Xoşbəxtliyin sirrini deyən rejissor

Кино

 
Fransa bayrağının rəngləri olan göy rəng azadlığın, ağ rəng bərabərliyin, qırmızı rəng isə dostluğun, qardaşlığın rəmzidir. Və Kieslevski  düşünürdü ki, həyatda tam formalaşmaq üçün bir ölkə insana məhz bu keyfiyyətləri verməlidir. O, polyak rejissor olsa da, Fransa bayrağını çox sevirdi və özünün ən məşhur filmini də məhz bu bayrağa, daha doğrusu rənglərinə həsr etmişdi. Bundan əlavə Polşa televiziyası üçün On Emirdən təsirlənərək çəkdiyi  “Dekaloq”silsiləsi  və “ Veroniquenin ikili yaşamı” adlı filmləri də ona dünya kino arenasında böyük uğur qazandırmışdı.
 
Kieslevski bir başa insanlığa xidmət edən, insana ünvanlanan biri  idi. O, insanı yaşadığı həyat boyunca xoşbəxt edəcək hər şeyi dəyərləndirirdi və filmlərini də məhz bu yöndə qururdu. Filmlərinin tək mövzusu insan idi. O fikirləşirdi ki, insan gündəlik xırda məsələlər xüsusilə siyasət haqqında əsla düşünməməlidir. Dünyaya yönəlməlidir və dünyanı öz Vətəni bilməlidir. Ərazi nə qədər geniş olsa xoşbəxtliyin əldə olunmasına inam da bir o qədər böyük olar. Müsahibələrinin birində deyir ki, təsəvvür edin sizə lazım olan önəmli bir şey axtarışındasınız və mütləq tapmağı düşünürsünüz. Əgər onu sadəcə balaca bir otaqda axtarsanız və tapmasanız qeyri ixtiyari daha geniş bir yerlərdə axtarmaq istəyəcəksiniz və onu tapmayana qədər olduğunuz o balaca otağa əsla sığmayacaqsınız. İnsan xöşbəxtliyi də məhz belədir. Onu tapmağa qərarlısınızsa mütləq daha geniş yerlərdə axtarmaq gərəkdir. Dünyada dünyadan geniş hara ola bilər ki?
 
Bu fikirlərini filmlərinə də ötürən  dünya şöhrətli rejissorun siyasəti sevməməsini “Kieslevskinin siyasəti” adlandırırlar. O deyirdi ki, polşa xalqının siyasətlə marağlanması, həyatını ona qurban verməsi dünyada lazım olacaq bəlkə də ən axırıncı şeydir. Çünki bu ölkə heç bir zaman öz müstəqil siyasətini qura bilməyib və həmişə başqa ölkələrin diqtəsi ilə hərəkət etməyə məcbur qalıb.
 
Kieslevski filmlərini insani münasibətlər üzərində qurmuşdu və insan münasibətlərinə heç nə əlavə etmədən tam reallığı ilə əks etdirə bilməsi, səmimiyyəti dünya filmsevərləri tərəfindən eyni səmimiyyətlə qarşılanmışdı. Onun filmlərinin əsas ideyası insani bir öz, mənlik formalaşdırmaqdır. Bu haqda müsahibələrinin birində deyir ki, sistemlər dəyişsə də insanda dəyişməyən  və hər zaman az da olsa var olan bir insanlıq duyğusu vardır ki, bunu da hər zaman aktiv saxlamağın ən asas yolu yaxşılıq etməkdir. Çevrə isə insanın yaxşı ya da pis olmağına təsir edir. İradəsiz insanlar çevrənin burulğanına düşməklə məhv olurlar. Baş verən hər şey insanın qismətidir. Qismət faktorunun ən önəmli hissəsi isə şansdır. Şans insanın axtarıb tapacağı bir şeydir və gəldiyində onu əldən verməmək lazımdır.
 
Kieslevski bədii filmlərdən əlavə bir çox sənədli filmlər də çəkmişdir ki, bu filmlər də bir başa insandan bəhs edir və insana yönəlir. Həyatın müxtəlif səhnələrindən götürülmüş bu sənədli filmlər insan psixologiyasını və uğurun sirrrini açmağa bir başa cəhddir. Məhz bu Kieslevskidə uğurla alnımışdı və sevilən onlarla bədii filmindən az sevgi qazanmamışdır.
 
Bəzən elə şeylər olur ki, biz  o hadisəni heç kimə danışımırıq buna ehtiyac görmürük, önəmsiz hesab edirik. Ancaq Kieslevski məhz o anların rejissoru idi. O düşünürdü ki, bu hadisələr insanın o ankı psixoloji və ruhsal durumunu ortaya çıxarır. Kieslevski sənədli filmlərinin əsas ideyası bu tip psixoloji durumların izahını verməkdir. Bəlkə də yaradıcı insan olmağın sirri də həyatdakı belə xırda detalları dəyərləndirməkdir.
 
“Kor bəxt” (Blind Chance) filmi Kieslevski yaradıcılığında yeni bir mərhələ olub. Filmi dəyərli eləyən ən önəmli şeylərdən biri rejissorun alternativ ssenari texnikasını təqdim etməsidir. Beləki film 3 hissəlidir. Hər hissə  ayrı-ayrı mövzularda olsa da onları birləşdirən ortaq bir bağ vardırki, onda bu bağı göstərmək çox uğurlu alınmışdı. Tamaşaçıya Kieslevski filmlərini sevdirən onun peşəkarlığı və hər tamaşaçını az qala özü qədər tanıması idi. Təbii ki, Kieslevski tamaşaçıları tanımırdı amma, filmlərində o qədər səmimi idi ki, bu filmləri izləyən hər bir insan düşünürdü ki, bu rejissor onu deyəsən tanıyır.
 
Blind Chance filmini tamaşaçılara sevdirən ən mühüm cəhət bu filmin bir dəqiqənin və ya gözdən qaçırdığı ən kiçik detalın belə insan həyatında necə önəmli ola biləcəyini göstərməsidir. Məhz bu filmini izlədikdən sonra Dünya mətbuatı dəfələrlə Kieslevskiyə - insan həyatında taleyin, qismətin rolu bu qədər böyükdürsə, bəs baş verən uğursuzluqlara görə insanı günahlandırmaq olarmı sualıyla müraciət etmişdilər. Bu suala Kieslevski növbəti filmlərində uğurlu cavab verməyi bacarmışdı. Beləki çəkdiyin növbəti filmlərinin əsas ideyası insanda müşahidə hissinin yüksək inkişaf etməsidir. Həyatda və ətrafda  baş verən hər hadisəyə insan diqqətlə yanaşmalıdır. 
 
Məhz müşahidə hissinin yüksək olduğu insanlar uğura və xöşbəxtliyə daha yaxın olurlar. Ancaq bu izləmə, müşahidə də əxlaq və insaniyyət çərçivəsində olmalıdır, insanların şəxsi  həyatını deyil ətrafda sənə təsir edə biləcək hadisələri izləmək lazımdır. Kieslevskinin kəşf etdiyi bu uğurlu detal tamaşaçılara sanki yeni bir açar oldu və onların Kieslevski sevgisi daha da artdı. Kieslevski çox nadir rejissorlardan idi ki, filmləri vasitəsi ilə insanlara xöşbəxt olmağın açarlarını verirdi. Artıq  Kieslevski tamaşaçısı onun filmlərini sadəcə zövqlü bir film izləsinlər deyə yox, həmçinin bu açarları tapmaq üçün baxırdılar. İzləmə açarını insanlara ötürən filmlərindən biri “sevgi haqqında qısa film” (a short film about love) filmidir. Sevgidən bəhs edən bu film sevginin yalnız cinsəllikdən ibarət olmadığını, saf hisslər və məhəbbətin daha önəmli olduğunu bildirir. Onun Sevgidən bəhs edən filmərindən bir də”Sonu yoxdu” (no end) filmidir.
 
Kieslevskinin bədii filmləri:
 
1. Personal(1975)
2. Camera Buff(1979)..bu film Moskva film festivalında ən böyük mükafatı qazanmışdı)
3. Kor Bəxt(Blind Chance 1781)
4. Sonu yoxdu(No end 1984)
5. Dekaloq(10 qısa filmdən ibarətdir 1989)
6. Sevgi haqqında qısa bir film(A shor film about love 1989)
7. Ölüm haqqında qısa bir film(a short film about killing 1988)
8. Üç rəng-Göy(1993)
9. Üç rəng-ağ(1994)
10. Üç rəng (1994)
 
Kieslevskinin sənədli filmləri:
 
1. Mən bir əsgərdim(1970)
2. İşçilər(1971)
3. Yeraltı keçid(1973)
4. İki eşq(1974)
5. Tərcümeyi hal(1975)
6. Xəstəxana(1976)
7. Sakit(1976)
8. Bilmirəm(1977)
9. Gecə hambalın gözü ilə(1978)
10. Danışanlar(1979)
11. Qısa iş günü(1981)
12. Stansiya(1981)
 
Aygül Qurbanova
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade