Masonlara yazığım gəlir

Альтернатива

 

Masonlarda indi də kütləvi istefalar başlayıb... Elə bil “Məhdud Məsuliyyətli Çörtüklüpörtük Gözəlləşdirmə və İnkişaf Kooperatividir”...
 
Keçən il böyük ustadın (“məşriq-i əzəm” terminini belə müasirləşdiriblər) pulları özü üçün xərclədiyi iddia edilmişdi, iki rəhbər şəxslə bərabər təşkilatdan uzaqlaşdırılmışdı... Mafiya ya da xüsusi xidmət orqanları kimi masonluqdan da çıxış yoxdur, yuxuya gediblər...Bu skandaldan utanan bir çox mason da (içərilərində tanışlarım da var) özlərini yuxuya daldırdılar, lojalarına getməməyə başladılar (beləcə o uşaqca rituallardan da, çıxışlar əsnasında mürgüləməkdən də canları qurtardı).
 
İndi də bir keçmiş böyük ustad, beş idarə heyəti üzvü və üç ehtiyat üzv birlikdə istefa verib! İki ay sonra idarə heyətinin iclası var, yeni böyük ustadı da orda aşıracaqlar... Sanasan “Galatasaray İdman Klubu Maliyyə İclası”!
 
Eh, Türkiyədə fəaliyyət göstərə bilmək üçün “Dərnəklər Qanun”-a tabe olmaq məcburiyyətində qalanda anlı şanlı gizli təşkilat da belə urvatdan düşər  əlbətdə... Siz belə getsə qurultay keçirmək üçün idman salonu da kiralayarsınız!
 
Bəşəriyyətin azadlıq, bərabərlik, qardaşlıq kimi böyük ideallarını həyata keçirmək üçün yola çıxmış bir təşkilatı Sultanhamamda ipək qaçaqmalçılığı ilə məşğul olan işbazların çayxanasına çevirmisinizsə, bunlara da dözməlisiniz.
 
Çoxları masonluğa Totun, yəni Hermes Trismegistusun qədim Misir sivilizasiyasına verdiyi böyük sirri öyrənmək üçün yox, işlərinə faydalı olacaq bir çevrə qazanmaq məqsədiylə girir. Həm də Venera planeti ya da Sirius ulduzuna aid həqiqətləri yox, qardaşlardan endirimli mal ya da müftə xidmət almaq üçün ...
 
Onsuz da yuxarı dərəcəli masonlar “bizdə ilk üç dərəcə vacibdir, sirrimiz zadımız da yoxdur” deyib təzə gələnləri yola verirlər.
 
Belə sirrlər varmı, yoxsa məsələ təkcə Nil çayını ulduzun daşırdığını sanıb ona ibadət edən ibtidailərin vəsvəsələrindən mi ibarətdir o da mübahisəlidir ha... Süleyman məbədinin ən dibində bir şey mi gizlədilmişdi yoxsa bütün bunlar bir vahimədən mi ibarətdir?
 
Tampliyerlər, yəni Məbəd Cəngavərləri sözünü eşitməmiş mason tanıdım mən, siz nədən danışırsınız? Bəzi mövzuları Den Braun deyilən bazar yazıçısının kitabından, daha da pisi Odri Totu və Tom Henksin oynadıqları ucuz filmdən öyrənib heyrət edən mason tanıyıram...
 
Çünkü lojada onlara bu təşkilatı divar ustalarının qurduğu yalanları deyilir. Oxumurlar, öyrənmirlər. Daha da pisi, heç maraqlanmırlar. Lojada öyrədiləndən daha çoxunu qurcalamaq məqbul qarşılanmır!  Aid olduğun dərəcənin sirr olmayan donqili sirrləri kafi olmalıdır və ilk üç dərəcəni mümkün qədər tez keçmək üçün sıxıntıdan ürəyin partlamalıdır.“
 
Burak Eldemin dediyi kimi, “sənin baban bir zamanlar inqilabçıydı bala”... Dul kisəsinə “camaat baxır, ayıbdır” deyə beş lirə atanlardan deyildi.
 
Təəssüf... Böyük Fransa İnqilabını, Amerika Birləşmiş Ştatlarının quruluşunu həyata keçirən qəhrəmanların nəvələri gizli təşkilatçılıq oynamağa həvəsli orta yaşlı varlılardan fərqli bir şey ola bilməyəcəklərmi?
 
Engin Ardıç
Akşam qəzeti
03/04/2007
Kultura.az | Developed by Samir Yahyazade