Zərdab rayonunda zorlanan qızın bacısı məktəbdən qovulub

Медиа

 

“Zərdab rayonu Alıcanlı kəndində əmisioğlu tərəfindən zorlanan məktəbli qızın bacısını da məktəbdən qovublar”.

Bu barədə rayon sakinlərindən məlumat daxil olub. Biz bu informasiyanı dəqiqləşdirmək məqsədilə Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayevə müraciət etdik.

O, informasiyanı təsdiqləsə də burada hər hansı qovulmanın olmadığını bildirdi: “Təbii ki, ictimai qınaq var və onu məktəbdən valideynləri çıxarıb. Kənd yeridir, onu atası-anası qoyardılarmı, uşaq gedib sinifdə otura? Düzdür, bacısının baş verənlərlə heç bir əlaqəsi yoxdur, amma nə qədər olsa da kənd yeridir...”.

Xatırladaq ki, Zərdab rayon Alıcanlı kənd orta məktəbinin şagirdi qohumu tərəfindən zorlanmaya məruz qalıb. Bunun da nəticəsində o, dünyaya uşaq gətirib.
Amma istənilən halda hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var və bu hüququn səbəbindən asılı olmayaraq pozulması qəbulolunmazdır.

AzNews.az

Kultura.az | Developed by Samir Yahyazade