Lotusan, yoxsa demokrat?

Rasim Qaraca

 

Başqa ağlınıza gələn qaydalar varsa əlavə edin. Hər birimiz bu qaydalardan birini özümüzə rəhbər tutaraq yaşamımıza davam edirik, qarşımıza sual işarəsi çıxanda dərhal mənimsədiyimiz bu ana bilklər oyanır və şüuraltı olaraq dövrəyə girir. Bəzən belə olur: biz evdə bu qaydaların birinə, işdə digərinə, dost məclisində üçüncüsünə, xarici ölkəyə getdiyimizdə isə başqa birinə əməl edirik.

Mən bu qaydaların hansısa birinin pis və yaxşı olduğunu demirəm, hələlik indiki şəraitdə, bu və ya digər situasiyada hansı qaydalara əməl etdiyimizin, hansı qanunları özümüzə rəhbər seçdiyimizin fərqində olmanın gərəkliliyini vurğulayıram. Məsələn, bizə borclu olan adama qarşı münasibətimiz necədir? Pulu verəndə dindar, istəyəndə demokrat, gecikdirəndə azərbaycanlı, qaytarmaq istəməyəndə isə lotu oluruqmu? Və ya, mətbuat səhifələrində haqqımızda təhqiramiz ifadələr işlədən insanla necə haqq-hesab çürüdürük: onu məhkəməyə veririk, zəng edib əbə-əcdadını söyürük, allaha təvəkkül deyirik – yəni allahın ixtiyarına buraxırıq, yoxsa işdən çıxanda qabağını kəsib razborkaya çəkirik? Ola bilərmi bir insan özündə bütün bu haqq-hesab yöntəmlərini barındırsın? Yəni yerinə görə həm rəsmi qaydalara, həm dini qaydalara, həm də lotu qanunlarına baş vursun. Praktikada bunun mümkün olduğunu görürük, çünki bizim Azərbaycanda bu elə belədir ki var. İnsanlarımız ikiüzlü deyil, çoxüzlüdür. Məncə çoxüzlülük cəmiyyəti deqaradasiyaya uğradır. Nəticədə ictimai güvən sıfıra enir və münasibətlərin yalnız ən amansız olanı önə çıxır. Bizdə də belədir. Lotu qanunları önə çıxmağa başlayıb. Məsələn, oğru jarqonu ədəbi dili üstələyib, indi müəllim də, taksi sürücüsü də, satıcı da jarqonla danışır. Təsadüfi deyil, Polad Alemdar manerası gənclər arasında hakimiyyət qazanıb.

Mən kiməm? – sualına cavab axtaran hər bir kəs ilk növbədə, mən hansı qaydalarla yaşayıram? - sualına cavab verməlidir, bu zaman onun kimliyi avtomatik olaraq meydana çıxacaq.

Önəmli olan fərqində olmaqdır. Lotu özünə lotu deməlidir, dindar dindar, demokrat demokrat. Yoxsa mən özümə demokrat deyib ətrafımla lotu qaydalarına görə davransam mənim adım nə demokrat olacaq, nə lotu, sadəcə əclaf olacaq. Əclaflıq isə heç bir qaydaya tabe deyil.  

Rasim Qaraca

Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade