post-title

Medea Metreveli: "İki ilə 100-dək gürcücə əsəri 20 dilə tərcümə etdirmişik"



Gürcüstan Milli Kitab Mərkəzi Gürcüstan Mədəniyyət Nazirliyi nəzdində Gürcü ədəbiyyatının və Gürcü kitabının xaricdə dəstəklənməsi məqsədilə 2014-cü ildə yaradılıb. Qurumun rəhbəri Medea Metreveli Oxu Zalına müsahibəsində Gürcüstanda kitabın təbliği, hökümətin kitab oxunması üçün apardığı təviqat işləri və s. haqda danışır.

-Xoş gördük Medea, ilk öncə özünüz haqqında qısa məlumat verərdiniz. Siz Gürcüstan Milli Kitab Mərkəzinin rəhbərisiniz. Necə oldu ki, siz özünüzü kitab nəşrinə həsr etdiniz və GMKM-nin (GNBC) yaradılması nə qədər çətin oldu?

-İlk növbədə gürcü ədəbiyyatı və ölkəmizdə kitab bazarının fəaliyyəti ilə maraqlandığınız üçün təşəkkür edirəm. İxtisasca yunanşünasam və bir müddət yunancadan gürcü dilinə ədəbi tərcümələr üzrə çalışmışam. Beləliklə, artıq Gürcüstan Milli Kitab Mərkəzinin rəhbər vəzifəsini tutarkən professional təcrübəmə əsasən bədii tərcümə sahəsində vacib ehtiyacları və problemləri müəyyən etməyə, həmçinin ədəbiyyatımızın sərhəddən kənarda təbliğinə kömək etdi.

Frankfurt kitab sərgisində Gürcüstanın stendi. 2014.
Frankfurt kitab sərgisində Gürcüstanın stendi. 2014.

Mərkəz 2014-сü ildə Gürcüstan Mədəniyyət Nazirliyinin Frankfurt Kitab Sərgisiylə müqavilə imzaladıqdan sonra təsis edildi. Мərkəzin təməlinin qoyulması sahəsində uğurlu fəaliyyət 2010-cu ildən Gürcüstan dövlətinin gördüyü aktiv işlərlə bağlıdır, belə ki ilk dəfə Gürcüstan Mədəniyyət Nazirliyinin nəzdində 2010-dan 2014-cü ilə kimi mənim rəhbərlik etdiyim Tərcümə Xidməti üzrə Proqram yaradılmışdır.

Bu mənim həmkarlarımla birgə keçdiyim çətin, lakin çox maraqlı bir yol idi və bu gün deyə bilərəm ki, komandamız gürcü adlarının xaricdə təşviqi üçün əlindən gələni edir.

-Siz kitab nöqteyi-nəzərdən respublikanın suverenlikdən sonrakı son 25 ilini necə qiymətləndirirsiniz? Ümumiyyətlə kitab sənayesi və ədəbiyyatın inkişafında nələrin təsiri olub?

-1990-cı illərdə Sovet İttifaqının dağılması dövründən formalaşan Gürcüstanın müstəqil nəşriyyat sektoru çox gəncdir. Araşdırma şirkəti "ACT" tərəfindən aparılan son sorğumuza əsəasən, 100-ə qədər nəşriyyatqeydiyyatdan keçib. Onlardan 55-i daha fəaldır və 10-u isə bütün kitab bazarının 82%-i əhatə edir. Kitabların əksəriyyəti bütün Gürcüstan ərazisində 50 kitab mağazası vasitəsilə satılır. Kiçik ölçülü kitab mağazalarının sayı 4-dür və yalnız bir şirkəti böyük şirkətlər kateqoriyasına salmaq olar. Oxucu kütləsi haqqında onu deyə bilərəm ki, ötən il demək olar ki, Tibilisi əhalisinin yarısı (49, 2%) ədəbiyyatın bir neçə növünü; bədii ədəbiyyat (33.6%) və ya qeyri-bədii (25,6%) olmaqla mütaliə edib.

Müasir gürcü ədəbiyyatı hal hazırda müxtəlif gürcü nəsillərinin üzərində işlədiyi əsərlərlə əlaqədar olduqca müxtəlifdir. Son 10-15 il ərzində yaradılan şeir, bədii və qeyri-bədii mətnlər arasında ən yaxşı işlərin bəziləri post-sovet ölkəsinin ictimai-siyasi mühitinə, həmçinin şəxsi və iqtisadi böhranına həsr olunub. Müstəqillik əldə edildikdən sonra bir sıra gürcü müəllifləri bu müstəqilliyin qorunması uğrunda mübarizəni və Gürcüstanın ən mühüm bölgələrində münaqişə zonalarını çox təsirli şəkildə nəql etmişlər, bəzən cari hadisələrin təsviri yerindəcə edilmişdir, amma bu adətən bir neçə il vaxt almışdır.

Ən önəmli mövzular - yaşlı və gənc nəsillər arasındakı uçurum, müxtəlif dəyər və mentalitetə sahib olan vətəndaşların birgə yaşayışı, Sovet irsindən azad şəxsiyyətin inkişafı və ətraf mühitdəki daimi siyasi-sosial dəyişikliklərdir ki, bu da ümumiyyətlə müasir Şərqi Avropa ədəbiyyatıyla eynilik təşkil edir. Lakin Qafqaz regionundakı vəziyyət bir çox yönüylə maraqlı və aktualdır.

-Gürcü kitab bazarı 10-15 illik keçmişindən necə fərqlənir?

-Əsas fərqləndirici cəhət nəşriyyatların, distributor şirkətlərinin, kitab mağazalarının və adların sayının artmasındadır. Yuxarıda qeyd edildiyi kimi, Gürcüstanda fəaliyyət göstərən 55-dən çox aktiv nəşriyyat evləri mövcuddur. Bədii və qeyri bədii ədəbiyyat daxil olmaqla nəşr adlarının sayı da 4000-ə çatmışdır. Kitabların ümumi dövriyyəsi 3 400 000 nüsxə təşkil edir. Nəşriyyat evləri kitab satışından olan illik gəliri ildən ilə artırmış və 2015-ci ildə ümumi gəlir 11 milyon GEL (Gürcü larisi) olmuşdur.

-Kitab nəşri 4 növ fəaliyyəti özündə cəmləşdirir ki, bunlara yazıçı, nəşriyyat, marketinq şəbəkəsi və oxucu kütləsi daxildir. Bütün bu növlər mütəşəkkil şəkildə olmalıdır. Gürcüstanda bu məsələ hansı vəziyyətdədir? Yazıçı bundan razı qalırmı və ümumiyyətlə bu proses necə təşkil olunur?

-Nəşriyyat evlərinin əksəriyyəti müxtəlif marketinq fəaliyyətləri həyata keçirsə də nəşriyyatların 1/3 bu sahədə heç də fəal deyillər. Qeyd etmək lazımdır ki, bir çox nəşriyyat evləri marketinq istiqamətində endirim təcrübəsindən istifadə edirlər. Satışla yanaşı, məhsul televiziya, radio, internet vasitəsi ilə reklamolunur. Broşura, flayer və bildiriş lövhələri kimi küçə reklamından da istifadə olunur. 

Bu il Gürcüstan Milli Kİtab Mərkəzi 8 gürcü şairinin tanıdılması məqsədilə İtalyaya səfərini təşkil edib.
Bu il Gürcüstan Milli Kİtab Mərkəzi 8 gürcü şairinin tanıdılması məqsədilə İtaliyaya səfərini təşkil edib.

Amma onu da deyim ki, nəşriyyatlar öz marketinq fəaliyyətləri haqqında məlumatı qiymət səmərəliliyi baxımından daha sərfəli hesab olunan web və Facebook səhifələrində məlumat verirlər. Bəzi nəşriyyat evləri isə marketinqdə daha fəaldırlar, beləki, həm müştərilərlə əlaqə saxlmaq, həm də müəllifləri təbliğ etmək üçün müxtəlif metodlardan istifadə edirlər. Bir sıra naşirlər müəlliflərlə birgə Tiflisdə və bəzən Gürcüstanın regionalşəhərlərində kitab təqdimatları təşkil edirlər. Ən məşhur və geniş yayılmış kitab sərgisi/festivalı Tiflis Beynəlxalq Kitab Festivalıdır ki, nəşriyyat evlərinin əksəriyyəti bu festivalda iştirak edir. Nəşriyyat evləri eləcə də müxtəlif ədəbi müsabiqələrə qatılırlar.

Son 5 il ərzində müasir gürcü ədəbiyyatına xarici naşirlərin artan marağını nəzərə alaraq vurğulamaq istərdim ki, bir çox Gürcü naşirləri müəllif hüquqlarını satır və digər müəlliflərin Gürcüstan sərhədləri xaricində daha çox oxucu kütləsi tapılmasına yardım edirlər.

Əgər biz ədəbiyyatımızın səyahət etməsini istəyiriksə, o zaman vacib körpü rolunu oynayan ədəbi tərcüməçiləri unutmamalıyıq. Güclü peşəkar ədəbi tərcümçilər nəslinin yetişməsi çox uzun prosesdir və bunun üçün insan və maliyyə resurslarının ciddi investisiyası lazımdır.

-Bildiyimə görə, 2018-ci ildə Gürcüstan qonaq ölkə kimi Frankfurt Kitab Sərgisində təmsil olunacaq? Bu sizin üçün və eləcə də gürcü mədəniyyəti üçün nə deməkdir?

- Frankfurt Kitab Sərgisininin Fəxri Qonaq statusu kitab nəşrinin uzun ənənəsini və tərcümələr vasitəsilə bu ədəbi irsin nümayiş olunmasına və eyni zamanda unikal Gürcü mədəniyyətinin sərgi çərçivəsindən kənarda Frankfurtda, həmçinin digər müxtəlif almandilli şəhərlərdə təqdimatına imkan yaradır.

Keçən il Frankfurt kitab sərgisində iştirak edən Gürcüstan orda gürcü yazıçılarının əsərlərindən ibarət almanca antologiyanı təqdim edib.
Keçən il Frankfurt kitab sərgisində iştirak edən Gürcüstan orda gürcü yazıçılarının 
əsərlərindən ibarət almanca antologiyanı təqdim edib.

2018-ci il Frankfurt Kitab sərgisinin fəxri qonaq kimi ölkənin təqdimatıyla əlaqədar Gürcüstan Milli Kitab Mərkəzinin əsas məqsədi beynəlxalq ictimaiyyəti müasir Gürcüstanla, zəngin və müxtəlif ədəbiyyat və mədəniyyətdən formalaşan ənənəvi və bununla birlikdə experimental tendensiyalarla tanış etməkdir. Xaricdə gürcü ədəbiyyatı və mədəniyyətinin təbliğini təmin etmək üçün mərkəz ümumi məqsədə yönəldilmiş strategiya hazırlanmışdır ki, bu da kiçik bir dildə yaradılmış ədəbiyyatın beynəlxalq əhəmiyyəti və aktuallığını dünyaya göstərməkdən ibarətdir.

-Çağdaş gürcü ədəbiyyatı xarici dillərə tərcümə olunurmu və bu sahədə hansı uğurlar var? Müasir müəlliflərdən ən məşhurları kimlərdir?

-Gürcü ədəbiyyatının xarici dillərə tərcümə edilməsi və daha da məşhurlaşmasına dəstək üçün mərkəzimiz gürcü ədəbiyyatının tərcüməsi və nəşrində maraqlı olan xarici nəşriyyat evləri üçün maddi yardımın verilməsini təmin edən xüsusi bir proqram başlamışdır.

Gürcüstan Milli Kitab Mərkəzinin maliyyə dəstəyi ilə Nodar Dumbadzenin, həmçinin çox gürcü klassiklərinin əsərləri xarici ölkələrdə nəşr olunub.
Gürcüstan Milli Kitab Mərkəzinin maliyyə dəstəyi ilə Nodar Dumbadzenin, 
həmçinin çox gürcü klassiklərinin əsərləri xarici ölkələrdə nəşr olunub.

2011-2014-cü illər Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi 45 beynəlxalq layihəyə dəstək olmuşdur. 2014-2016-cı illərdə Gürcüstan Milli Kitab Mərkəzinin yaradılmasından sonra təxminən 100-ə yaxın layihə (20 dildən çox tərcümə) tərcüməyə dəstək proqramı çərçivəsində maliyyə yardımı aldı. Dövlət tərəfindən tərcümə proqramları üçün ayrılan büdcənin illik bazası maraq göstərən beynəlxalq nəşriyyat sektoru tərəfindən artan maraq və tələbə paralel olaraq artmışdır.

Əsərləri müxtəlif xarici dillərə tərcümə olunan məşhur gürcü müəlliflərinə Aka Morçiladze, David Turaşvili, Otar Çiladze, Naiara Gelaşvili, Ana Kordzaia-Samadaşvili, Laşa Buqadze, Zaza Burxuladze və digərlərini misal göstərmək olar.

-Ədəbiyyatla bağlı dövlətlə münasibət necədir? Sizcə, dövlət ədəbiyyatın inkişafına yardım edir yoxsa mane olur?

-2018-ci ildə Gürcüstan Frankfurt Kitab Sərgisində Fəxri Qonaq olacaq - bu sizin sualanızın cavabıdır. Bu o deməkdir ki, Gürcüstan Dövlətinin əsas prioriteti bədii və qeyri-bədii, uşaq və yeniyetmələr üçün kitablar, elmi və kütləvi ədəbiyyatın daxil olduğu janrların və həmçinin müasir və klassik gürcü ədəbiyyatının mövzu müxtəlifliyini ən maraqlı şəkildə təbliğ etməkdir. Kitab sərgisi çərçivəsində, həm sərgi zamanı, həm də ölkə hüdudundan kənar, Avropanın almandilli ölkələrində öz əsərlərini təqdim edəcək 60 gürcü yazıçının səfərlərinin təşkili planlaşdırılır.

Dövlət siyasətinin mühüm meyarı ədəbi tərcümələrə, həmçinin gürcü müəlliflərinə və naşirlərə dəstək üçün illik büdcəni artırmaqdır.

-Müasir gürcü ədəbiyyatının xüsusiyyətləri nədir?

-Ədəbiyyat gürcü mədəniyyətinin güclü hərəkət mexanizmlərindən biri olub və hələ də qalmaqdadır. O müxtəlif ədəbi proseslərin təsiri nəticəsində və əsas ədəbi janrları və dövrlərin aktual məsələlərini özündə əks etdirərək öz unikal xüsusiyyətlərini yaratmışdır.

Gürcüstan Milli Kitab Mərkəzinin dəstəyi ilə müasir gürcü yazarı Anna Samadashvilinin kitabı almanca tərcümə olunaraq çap olunub.
Gürcüstan Milli Kitab Mərkəzinin dəstəyi ilə müasir gürcü yazarı 
Anna Samadashvilinin kitabı almanca tərcümə olunaraq çap olunub.

Müasir gürcü müəllifləri üçün yaşlı gürcü ədəbi irsinin yanında özlərini təsdiq etmək çox çətin olmuşdur. 19 və 20-ci əsrlərin heç bir mübaliğəsiz müasir klassik adı verilə bilən yazıçıların əsərləri auditoriya üçün olduqca aktual və maraqlı olaraq qalır. Paralel olaraq müasir ədəbiyyatın inkişafı gürcü müəlliflərini müasir cəmiyyətin marağını və diqqətini çəkən bütün bu mövzuları müzakirə etməyə və öz əsərlərində əks etdirməyə səsləyir. Müasir müəlliflər ədəbi mühitdə özlərini yaratmaq və öz stillərini təqdim etməkdə olduqca uğurludurlar. Bu proses milli kimliyin və ədəbi proseslərlə paralel zənginləşdirilmiş və inkişaf etdirilmiş gürcü dilinin saxlanılması üçün böyük maraq və əhəmiyyət kəsb edir.

-Necə oldu ki, gürcülər daha çox mütaliə etməyə başladılar? Bu hökumətin siyasəti ilə bağlıdır?

-Gürcü naşirləri aktiv şəkildə marketinq fəaliyyətinə cəlb olunublar. Onların əksəriyyəti yeni kitablar, təqdimat və müxtəlif fəaliyyətlər haqqında web səhifələrdə, sosial şəbəkələrdə, TV proqramlarında məlumatlar yayır.

Gürcüstan Milli Kitab Mərkəzinin tədbirində Medea Metreveli və Gürcüstan prezidenti Giorgi Margvelashvili iştirak edirlər.
Gürcüstan Milli Kitab Mərkəzinin tədbirində Medea Metreveli 
və Gürcüstan prezidenti Giorgi Margvelashvili iştirak edirlər.

Kanallar, TV, çap, internet və küçə reklamlarıyla yanaşı media da onların fəaliyyətləri haqqında məlumat verir. Bundan əlavə, ədəbi fəaliyyətlər televiziyada yayılır və təkrar elanlar verilir.

Üstəlik, bir sıra proqramlar müxtəlif QHT, fond və hökumət təşkilatları tərəfindən həyata keçirilib. Onların arasında "Ata, mənə kitab oxu" ( "Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu" və "Biz düşünürük"),"Məktəb təşəbbüsü" adlı Gürcüstan Təhsil və Elm Nazirliyinin alt-proqramı və Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi tərəfindən dəstəklənən bir sıra müxtəlif ədəbi mükafatları və müsabiqələri qeyd etmək olar.

Dövlət tərəfindən dəstəklənən kitab sərgiləri və kitab festivalları da mütaliyəyə artan marağın əsas səbəblərindən biri kimi düşünmək olar.

-Respublikanızda kitab marketinq şəbəkəsi necə təşkil edilib? Bölgələrdəki охucuların lazımi kitab almaq imkanları var yoxsa onlar bununçün Tiflisə gəlməlidirlər?

-Gürcü охucularının ölkənin böyük şəhərlərində kitab almaq imkanı var. Bölgədəki oxucuların təxminən 70%-i müxtəlif şəhərlərdə yerləşən kitab mağazalarını ziyarət edirlər. Oxucuların 1/3-i isə lazımi kitabı əldə etmək üçün kitab sərgi və festivalları ziyarət edirlər. 

Azadliq.org
Yuxarı