Penis, intelekt və dövlət

Альтернатива

 

Alimlər planetin müxtəlif yerlərində yaşayan əhalinin  penislərinin uzunluq fərqini araşdırmağa çalışırlar.

Tibbi statistika insan bədəninin hətta ən intim bölgələrinə qədər nüfuz edə bilir. “World Penis Average Size Studies Database” in təsisçiləri dünyanın demək olar ki, bütün ölkələrindən olan kişilərin penislərinnin uzunluğu haqqında məlumat toplayıblar. Təbii ki, söhbət ortastatistik uzunluqdan gedir, çünki məlumdur ki, əhali arasında  həm cırtdan adamlar, həm də nəhəng boylular ola bilər.

Siyahıya Konqo Demokratik Respublikası liderlik edir. Orda “kişilik ləyaqətinin” orta uzunluğu 18 santimetrdir.  Siyahının sonunda isə Cənubi Koreya yerləşir, ordakı kişilər hətta 10 sm uzunluğu əldə edə bilmirlər. Demək olar ki, təqribən iki qat fərq var.
Russiya siyahının ortasından bir qədər aşağı sıradadır-13,25 sm.  
Bunu bilmək nə qədər acı olsa da, ABŞ vətəndaşlarında bizdən də qısadır-12,90 sm.

Penislərin orta uzunluğunu göstərən xəritədə regional xüsusiyyətlər aydın görsənir.  Saxara səhrasından cənubda yaşayan afrikanlılarda “kişilik ləyaqəti” hamıdan uzun və yoğundur. Latın amerikanlılarda onlara nisbətən bir qədər kiçik olsa da, kifayət qədər ciddi göstəricilərə malikdirlər. Avropalılarda göstəricilər fərqlidir, lakin ümümilikdə siyahının ortalarında yer tuturlar. Ən kiçik orqanın sahibləri isə Şərqi Asiya ölkələrinin sakinləridir - koreyalılar, yaponlar, vyetnamlılar, kambocalılar və s.

Başqalarının cinsi orqanlarını ölçmək əlbəttəki maraqlı bir işdir. Lakin alimlər araşdırmalarında bu cür ölçü fərqlərinin səbəbini və onu dəyişdirə bilən amilləri axtarırlar. 

Bu yaxınlarda “Personality and İndividual Differences” jurnalında Şimali İrlandiyanın Olster Universitetindən olan Riçard Linnin məqaləsi dərc olunmuşdur.  O təkamül biologiyasının qanunlarına əsasən penislərin fərqliliyini “k”və “r”  bölgüsünü aparmaqla izah etməyə çalışır. “r” bölgüsünə aid olan canlılar maksimum nəsil törətməyə çalışır və törətdiyi nəslin yaşaması və təhlükəsizliyi üçün minimum resurslardan istifadə edir.  “k” bölgüsünə aid canlılar isə əksinə, az nəsil törədir və uzun müddət törətdiyi nəslin qayğısına qalır. Məhz bu baxımdan böyük penis “r” strategiyalı canlılar üçün, kiçik ölçülər isə “k” kateqoriyasına uyğundur.

Ümümiyyətlə, Riçard Linn özünün müxtəlif xalqlar arasında apardığı intellekt əmsalı (IQ) araşdırmasına görə məşhurdur. Əslində bu bir qədər irqçi yanaşmadır. Lakin onun araşdırmalarına əsasən ən intellektual irq monqoloidlərdir (çinlilər, yaponlar, koreyalılar). Avropalıların IQ səviyyəsi 5-15 sıra aşağı yerlərdə durur. Buradan belə nəticəyə gəlmək olar ki,  IQ səviyyəsi ilə penisin ölçüləri arasında tərs mütanasiblik var. Linn bu qanuna uyğunluğu coğrafiya ilə bağlayır. Şimalda yaşayan xalqlar daha sıx yaşamalı idilər və bu cür həyat tərzinin idarə olunması üçün yüksək intellekt tələb olunurdu. Kiçik penis inkişaf etmiş dərrakəylə kompensasiya olunub.

Mövzu ilə bağlı başqa nəzəriyyələrdə var. Məsələn, Helsinki iqtisadi araşdırmalar mərkəzində çalışan Tatu Uestlinq penisin uzunluğu ilə ölkənin iqtisadi inkişafı arasındakı əlaqənin olmasını iddia edir. Onun hesablamalarına görə kişi ləyaqətinin böyüklüyü  ÜDM (ümum daxili məhsul)-un 15-20% artmasına səbəb ola bilir (bu artımın baş vermə səbəbini alim izah etmir). Ümillikdə götürdükdə bağlılıq bu cürdür: uğurlu iqdisadi göstəriciləri olan ölkələrdə penisin uzunluğu orta ölçüdədir. Çox böyük və ya çox kiçik penislər kasıb ölkələrin payına düşür. Bu qanunauyğunlğu Avropa ilə Afrika və bir neçə Asiya ölkəsini müqayisə edəndə görmək olar (Kamboca, Vyetnam, Banqladeş, Hindistan və s.). Bu Latın Amerikası ölkələrindədə nəzərə çarpır: orda ÜDM ABŞ və Avropa ölkələrinə nisbətən aşağı səviyyədədir, lakin kişilərin penisləri daha uzundur. Bu qaydadan kənar ölkələr də var - Honkonq, Yaponiya, Sinqapur, Cənubi Koreya - bu ölkələrdə ÜDM yüksəkdir, lakin penislər balacadır.

Təssüf ki, müasir elm geosiyasət, milli düşüncə və psixologiya ilə penisin ölçüsü arasında əlaqəyə hələ də cavab əsaslı  tapa bilməyib. Lakin araşdırmalar davam edir.

Qriqoriy Taraseviç,

“Ruskiy reportyor” No8.

 

Kultura.az | Developed by Samir Yahyazade