bir çox mərhələlər adladı. Dilan bir müddət zahidlik, tərki-dünyalıq edirdi, daha sonra isə xristianlığa yönəldi. Həmin dövrdə o, pərəstişkarlarından gizlənir, illərlə müsahibə vermirdi. 

O, özünün hitlərinin məşhurlaşmasından qaçırdı. Digər tərəfdən o, “ardı-arası kəsilməyən turne”lərində bu hitləri ifa edirdi”.

Daima yenilənmə, sonsuz yüksəlmə arzusu onun xislətində idi. Bəli, xarici görünüş illər boyunca dəyişir. Qıvrım saçlı hipster görünümlü Dilan - indi saçları kovboy şapkasının altında qalan müdrik qocadır. 

Həmçinin səs də dəyişdi: yüksək və biraz burundan gələn falsetto əvəzinə, zəif xırıltılı tonlar hiss olunurdu. "Time Out Of Mind" - 1997-ci ildə işıq üzü görmüş və Dilanın yeni səs tonu ilə olan ilk albomu idi. 

Dilanın bu müxtəlifliyi – onun əsas xüsusiyyətidir. Todd Haysonun rejissorluğu ilə Dilanın həyatından bəhs edən bioqrafik film - “Mən orada yoxam”  ("I am not there") çəkilmişdir. Müğənninin rolunu beş (!) aktyor ifa etmişdi - o cümlədən bu rolu qara dərili oğlan (!) və qadın olan Keyt Blanşett də oynamışdır.

 Дилан в 2012 году
1988-ci il Dilan turne zamanı


Dilan haqqında yüzlərlə kitab yazılmış, onlarla film çəkilmişdir. Həmçinin Bob Dilan avtobioqrafik “Xronika” (Səlnamə) yazmışdır. Onun birinci cildi 2004-cü ildə işıq üzü görmüşdür. Digər iki cild gözlənilir. Səbr edə biləcəyikmi?

Hər bir halda o, sirr olaraq qalır. Həqiqətən də “Mən orada Yoxam”. Onun mahnılarından çoxu sirlidir - yalnız şeirin və səsin sehri var. “Visions of Johanna”, “Highway 61 Revisited”, “Stuck inside of  Mobile With the Memphis Blues Again” və ya “Desolation Row” - nun arxasında nə dayanır?  Bu suallara cavabları fanatlar artıq on illərdir ki axtarırlar. 

Yəqin ki, ona bu cavab lazım deyil. Sehr kifayət qədərdir – milyonlarla pərəstişkarlar, hətta Nobel Komitəsi belə.

SSRİ-də, həmçinin post-sovet Rusiyasında da Dilanı tanıyırlar. Hamının tanımağı dəqiqdir, ancaq çox az adam onu başa düşür. Sovetlər İttifaqında ona mütərəqqi xalq müğənnisi- yəni etiraz mahnılarının yaradıcısı kimi bir titul verilmişdi - halbuki o, heç zaman bunu qəbul etməmiş və onilliklərlə ona verilmiş bu adla mübarizə aparmaqda davam edir.

Gah "Beatles" melodiyası, gah hard-rokçuların və ya metallistlərin qızğın enerjisi ilə yetişmiş sovet rok pərəstişkarları çaşqınlıq içində Dilanın bir neçə monoton mahnı axınlarına qulaq asmağa çalışırdılar. Hətta ingilis-dilini bilənlər belə çətinliklə onun mövzusuna “kilidlənirdilər”. Ona qarşı olan münasibət belə deyək, Ceyms Coysun “Uliss”inə olan münasibətə bənzəyirdi. Hamı hörmətlə “bəli, əladır” deyirdi, ancaq oxumağı çox az adam bacarırdı. 

Təsadüfi deyil ki, onun rus torpaqlarında nadir (bu miqyasda məşhur olan ulduzun inanılmaz dərəcədə nadir) görünməsi sevincdən çox səriştəsiz və xəcalət hissi ilə qarşılanırdı. 60-cı illərin əvvəllərində Amerika şöhrətləri Dilanın yüksəlişi ilə üst-üstə düşən şairlər - Andrey Voznesenski və Yevgeni Yevtuşenko 1985-ci ildə Dilanı və Allen Ginzberqi Lujnikidə (Moskvada stadiondur) keçirilən Gənclər və Tələbələrin Beynəlxalq Festivalına həsr olunmuş “Dünya Şeir Gecəsi”nə dəvət etdilər. Təəssüf ki, şairlər səhv hesablamalar aparmışdılar. Stadion poeziyasının vaxtı çoxdan keçmişdi. Şairlərlə birlikdə çaşqın hala düşən Dilan yarı boş zalda çıxış etdi. Belə hal heç vaxt və heç yerdə baş verməmişdi. 

Hətta üç il sonraya hədəflənmiş konsertlər ictimai maraq olmadığı üçün təxirə salınmışdı. Nəhayət 2008-ci ildə Dilan Rusiyaya gəldi və yalnız Sankt-Peterburqda bir konsert verdi. Sanki o, rus publikasından intiqam alırdı - tamaşaçı ilə heç bir şəkildə əlaqə qurmaq istəmədi. Buna baxmayaraq “Buz Sarayı”na  12000 nəfər toplaşmışdı. Bu sarayın üçüncü ən yaxşı dolu halı idi.

Майк Науменко

Hər bir halda Dilanı Rusiya, Rusiya mədəniyyəti ilə bağlayan sahə var. Məsələ əslində onda deyil ki, Zimmermanın babaları onun 75 il əvvəl anadan olduğu Minnesota o dövrki Rusiya Odessasından köçənlərdən ibarətdir. 

Məsələ orasındadır ki, 70-ci illərin ortasında leninqradlı iki gənc – Boris Qrebenşikov və Mayk Naumenko onun amerika ənənələri ilə şeirsəl obrazlarının qarışımını başa düşdülər və bunu öz rus şüurları ilə həzm edə bildilər. Ən əsası rus poetik rokunu yaratdılar. "Уездного города N” musiqisini yaratdılar. 

BBC Russian

Tərcümə: Asya Cəlilova

Kultura.az




Kultura.az | Developed by Samir Yahyazade