Kultura.az-dan "8 mart" çağırışı!

Альтернатива

 

Azərbaycan klassiklərini daima xatırlamaq, onları gənc nəslə tanıtdırmaq, təbliğ etmək: Azərbaycanın müasir yazıçılarının, qələm adamlarının, ziyalılarının, intellektuallarının fikirlərini cəmiyyətə çatdırmaq: özlərini ifadə etmək istəyən gənclərə saytımızda yer ayırmaq: müxtəlif tərcümələr, araşdırmalar, sorğular təqdim etməklə insanlarımızın maariflənməsi istiqamətində iş aparmaq bizim əsas vəzifələrimizdir. Kultura.az-ın ən böyük vəzifələrindən biri də daima kitabı təbliğ etməkdir.

Hörmətli bəylər, bu gün 8 mart Beynəlxalq Qadınlar günüdür. Ölkədə kitab satışını və kitabın təbliğatını gücləndirmək, kitabın bir dəyər olduğunu bir daha göstərmək üçün növbəti fürsətdən yararlanmaq fikrindəyik.

Kultura.az saytı olaraq, bayram günlərində övladlarınıza, dostlarınıza, tanışlarınıza, iş yoldaşlarınıza, ailə üzvlərinizə, sevgilinizə kitab hədiyyə etməyi xahiş edirik. İstərdik ki, hər bir maarifpərvər və tərəqqipərvər azərbaycanlı bu çağırışımıza dəstək versin.

Bayram günlərində yaxınlarımıza kitab hədiyyə etmək ənənəsini yenidən bərpa etmək, bu ənənəni xatırlamaq hər bir maarifpərvər və tərəqqipərvər azərbaycanlının mənəvi borcudur.

Hər bir ailə başçısından, hər bir firma, müəssisə rəhbərindən bu çağırışa maksimum dəstək vermək xahiş olunur.

Eləcə də Türkiyədə, Rusiyada, Avropada və dünyanın müxtəlif ölkələrində yaşayan dostlarımızı da bu çağırışa qoşulmağa səsləyirik. Xaricdə yaşayan dostlarımızın Azərbaycanın mədəni həyatına öz töhfələrini verməyi, ehtiyac duyulan kitabları Azərbaycana göndərmələrini xahiş edirik.

İmkanı olan hər bir kəs insanların kitabla təmin olunmasını öz mənəvi borcu hesab etməlidir. Bu bayram günlərində tələbələri yada salmağınız, onlara imkan daxilində maddi dəstək göstərməyiniz, bizim fikrimizcə, edə biləcəyiniz ən gözəl əməllərdən biri olardı.

Bu bayram günlərində hər bir kəsi fərdi vicdan nümayiş etdirməyə çağırırıq.

Xilasımız özümüzdədir! 

Bayramınız mübarək, əziz və hörmətli xanımlar! 

Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade