post-title

Cemal Süreya – Folklor şeirə düşməndi

Müasir şeir gəlib sözdə dayandı. Fransua Viyondan(François Villon) Andre Bretona, Anri Mişoya(Henri Michaux) qədər bir xətt çəksək, bu işin təkamülününnecə doğulduğunu çox asan görərik. 

Müsair şairlər sözləri də sarsırlar, yerlərindən, mənalarından çıxarırlar. Artıq vəziyyət bu yerə çatıbsa, bizdə folklora, xalq deyimlərinə həddən artıq yer verən şairlərin dalan bir yola girdiklərini düşünürəm. Çünki folklorda şeirin bu günki intelektual xarakterini daşıyacaq güc yoxdu. Xalq deyimlərinin havası şeirin qanad açmasına imkan verməyəcək qədər dar bir havadır.

Bir xalq deyimi içindəki sözlər o deyimdəki məna düzülüşü ilə qaynaşıbdı. Artıq həmin sözlərdə o deyimlərdəkindən ayrı funksiyalar, ayrı güclər axtarmayın. Çünki artıq donublar. Tək yönlüdürlər. Funksiyaları, gücləri, bir növ yaradacaqları təəssürat bəllidi. Nə olsa dəyişməyəcək. Bu sözlərin məydana gətirəcəyi şeirlərlə, misralarından meydana gələn şeirlər arasında çox da böyük fərqlilik görmürəm. Çünki ikisindədə şairsözlərlə yox, söz bloklarıyla işləyir. Halbuki, Braquenin rəsm barədə dediklərini şeirə tətbiq etməkheç də səhv olmaz: şeirdə əsas olan “hekaye demək” deyil, sözlər arasında qurulacaq “poetik yük”dür; Braquenin sözüylə lətifə deyil, poetik. Çıxış nöqtəmizi buradan götürsək, birbaşa, folklorun şeirdən uzaq saxlanılmalı olan bir təhlükə olduğunugörərik. İşin səbəbi buradadır: xalq deyimlərində yerləşmiş, bir-birinə bağlanmış sözlər arasında yeni bir yük, yeni bir əlaqə qurmaq mümkün deyil. Necə ola biər ki! Bu sözlər onsuz da hərəkətsiz şəkildə bir-birinə bağlanıbdı, ala biləcəkləri yükü onsuz da əvvəlcədən alıblar. Orxan Vəli nəslindən şairlər yenilikdən sonra daha çox dilin görünən imkanlarını yoxladılar. Həmçinin Oktay Rüfət, Bedri Rahmi Eyyüboğlu kimi bir qisim şairlər də, geniş ölçüdə, bəlkə ən görünən imkanları olan xalq deyimlərinə, folklorun təməllərinə yönəldilər. Bu onlar üçün heç yaxşı olmadı. Künclərdə ilişib qaldılar. Oktay Rüfət “sənət indüstriyası” bazarlarına çoxlu sayda çürük mal verməli oldu. Bedri Rahmi isə, bunu da edə bilmədi, iki-üç qalın, iki-üç sarı-qırmızı xətt çəkdi, dayandı. Halbuki bu şairlər başqa sahələrə yönəlməyi bacarsaydılar, şeirdə daha faydalı, daha məhsuldar olardılar.

Folklordan uzaq durmaq üçün əhəmiyyətli bir səbəb daha var: xarakter. Diqqətlə baxsanız, şeirdə xarakterə bu gün əvvəlkinə nisbətən daha çox əhəmiyyət veririk. Fikrimcə gələcəkdə bu daha çox olacaq. Çox gözəl olsa belə iki şeir yazanın şair sayılmasınınyetərli olmadığı, şairi bəlli olmayan şeirlərin estetikaya mövzu olmaması bu fikrimi doğrulayır. Xarakterin dadı şeir dünyasında elə tutub ki, bir şeiri bir şair yazırsa gözəl olur, amma eyni şeiri bir başqası yazanda olmur. Məsələn, Fazil Hüsnü Dağlarca xarakter sahibi bir şairdir, “Qızılırmaq sahilləri”ni öz dəyərindən, öz xarakterində keçirərək yazmışdır.O şeirdəki anlayış öz anlayışıdır, əşyanı və yaşamağı qavrayışı öz qavrayışıdı. “Qızılırmak sahilləri”nin mücərəddləşdirilmiş bir gözəlliyi var, həm də ən əsası sırf Fazil Hüsnü Dağlarcaya aid olmasına görə qazandığı gözəllik.(Hətta mən sadəcə ikincisi var deyirəm, amma nəysə!) İkisi bir-birini tamamlayır, ikincisini eyni zamanda Fazil Hüsnü Dağlarca deyil də, başqa bir şair yazsaydı nə baş verərdi? Hərhalda belə: şeir gözəl olmazdı, ya da ən azından o qədər gözəl olmazdı. Özündən çox şeir itirərdi. Demək istədiyim, xarakter, bu gün şeirdə əhəmiyyətli bir yer tutur. Folklorda isə daha çox anonim qəlblər var. Bu qəliblər xarakter qazanmağa heç uyğun deyil. Qaracaoğlana, Əmraha, ona-buna böyük şair deyənlərin qulaqları eşitsin, demək ki, xaraktersiz də böyük şair olacağına inanıblar. Folklor və xalq deyimləri ancaq bir şairə bəs edə bilər, artığına dayanacaq gücü yoxdur. O şair də bu gün Oktay Rüfətdir. Xalq deyimlərinin ona belə nələr etdiyini bilirik. Vəziyyət bu yerə gəlibsə, beş-altı güclü şairin eyni anda folklora müraciət etdiyini düşünün, görəsən bu dayaz ərazidə bizi bizdən ala biləcək dərəcədə xarakterlərini bir-birindən fərqləndirmə imkanlarını tapa biləcəklərmi? Heç zənn etmirəm. Həm Max Jacobun kaprislərini, həm Jules Supervillenin incə misralarını bir yerdə tutacaq folklorun alnını qarışlayaram mən.

Şeirdə də azalan verimlilik qanunu var. Dil bir aspektdən işləndikcə o sahədə əldə edilən verimlilik bir nöqtədən sonra azalmağa başlayır. Bu bir böhrana yol açır. Böhranlar da həmişə yeni şeir sahələri, yeni aspektlər tapılmasıyla sona çatır. Şeirimizdə indi yeni bir meyl başlayıb. Bir-iki ildir dilin daha iç, daha dərin imkanlarıyla baş-başayıq. Gənç şairlər sadəcə folklor kimi qəliblərdən yox, daha xəfif qəliblərdən belə üz çevirdilər. İlhan Berk, Turgut Uyar, Edip Cansevərdə bunun ilk gözəl nümunələrini gördük. Artıq bizdə də sözlər yontulur,artıq bizdə də sözlər yerlərindən yarıbayarı qoparılır, mənalarından az da olsa sürüşdürülür, sözlərə yeni yüklər yüklənir. Beləcə bir anlayışın fərqli görüntü ya da təssüratları əldə edilərək yeni imajlara, yeni misralara çatmaistəyi olur.

Gənc şairlər olaraq bunu həmişə istəyirik. Folklor və qəliblərin qarşısında digər qütbü yaradan bu vəziyyət şeirimizdə bir təkamüldür. Hər təkamül kimi haqlı və zəruri.

Tərcümə: Alyoşa

Kultura.az

Yuxarı