Sarımsaq möcüzəsi

Альтернатива

 
 
Kimyəvi tərkibi: Efir yağları, skordinin, allisin, A, B, C , E vitaminləri, yod izləri, inulin tipli poilisaxaridlər, fitonsidlər, yağlar, zülallar, karbohidratlar, fitosterinler, magnezium, kalium, dəmir, kalsium, fosfor duzları, üzvü  turşular, azot birləşmələri və. s 
 
Təsirləri: Bakterisid (bakteriya öldürücü), antiparazitar(qurd əleyhine), spazmolitk(spazm əleyhinə), sidikqovucu, tonusartırıcı, immunmöhkəmləndirici, qazqovucu, qurdqovucu, antia aterosklerotik (damar kirəcləşməsinin qarşısını alan), hipotenziv və s.
 
Tarixi: Arxeoloji qazıntılar zamanı məlum olub ki, Şumerlər sarımsaq haqqında ilk bilgilərə malik olublar və ondan dərman kimi istifadə ediblər. Qədim Misirlilərin də sarımsaq yedikləri və dərman kimi istifadə etdikləri haqda bilgilər mövcuddur. Tarixi mənbələrdə Gizək pramidasını inşa  etdirən Firon Xeopsun inşaat zamanı işçilərə bol sarımsaq yedirtdiyi haqda bilgilər mövcuddur. Sarımsaq Xaç yürüşləri zamanı Fransaya gətirilib oradan da  Avropaya yayılıb. Misirlilər sarımsağı  ölümcül xəstəliklərə qarşı dərman kimi istifadə  edirmişlər. Hətta bu bitkinin tanrılara aid müqəddəs bitki olduğuna inanıb, ölən insanların qəbirlərinə sarımsaq qoyarmışlar. Osmanlıda 4 – cü  Mehmetin həkimbaşı Nerullah oğlu Salehə  yazdığı əsərdə sarımsağın qış aylarında gül suyu ilə yeyilərkən bağırsaq parazitləri, ishal, ilan və əqrəb sancması, quduz it dişləməsi kimi hallarda yaxşı təsir göstərdiyini  bildirmişdir.
 
Sarımsağın tərkibində "olleum allicine" yağı 1944-cu ildə J.Cavallit və J.Bailey adlı iki alim tərəfindən kəşv edilmişdir. Bu yağın 1 milli qramı 15 vahid pensillin aktivliyinə bərabər qiymətləndirilmişdir. Mikroblarla iç- içə yaşayan, çirklənmiş  qidalar yeyən, gecəqondularda yaşayan insanların infeksion xəstəliklərə tutulmamasının səbəbi sarımsaq yemələrinin olduğu bildirilir. Dünyada ən çox sarımsaq istifadə edilən ölkə Bolqarıstandır. Xərçəng və damar kirəcləşməsindən ölənlərin sayı Avropa ölkələri ilə müqayisədə Bolqarıstanda 6-7 dəfə azdır.
 
Önəmli faydaları: ölümlərə səbəb olan damar kirəcləşməsini önləyir, yaraları sağaldır. Ağ ciyər, qaraciyər, öd kisəsi və ürəyin işini gücləndirir. Bağırsaq qurdlarını və digər parazitləri öldürür, mədə və bağırsaqları dezinfeksiya edərək zərərli bakteriyaları yox edir. Həzm fermentlərini aktivləşdirməklə iştahı açır. Nəfəs borusu rahatsızlıqlarında və bronxitdə effektiv təsiri var. Vərəm xəstələrinə sarımsaq yemələri tövsiyyə olunur. Hipertoniyali (yüksək arterial təzyiq) xəstələrdə arterial təzyiqi düşürür. Temperatur salıcı təsiri mövcuddur. Bağırsaq qazlarını aradan qaldırır. Qrip viruslarını öldürərək orqanizmi bu xəstəliyə qarşı qoruyur. Böyrək daşlarının  əmələ  gəlməsini əngəlləyir. Ürəyi bəsləyən tac damarları genişləndirir ki, bu da miokard infarkt riskini azaldır. Cinsi gücü artırır. Bədəni ağcaqanadlardan və həşaratlardan qoruyur. Yəni, sarımsaq yediyiniz zaman sizi ağcaqanad dişləməz. Ödün ifrazını artırır, qəbizliyi önləyir. Saç tökülməsinin qarşısını alır, səsi gözəlləşdirir, qanda şəkərin miqdarını azaldır. Ona görə şəkərli diabet xəstələrinə hər gün iki diş sarımsaq yemək tövsiyyə olunur. Sarımsaq immun sistemini  aktivləşdirərək antibiotiklərə bənzər təsir göstərir ki, bu da orqanizmə düşmüş infeksiyanı öldürür. Qandakı xolestrolun miqdarını  azaldır. Aparılan arşdırmalar zamanı hər gün iki diş sarımsaq yeyən adamların qısa dönəmdə qandakı xolestrol səviyyəsində 10%-lik enmə olduğu müşahidə olunub. Sarımsaq qanı durulaşdıraraq qan dövranını yaxşılaşdırır və nəticədə ürək krizlərinə səbəb olan damar tıxanıqlarının qarşısını alır. Orqanizmin xərçəngə tutulma riskini azaldır. Araşdırmalar zamanı sarımsaq yeyən adamların xüsusən mədə xərçənginə tutulma təhlükəsinin azaldığı göstərilmişdir.
 
Sarımsağın bu fayadalarından yararlanmaq üçün hər gün iki diş yemək kifayətdir. Daha artıq yemək onun faydasını artırmaz. Yüksək temperaturda hazırlanan qidalarla bir yerdə bişirilməsi effektivliyini azaldır. Qurd xəstəliklərində 1 diş sarımsaq qüvvətli şəkildə çörəyin üzünə sürtülür ve həmin çörək yeyilir. Qurd xəstəlikləri üçün digər üsul: 100 qr xırdalanmış sarımsaq, 200 ml su və 200 qr şəkər tozu eyni qabda bir gün saxlanıldıqdan sonra yaxşı qarışdırlıb süzülür. Əldə olunan məhlul hər gün 2-3 xörək qaşığı içilir. Yara sağaldıcı kimi 1 diş sarımsaq uzununa dilimlənir və yaranın üstünə qoyulur. Təziq düşürücü kimi 10 qr sarımsaq əzilir, üzərinə 10 ml keyfiyyətli araq əlavə edilir. Qarışıq bir gün qaldıqdan sonra süzülür. Alınan məhlul gündə 3 dəfə 15-30 damcı içilir.
 
Sarımsaq yeyin, sağlam olun.
 
Dilqəm Şabanlı
 
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade