Bizi başa düşən kitablar

Литература

Kitabın səhifələrini çevirirsən və nəsə qəribə, çox gözəl bir duyğu bütün vücudunu çulğalayır. Kitab səni əli keçirir. Aydındır ki, müəllif (o, ola bilsin, əsrlər öncə ölüb) səni ümumiyyətlə tanımır. 

Amma yazıçılar  elə yazırlar, elə bil səni tanıyırlar. Elə bil sən ən məhrəm sirlərini onlara danışmısan, onlar çıxıb gediblər və sənin dediklərin əsasında təqribi kitab yazıblar - əlbəttə, o, fərqli adları olan adamların hekayəsi də ola bilər, sənin dediklərini birəbir təkrar etməyən esse də, ancaq o həm də  sənin dediklərindən ibarətdir, çünki birbaşa hədəfə vurur. Biz çox zaman  həqiqətən sevdiyimiz, mənəvi bağlılığımız olan kəslər tərəfindən belə yetərincə başa düşüldüyümüzü hiss etmirik – o kəslər ki, onlardan çox zaman yaxşılıq, mehribanlıq və lütf görmüşük. Ümumiyyətlə götürəndə, hətta həyatımızda hər şey çox yaxşı getsə belə, yalnızlıq qütblərdə daimi donmuş halda olan torpaq kimi altdan-altdan bizə inad göstərir. 

 Отображается файл "kitab-3.jpg"

Deməyə sözü olan olan kitab milyonlara xitab edə bilər – Harri Potter seriyaları kimi. Yaxud bu kitab təkcə sənin öz kəşfin ola bilər: Şillerin “Bəşəriyyətin Estetik Maariflənmə Məktubları” 18-ci əsrin sonlarında yazılıb, kitab nəcib idealizmi siyasi reallıqla birləşdirmək kimi maraqlı cəhdlərdən ibarətdir. Və yaxud da bu, seks haqqında fərdi inkişaf kitabı ola bilər və o, səni narahat edən bir şeyi aşkara çıxara bilər. Yaxud sən hiss edə bilərsən ki, 19-cı əsrin ortalarında Teofil Qauterin yazdığı “Madelen de Mopin” əsəri (mərkəzi qəhrəmanı, opera müğənnisi Madelen de Mopini eyni vaxtda sevən kişiylə qadın haqqındadır və dərin həssaslıqla seksual arzunun mürəkkəb komponentlərindən bəhs edir) tarixi bir möcüzə kimi yalnızca sənin üçün yazılıb. 

 Отображается файл "kitab-2.jpg"

Kitab sənin mövcudluğuna sezilər-sezilməz şəkildə təsir edən və çox zaman görməzdən gəlinən problemi bilir və buna inadla işarə edir. Məsələn, Harri Potter Dursleyslə olarkən, tanış mühitdə özünü yad kimi hiss eləyir. Harri Potter uzun dövr ərzində onun real kimliyini bilməyən insanlar arasında yaşamalı olur, onlar onun real gücündən xəbərsiz yaşayırlar, onun bacarıqları isə lənət kimidir, onu hər yerdə məşhur və vacib adam edə bilərlər. “Harri Potter” qəbul olunmamaq hissi baxımından olduqca canlı kitabdır. 

 Отображается файл "kitab-1.jpg"

Yaxşı rəftara layiq görülməli olan hallarda simpatiyayla qarşılansaq, məmnun qalarıq, ancaq çox zaman qarşılanmırıq. Balzakın “İtkin illuziyalar” kitabında bundan bəhs edilir. Mərkəzi qəhrəman Lusyenin çoxlu xoşagəlməz xasiyyətləri var: o eqoistdir, acgözdür, yekəxanadır, o, dostlarından sui-istifadə edir, karyerasında ciddi səhvlərə yol verir. Balzak da bütün bunları naqis xüsusiyyətlər kimi təqdim edir. Ancaq o, Lusyenin ətrafında dövr edən hadisələrə (onun ona qarşı amansız olan dünyada uğur qazanmaq çabalarına) və Lusyenin özünün daxilində baş verənlərə (onun alçaldılma qorxusuna) qarşı çox diqqətlidir. Və aydın görünür ki, Balzak öz qəhrəmanını çox sevir. Bir nəfərin pis xassiyətlərinin arxasında həssas səbəblər yata bilərmiş: səni incidiblər və sən də başqalarını incidirsən. Kitab isə deyir: mən bilirəm. “Midlmarş”da Corc Eliot Doreta Brukun hekayəsindən bəhs edir. Dorotenanı rahatca adam yerinə qoymamaq olar. Düzdür, onun bəzi üstün tərəfləri var, o, bu dünyada nəyəsə töhvə vermək istəyir, ancaq fakt budur ki, axırda heç nəyə yaramır. O, bədbəxt ailə həyatı qurur və ömrü boyunca buna görə acı göz yaşları axıdır. Bütün bunlarsa yalnızca onun öz səhvləridir. Onun əlinə çoxlu şans düşür və hamısını da əldən verir. Bu, başqalarına kəskincə, mər-mərdanə deyilən özünü-təsvir deyil, ancaq o, bir çoxlarının başına gələnləri əks etdirir. Biz bəzən məhz buna bənzər şeylər hiss edirik. Corc Eliot demir ki, bunlar əla şeylərdir. O, təklif edir ki, qiymətləndirək: yəni, belə şey xoşniyyətli, ağlı başında olan bir insanın da başına gələ bilər. Amma bu səni insan xəritəsindən qovub çıxarmır. 

Ümumiyyətlə, hamı tərəfindən qəbul olunmaq çox yaxşı şeydir – bu həzdir, amma həm də çox şey deməkdir. Bu faydalıdır. Çünki daxilimizdəki bəzi şeylərə görə özümüzü tənha hiss edəndə, əndişəmiz daha da artır. Biz daim narahatlıq içindəyik ki, ağlı başında olan bir kəs bizim problemlərimizi bilsə, bizə rişxənd edər, bizə həqarətlə baxar. Biz belə şeyləri dostlarımıza danışmaqdan qorxuruq, çünki çaşqınlıqdan rədd olunacağımızdan qorxuruq. Bizi başa düşən kitab isə ideal valideyn, dost kimidir, o çəkdiyimiz əzablara görə bizi qəbul edir. Bizim qəribə qüssələrimiz, yaxud həzlərimiz insan xilqətinin normal bir parçasıdır, o, simpatiyayla və mehribanlıqla qarşılanmalıdır. 

Allen de Botton

Tərcümə: Cavid Ramazanlı

Qaynarinfo.Az
Kultura.az | Developed by Samir Yahyazade