post-title

Azərbaycanlıların Əylisli orgiyası

Orgiyada kulminasiyaya çatdıq. Əylislinin, - ya da Levon Melik Şaxnazaryanın təbirincə "Aqulisçi"nin - bu həyatdakı yeganə statusu olan yazıçılığın qabağından, böyük bir XALQ sözü götürüldü. Yazıçı həmçinin təqaüdündən məhrum edildi. İlham Əliyevin bu işdəki operativliyi və sərəncamın təntənəliliyi xalqımızı dərin ekstaza gətirmişdir. Azərbaycanlılar "ümummilli məsələlərdə birləşək" deyəndə, ümummilli orgiya qurmağı nəzərdə tuturlar. Bu gün bu kədərli həqiqət, bir daha öz təsdiqini tapdı. "Sarı gəlin" romanının finalında Əli Əkbər və Seymur Baycanın başına müsibətlər gəlir. Müəllifin özü də ehtimal etmirdi ki, bu müsibətlər Əkrəm Əylislinin başına gətirilə bilər.

 

Sarı gəlin romanının finalı

Orkestrin rəhbəri, qarmonçalan Zirəddin başını razılıqla endirib qaldırdı. Əflatun Məmmədli ona yüz dollar verdi və orkestr dərhal “Anam mənim, anam mənim. Çox qocalıb, anam mənim” mahnısını çalmağa başladı. Gülağa Əzimzadə tarı sinəsinə sıxdı. Tar, digər alətlərin ifaçılarına nəfəs dərməyə macal vermədən, hamını öz arxasınca qalxmağa məcbur edirdi. Xanəndə Siyavuş Qurbanlı mikrofonu götürüb oxumağa başladı və hamı ayağa qalxdı, qol qaldırıb oynamağa başladı. Kəbirə oturduğu sayaq, ağır-ağır yerindən durub rəqs meydançasına tərəf getdi, meydançaya çata-çatda qollarını qaldırıb, izdihamın arasına daldı.

Ağbirçəklər nazirlərin, oliqarxların, deputatların ətrafında süzürdü.

Ağbirçəklər sanki əllərdə, çiyinlərdə üzürdü.

Ağbirçək, kəlağayılı anaların gözlərindən yaşlar süzülürdü.

Baxmayaraq ki, rəqs edirdilər, yenə də kövrəkdilər. Hamısı keçmişlərini yada salırdı, ötən günlərin intizarı, xatirələri ilə qovrulurdular. Analar, nənələr elədikləri caduları, yıxdıqları evləri, qırdıqları qeybətləri xatırlayırdılar. Oğlunu gəlninə qısqanan, ən böyük arzusu oğluna vermək olan Kəbirə xala, Əflatunun qabağında abırlı-abırlı oynayırdı. Siyavuş Qurbanlının qırtlağından çıxan zəngulənin çətin ölçülü yüksəlişi zamanı sürətlənən tar, onu hər an haqlayan kamançanın qınağına dözməyib, yenidən var qüvvəsilə öz gərgin və dəqiq yerişini hansı möcüzə iləsə davam etdirdi. Gülağa Əzimzadə ikicinsli qüdrətini tam işə salmışdı, vagino-penisinə qədər tərləmişdi. Son zirvəyə doğru hərəkətdə sözlərin, avazın, tarın, kamançanın, qarmonun, nağaranın könüllü, intizamlı birliyinə ram olan hər yüksəklikdən sonra yenidən irəliləmək üçün oxumağın və çalmağın qeyri-mümkünlüyünü fikirləşmək məqamı gələndə isə, xanəndə Siyavuşun bəmə düşən səsi də bu yürüşə qoşulur və bununla yaranmış gərginliyi sanki nisbətən soyudub, növbəti mərhələyə keçid üçün ayaq yeri verirdi. Meydana atılan “Vətən naminə”çi qız və oğlanların peşəkar rəqs məktəbi keçdiyi elə ilk baxışdanca hiss olunurdu. Ustalıqları nazik qamətlərində daha aydın nəzərə çarpan oynaq əzalarının standarta tam uyğun hərəkətlərindən və üzlərindəki yoluxdurucu təbəssümün ölçülü əndazəsindən görünürdü. Ən əsası, onların bütün hərəkət trayektoriyaları boyu bir anlığa belə qapanmadan daim açıq qalan, bütün cizgilərindən yalnız birini qabardan sifətlərində məhz dişilikdən və xas erkəklikdən doğan qəribə çağırış, nəyəsə, bəlkə də özlərinin də bilmədiyi hansısa sirr aləminə dəvətin coşqun əlamətləri vardı. Nüsrət hələ təşkilatı yaradan zaman tapşırmışdı ki, bütün gənclər mütləq milli rəqsləri bilməli, toylarda möcüzələr göstərməlidirlər. Əflatun Məmmədli də atılıb-düşürdü, anaların, nənələrin arasında süzürdü. Lakin onun rəqsi, daha çox pırsamış erkək hinduşkanın hoppanmasını xatırladırdı.

Rəqsanə ilə Laləzar da qabaq-qənşər rəqs edirdilər, bir-birlərinə o qədər yaxın idilər ki, nəfəslərini duyurdular, hərdən döşləri də bir-birinə toxunurdu. Yaxınlaşdılar, yaxınlaşdılar, nəhayət qovuşdular. Laləzar əlini Rəqsanənin vaginasına apardı, nazik yubkasının üstündən baş barmağı ilə yarığına toxundu. Rəqsanənin gözlərinin qarası qaçdı, ağı qaldı. Zarıdı. İzdiham onlara fikir vermirdi, izdiham öz işində idi. Laləzar barmağını hərəkət etdirdikcə, Rəqsanənin bədəni titrəyirdi. Laləzarın peşəkar barmağı bir dəqiqəyə Rəqsanəni orqazma çatdırdı. Qızın bədəni süstləşdi, alnında tər puçurları göründü. Gülümsəyən baxışları ilə Laləzara minnətdarlıq etdi.

Mahnı bitəndən sonra hamı yerinə oturdu və yemək-içmək başladı. İçki su yerinə axırdı. Müxtəlif kabablar gəlib-gedirdi. Sağlıqlar deyilir, şampanlar partladılırdı. Oynamaq istəyənlər isə oynamağa davam edirdilər. Ülkərin Slavyan universitetindən olan qrup yoldaşları onu rəqsə qaldırdılar. Ülkər meydanda süzməyə başladı, Ramal isə dərin məhəbbətlə ona tamaşa edirdi.

Nüsrət toyxananı gəzmək, qonaqlarla hal-əhval tutmaq üçün ayağa qalxdı. Minə yaxın qonağa, heç olmasa başı ilə salam vermək istəyirdi.

Liberalların masasına yaxınlaşanda ayaq saxladı.

- Dostlar, necəsiniz? – musiqinin səsini basdırmağa çalışaraq qışqırdı.

- Necə ola bilərik? – Erkin heç nə ifadə etməyən sifətlə dedi. – Darıxırıq.

- Niyə? - Nüsrət gülümsədi.

- Necə niyə? Maraqlı deyil, ona görə. İkincisi də ki... zorla bizi gətirmisiz bura, hələ istəyirsiz ki, kef eləyək?

- Bu da sizin mənə çoxsağolunuzdu?

- Siz hələ çox sağol da istəyirsiz? – Erkin səmimi təəccüblə soruşdu.

- Eybi yox. Elə bu toyun özü də göstərir ki, sizin hakimiyyətinizin ömrünə çox az qalıb. Gəlirik! – Nicat pafosla dedi və Nüsrətin üzünə kinlə baxdı.

Nüsrət qəhqəhə ilə güldü:

- Gəlirsiz? Gəlib neynəyəcəksiz?

- Əvvəl bu ölkəni sizinkimilərdən təmizləyəcəyik! – Nicat tonunu aşağı salmadan dedi.

Nüsrət bir qədər fikrə getdi.

- Bizimkimilərdən?

- Bəli, sizinkimilərdən. Bu, obyektiv həqiqətdi, labüd bir şeydi.

- Hmmm. Bax, elə buna görə də siz heç vaxt hakimiyyətə gələ bilməyəcəksiz. Bilirsiz niyə? Çünki keçmişin kölələrinə heç vaxt iqtidarı etibar eləmək olmaz. Həm də ki, illüziyalardan əl çəkin. Saray daxili intriqalarda iştirak edən mənim kimi adamlar, lazımlı anın gəldiyini hamıdan tez hiss edirlər. Mən isə hələ belə bir şey hiss eləməmişəm. Bizim hakimiyyətimiz uzunömürlüdür. O ki qaldı obyektivliyə... Obyektivlik hissinin ən zəif inkişaf etdiyi məxluq, məhz insanın özüdür. Yeyin için kef eləyin, belə şeylərlə beyninizi doldurmayın...

Liberalları mat vəziyyətdə qoyan Nüsrət, onlardan uzaqlaşıb Ramalın yanına gəldi, Ülkərin kreslosuna oturdu, rəqs edən gəlinə və qızlara tamaşa etməyə başladı.

- Hə, tazə bəy! Toy necə keçir? Xoşbəxtsən ya yox?

- Çox xoşbəxtəm Nüsrət müəllim. – Ramal utancaq ifadə ilə dedi. - Həm də həyəcanlıyam...

- Başa düşürəm. Birinci dəfədi diqqət mərkəzindəsən. Öz toyunda oturmusan. Əlbəttə həyəcanlı olmalısan. Ülkər xanım da gör necə gözəl oynayır. – Birinci rəqsi bitirən qızlar, ikinci rəqsə keçmişdilər. Ülkər doğrudan da gözəl rəqs edirdi.

- Heç bilmirəm Ülkərə layiqli ər ola biləcəm, ya yox. – Ramal düşüncəli halda dedi.

- O nə sözdü? Niyə olmamalısan ki, başa düşmədim?

- Nə bilim... Hərdən mənə elə gəlir ki, Ülkər məni sevmir. Mən də bilmirəm onun sevgisini necə qazanım.

- O nə sözdü danışırsan? Dəlisən? Ülkər əlbəttə ki, səni sevir. Özü də ki, sevgi bir yerdə yaşadıqca dərinləşir. – Nüsrət dedi və Ramala tərəf bir az da əyilərək, ata nəvazişi ilə əlavə etdi, - Qadınları başa düşmək elə bilirsən asandı?

Ramal diqqətlə Nüsrətin üzünə baxdı. Sual dolu baxışlarından hiss olunurdu ki, Nüsrətin sualına cavabı, elə Nüsrətin özündən eşitmək üçün səbirsizlənir.

- Yox əzizim, asan məsələ deyil. Ona görə yox ki, qadınlar dərindilər, ya da özlərinin dediyi kimi dəryadılar, sirrli xəzinədilər. Xeyr! Sadəcə ona görə ki, məntiqsizdilər. Biz isə praqmatik varlıqlarıq, onların fitrətinə bələd deyilik. Mənim yaşım çoxdu, təcrübəm zəngindi deyə onların dilini bilirəm. Vaxt gələcək, sən də öyrənəcəksən.

- Mən də elə bundan qorxuram Nüsrət müəllim. Ülkərin nə istədiyini başa düşə bilmirəm. Üç dəfə görüşmüşük, amma ürəyini mənə açmayıb.

Nüsrət güldü:

- Sən bir şeyi yadında saxla ki, bir yerdə yaşamağa başlayandan sonra, hər şey düzələcək. Məsləhətim odur ki, qadınlarla hövsələli, səbrli ol. Arvadlar dəlilik, şıltaqlıq eləyəndə, gərək özünü elə göstərəsən ki, guya bu hərəkətlər sənə təsir edir, incidir. Onlara da elə bu lazımdı. Nə badə qadınları iqnor edəsən! Onlar kişinin diqqətini cəlb etmək üçün axmaq-axmaq hərəkətlər edirlər. Sən də gərək bunu göydə tutasan. Onların istədiyi oyunu oynayasan. İncimək lazım olan yerdə inciməsən, deyəcək ki, laqeydsən, məni sevmirsən. Qadınları ara-sıra qısqanmaq da lazımdı. Ciddi səbəb olmasa da qısqanmaq lazımdı. Şitini çıxartma, amma qısqanc ol. Hiss eləsən ki, telefonunu qurdalasan bundan xoşu gələcək, onda qurdala. Bunların hamısını yaşaya-yaşaya öyrənəcəksən. Ola bilsin telefondakı nömrələr, ona gələn zənglər, SMS-lər sənə maraqsız olsun, amma sən yenə də arada-bir qurdala.

- Bəs qadınlardan bezdiyiniz olub, Nüsrət müəllim?

- Əlbəttə olub. Sənə deyim ki, qadınlar ən axmaq, ən gicdıllaq hərəkətlərini ciddi üz ifadəsi ilə edirlər. Baxırsan ki, ağlı başında qadındı, amma gicdəyir. Məclisdə hamının yanında birdən qaşığı stola çırpıb çıxıb gedir, səni də qoyur göt ayağında. Gülmə e, düz deyirəm. Ölürlər qısqanılmaq üçün. Məsəlçün küçədə onu bir başqa kişi ilə görsən, gərək dərhal maraqlanasan ki, o kimdi? Hətta bilsən də ki, müəllimidi, ya da nə bilim müdürüdü, harasa iş dalınca gedirlər, yenə də qısqanmalısan. Onda çox sevinirlər.

Ramal başını endirdi:

- Nüsrət müəllim... Utanıram deməyə... Amma hərdən onlardan qorxuram e.

- Kimdən? Qadınlardan? Bəs nə bilmişdin! Əlbəttə qorxmalısan. Başqa cür ola da bilməz. Qadınların içindəki insan düşmənliyinin üzə çıxması üçün şəraitə ehtiyac var. Tarix bir neçə dəfə qadınlara yüksəlmək şansı verib, onda da qan su yerinə axıb. Deyə bilərsən ki, kişilər daha çox qan axıdıb. Amma qadının qan tökməsi, onların özləri haqda yaratdıqları mifik obrazla üst-üstə düşmür axı. Ana ürəyi, qadın şəfqəti zad... Başa düşürsən? Qadına üstə çıxmaq şansı veriləndə, sülh göyərçini olan arvadlar dönüb olurlar əjdaha. Odur ki, ehtiyatlı ol. Nazıyla oyna, ovqatını hiss elə, amma heç vaxt yuxarı qalxmağa icazə vermə.

Toyun ikinci xanəndəsi Novbahar Badamlı, “Bağdagül” mahnısını oxuyub qurtarandan sonra, Əflatun Məmmədliyə yaxınlaşıb, göz-qaş eləyə-eləyə soruşdu:

- Cənab nazir, sizin üçün hansı mahnını ifa edim?

Əflatunun bayaqdan qarmonçalan Zirəddinə, Siyavuşa, Gülağaya pul payladığını görən Novbahar, indi də özü üçün “xələt” qopartmaq istəyirdi. Əməlli-başlı keflənən nazir isə gözünü xaricilərdən ayırıb, qadın xanəndəyə baxdı:

- Salam a ceyran. Ha ha! Hansı mahnını? Hmmmmm. Ay qız, mahnını neynirəm ee? Hə? Neynirəm mahnını? – gözləri axa-axa Novbahara baxan Əflatun astadan hıçqırdı.

- Nə bilim Əflatun müəllim... Dedim bəlkə... – Novbahar çaşıb qalmışdı. Nə deyəcəyini bilmirdi.

- Ay qız nə döyürsən gözlərini, a maral! A ceyran! Yaxşısı budur sən qəşşəng bir dənə minet götür, mən də canuva dua eləyim. Hə? Yoxsa mahnı belə gəldi, zurna belə getdi. Eeee. Mahnını neynirəm?!

Novbahar qızarıb, utancaq tərzdə dedi:

- Aaaa cənab nazir, necə axı... Elə burda?

- Əlbəttə a ceyran! Elə burda! Gir görüm stolun altına. Gir gir gir...

Əflatun ağ süfrəni qaldırıb, Novbahara masanın altını göstərdi. Masada oturanlar - xaricilər, deputatlar, digər nazirlər - Əflatunla Novbaharın dialoquna maraqla qulaq asırdılar. Nazirin masaaltı dəvətinin nə ilə nəticələnəcəyi hamıya maraqlıydı. Ramalla Nüsrət də gözlərini onlardan ayırmırdılar, həyəcanla gözləyirdilər.

Novbahar bir müddət tərəddüd keçirdi. Gah orksetrə, gah Siyavuşa, gah Nüsrətə, gah da bütün zala nəzər saldı və sonda qərar verdi. Mikrofonu masanın üstünə qoyub əyildi, dizim-dizim sürünərək masanın altına girdi. Əflatunun şalvarının qabağını açdı. Nazirin büzüşmüş, ilıq penisini tumanın içindən çıxarıb, ağzına aldı.

Bu mənzərəni görən Nüsrət, sevincək olub ayağa sıçradı, qaça-qaça aşağı düşdü. Zalda işləyən dörd AtTV operatorundan özünə ən yaxın olanını əli ilə çağırdı:

- Gəl, gəl bura. Tez ol! Çək buranı, çək, çək! – Süfrəni qaldırıb qışqırdı. – Qoy bu gözəlliyi hamı görsün! Bütün xalqımız görsün! Bütün dünya görsün!

Kameranın obyektivi, iştahla Əflatunun penisini əmən Novbaharın sulu ağzına tuşlandı və bu görüntü, zaldakı monitorlara, hər bir atropatın evinə translasiya edildi. Hamı çəngəl, qaşıq, stəkanını yerə qoyub diqqət, maraq, həyəcan və ehtirasla Novbaharın oral fəaliyyətinə tamaşa etməyə başladı. Masadan mikrofonu götürən Nüsrət isə, qışqırmağa davam etdi:

- Əziz qonaqlar! Baxın! Baxın bu mənzərəyə! Burda pis nə var ki?

Gördüklərindən ehtiraslanan Təranə də ayağa qalxdı, Nüsrətə yaxınlaşıb qulağına pıçıldadı:

- Mənim də sənə sürprizim var əzizim.

- Doğrudan?! – Nüsrət gözlərini bir anlıq monitordan çəkib Təranəyə baxdı. – Nə sürprizi sevgilim?

- Bu gün mən də sənin üçün bakirə oldum! – Təranə güldü. – Ülkərlə bir yerdə Mədinənin yanına gedib tikdirmişik.

Nüsrətin sevincdən dodaqları əsdi, Təranəni qucaqladı. Uzun müddət öpüşdülər.

- Səni sevirəm əzizim, çox sevirəm. – Nüsrət dərin ehtiram və məhəbbətlə Təranənin göz bəbəklərinə baxıb dedi.

- Mən də səni!

Zalda həyəcan yüksəlirdi. Qadınlar döşlərini, kişilər qasıqlarını sığallayırdılar. Huri bir əli ilə məmə gilələrini, obiri əli ilə isə vaginasını ovxalayırdı. Kəbirə ilə Güldəstə əvvəl baxışdılar, sonra öpüşməyə başladılar – qırışmış, boz dodaqları qovuşdu. Qarmonçalan Zirəddin yanında oturan Gülağanın əlini götürüb, şeyinin üstünə qoydu. İngilislə kanadalı da oyanmışdılar. Kanadalı biznesmen də aşağı əyilib, ingilis həmkarınınkını çalmağa başladı. Bu, həm də anqlosakson arealın mənbəyi olan millətə qarşı nümayiş etdirilən minnətdarlıq aktı idi. Ramalla Ülkərin də öpüşməyə başlaması, hətta Ülkərin sol döşünün paltarın altından pırtlayıb çıxması – qonaqları bir az da cəsarətləndirdi.

Təkcə liberallar bu orgiyada iştirak etmək istəmirdilər. Onlar bir-bir qalxıb getmək istədikləri yerdə, “Vətən naminə”çi gənclər tapançalarını çıxardıb onlara tuşladılar:

- Oturun yerinizdə! Tərpənməyin – dedilər və bir yandan qızların milli paltarlarını tələsmədən, aram-aram soyundurmağa başladılar.

Nüsrət Təranədən aralanıb, mikrofonu ağzına yaxınlaşdırdı:

- Seksdən qorxmayın əziz qonaqlar! Gözünüzdən ürəyinizə girən, şeyinizdən çölə çıxmalıdır! Seks müqəddəsdir! Bunun adı eşqdir, məhəbbətdir! Həm də fizioloji aktdır. Sual yarana bilər ki, burada baş verənlər erotikadı, yoxsa pornodu? Bəziləriniz erotika ilə porno arasındakı fərqi bilmir, heç əhəmiyyət də vermirlər. Amma bunların arasında ciddi fərq var və bəzi hallarda bunları bilmək vacibdir. – Nüsrət elə danışırdı ki, elə bil təsbehə muncuq düzürdü. - Erotika kişi ilə qadın arasında hissi münasibətləri əks etdirir, estetik qanunlara cavab verir, sevgi hisslərini tərənnüm edir. Porno isə seksin quru, ruhsuz təsviridir. Erotika hissləri oyadır, porno isə şəhvəti. Erotika estetikdir, porno isə fiziolojik. Erotikaya tamaşa edib həzz alırsan, pornoya isə baxıb ehtiraslanırsan. İndi özünüz qərar verin - siz hansı biri ilə məşğul olmaq istəyirsiz?!

Beləliklə, başladıq!!!

 

***

 

Elə həmin an, Nüsrətin işarət barmağındakı səkkiz guşəli ulduzun ortasında iri brilyant qaşı olan platin üzükdən gurultu ilə şimşək çaxdı, şimşəyin bir ucu günbəzə qədər uzandı, günbəzin üstündə lazerə bənzər gözqamaşdırıcı işıq xətti ilə, dərin bir qövs cızaraq tavanı araladı. Toyxanaya soyuq külək doldu, qəndillərdəki şamların alovu dalğalandı, pəncərələrin hamısı açıldı, ağır atlas pərdələr havaya qalxdı, bədirlənmiş ayın solğun ziyası toyxanaya doldu. Döşəməyə gecə işığının yaşılımtıl örpəyi sərildi. Bədirlənmiş ay, sanki sısqa baxışlarını “Dionis”ə toplaşmış toy adamlarının sonsuz, tünd ilğımına yönəldərək, nəsə görməyə çalışdı.

Birdən, günbəzin yarığından, zəncirlərlə on iki körpə uşağın meyiti sallandı. Körpələrin hamısının başı bədənlərindən üzülmüşdü, boyun nahiyələrindən qan damlayırdı. Sütunların tən ortasında, qəndillərin altındakı qızılı oyuqlardan da qan axmağa başladı. Nüsrət piyaləni fışqıran qanın altına tutub, dolu piyaləni Təranəyə uzatdı. Təranə qanı iştah və itaətkarlıqla içdi, səndirləyə-səndirləyə yaxınlaşıb stola söykəndi. Nüsrət özü də piyaləni dinməzcə qaldırıb, qandan üç qurtum içdi. Hər ikisinin qarnına xoş bir istilik yayıldı, qanın sərxoşluğu başlarına vurdu, sanki xeyli yatıb yuxudan gümrah oyanmışdılar. Dəhşətli aclıq hiss elədilər. Zığıldaya-zığıldaya, acgözlüklə qara kürüyə girişdilər.

Əflatun zarıyaraq, qışqıraraq Novbaharın ağzına boşaldı. Dodaqları, dişləri spermadan ağarmış Novbahar yekə ağzı ilə qəhqəhə çəkdi, sürünərək masanın altından çıxıb soyunmağa başladı. Bir kənarda dayanıb, masanın altında baş verənlərə baxa-baxa şalvarının üstündən penisini ovxalayan həmkarı Siyavuşu tutub yerə yıxdı, üstünə dırmaşdı, götü ilə xanəndənin üzünə oturub, şiddətlə ağzına osturdu.

 Qəfildən ayağa sıçrayan Güldəstə ilə Kəbirə səhnəyə hücum çəkdilər, saçyolduya çıxdılar, yerə yıxılıb güləşməyə, yorulanda bir-birlərinə dil vurmağa başladılar. Qoca arvadların sallaq ətli bədənləri, qürub çağı Saxara səhrasındakı qıvrım-qıvrım, dalğa-dalğa qumları xatırladırdı.

Şahnaz da ayağa durdu, stulun üstünə dırmaşdı, masanın üstündəki qab-qacağı aşırdaraq Hurinin üstünə cumdu. Qadınlar bir yerdə yerə yıxıldılar. Şahnaz əlini Hurinin yubkasının altına salıb, dörd barmağını birdən 40 yaşlı bakirənin sulu şaftalasına itələdi. Huri qışqırmaq istəsə də, Şahnaz yekə dilini onun boğaz yoluna qədər soxdu, Hurinin nəfəsi kəsildi. Elmlər Akademiyasının əbədi bakirəsi, qadınlığa belə qədəm qoydu.

Toy xanəndəsi Yeganə, liberalların masasında masturbasiya ilə özünü yola verən Rufizi gördü, onun yanına qaçdı, müxbirin penisini tutub onu ayağa qaldırdı. Donunu, ardından da tumanını çıxardıb liberalların qabağında, masanın üstünə uzandı, ayaqlarını araladı və Rufizin başını tutub paçalarının arasına itələdi:

- Yala!

“Möhtəşəm Atropatena” qəzetinin müxbiri möhtəşəm yalayırdı - saniyədə dörd dil vururdu. Üstü-başı qara və qırmızı kürüyə, yağa-pendirə, duza-çörəyə, turşulara, kabablara, min-bir naz-nemətə bulaşan Yeganə həzzdən zarıya-zarıya, baş barmağını dişləyə-dişləyə, arada da liberallara göz vura-vura yalatdırırdı. Birdən bədəni əsim-əsim əsdi, elektron səslə ciyildəyib boşaldı. Rufiz məmnun və yorğun halda onun yarığından aralanmaq istəyirdi ki, Yeganə şiddətlə işəməyə başladı, “Möhtəşəm Atropatena” qəzetinin müxbirini təpədən dırnağa qədər ilıq, turşməzə sidiyinə qərq etdi. Özü də vəhşi kimi gülür, sevinirdi.  

Dörd mələk qızdan ikisi, Təranəni qollarından tutaraq masanın üstünə uzandırdılar. Operator AtTV kamerasının obyektivini ona tuşladı. Körpə mələklər Təranənin donunu çıxartdılar, alt paltarlarını soyundurdular. Nüsrət də soyunmuşdu, hazır gözləyirdi. Əlini Təranənin yanağına sürtdü - alnını, üzünü, dodaqlarını oxşadı. Mələklərdən biri, Nüsrətin İran mərməri kimi sərtləşmiş penisini nehrə yağı ilə yağlayıb Təranənin aralanmış kraterinə yaxınlaşdırdı, ikinci mələk də Nüsrəti arxadan itələdi.

Nüsrətin birinci gedişi ilə qanın fışqırmağı bir oldu. Elə bil zalım Mədinə-Çimnaz qızlıq pərdəsini tikməklə kifayətlənməmiş, içəri yarım litr qan da doldurmuşdu. Mələklər iştahla, ciyildəyə-ciyildəyə qanı yalamağa başladılar. Nüsrətin zərbələri ilə Təranənin bədəni dalğalanırdı. Döşləri öz ətrafında fırlanan, lakin bir-birlərindən uzaqlaşan planetlərə oxşayırdı.

O əsnada, obiri iki mələk Ülkəri soyundururdu. Gəlin tam çılpaq olandan sonra, onu da masaya yatırtdılar, ardından Ramalın şalvarını çıxartdılar. Həyəcandan ereksiyası gecikən Ramala körpə mələk öz körpə ağzı ilə kömək etdi. Sərtləşmə baş verəndən sonra, mələklərdən biri, ona:

- Buyurun, gəlinin üstünə uzanın! - dedi.

Bəylə gəlinin zifafına iki mələkdən başqa AtTV kamerası, yengə Ruhəngiz Mövlud və əlbəttə ki, bütün Atropatena şahidlik edirdi. Ülkərin qızlıq pərdəsi Ramalın üçüncü friksiyasından sonra deşildi, bu dəfə də şiddətli qanaxma oldu. Mədinə-Çimnaz həqiqətən də bütün ginekoloji istedadını səfərbər etmişdi. Mələklər, bəkarət qanını növbələşərək yalayıb təmizlədilər.

Bu məqamda yenə fişənglər partladıldı. Hər iki gəlinin qız çıxması şərəfinə badələr qaldırıldı, sağlıqlar deyildi:

- Təbrik edirik! – meyxanaçılar qışqırdı.

- Eşq olsun! – solçular hayqırdı.

- Yaşasın bakirəlik! – mollalar züy tutdu.

- Mübarəkdir! – deputatlar guruldadı.

- Şef, səninlə fəxr edirik! – “Alfa-Beta”çılar çığırdı.

Elmlər Akademiyasının alimləri, BBC-nin jurnalistləri, Holdinq əməkdaşları, Qurultay üzvləri, nazirlər, “İsti-isti.az”ın kollektivi – hamı şadyanalıq edirdi, şampanı yanğı ilə içirdi. Birdən “Vətən naminə”çi qız və oğlanların rəqsi başladı. Gənclər rəqs edə-edə əllərindəki kuzələri qonaqlara payladılar. Kuzələr qan və sperma ilə doluydu. Tovuz quşu kimi geyinmiş qadınlar, deputatlar, nazirlər, alimlər, mollalar kuzələri başlarına çəkib, vəhşi rəqsə keçdilər. Baxusa nəğmələr oxunur, Dionisin şərəfinə badələr qaldırılırdı. İçilən içkilərin, iylənən kokainlərin təsiri ilə hamı dostlaşmışdı, qardaşlaşmışdı, sərhədlər yoxa çıxmışdı, utancaqlıq qalmamışdı. Soltan müəllim Əhməd müəllimə daldan gedirdi, Nazpəri Zirəddinə minet edirdi, hamı hamıya verirdi. Hətta Kariatidlərlə Atlantlar da dirilmişdi. Atlantlar əllərini tavandan çəkib, Kariatidlərə daldan, qabaqdan, ağızdan gedirdilər. Yerə düşmürdülər - elə yuxarıdaca, qərar qıldıqları məkanlarında sevişirdilər.

Nüsrət işini qurtarmışdı, amma Təranə hələ doymamışdı. Baş verənləri dəhşətlə izləyən Riyadı uzaqdan gördü. Qaça-qaça onun yanına gəldi, üstünə yıxıldı. Şalvarını, tumanını əynindən çıxartmaq istəsə də, Riyad müqavimət göstərirdi, hətta yalvarırdı. Dörd körpə mələyin dördü də Təranənin köməyinə gəldilər, Riyadın üzünü-gözünü cırmaqlamağa başladılar. Körpə mələklər artıq mələyə də oxşamırdılar – gözləri qızarmışdı, körpə sifətləri əyilmişdi, ağızlarından qəzəb tüpürcəkləri axırdı, dillərinin rəngi isə bənövşəyiyə çalırdı. Təranə Riyadın penisini ağzına aldı, gəncin xayalarını yaladı. Xeyli işlədi üstündə, ürəyini qoydu bu işə. Ereksiya isə alınmadı ki, alınmadı. Başını qaldırıb nifrətlə Riyada baxdı:

- Oyanmayacaqsan?

- Səidədən sonra heç kəsdə gözüm yoxdu! İndi bildim! Onu siz öldürmüsünüz qəhbələr, oğraşlar!

- Aaaaaaaaaaaaaa! – Təranə elə anqırdı ki, pəncərələrdən bir neçəsinin şüşələri çilik-çilik olub yerə töküldü. Yaxında dayananların səsdən qulaqları batdı. Təranə iti dişlərini Riyadın penisinə sancıb dartmağa, gəmirməyə başladı. Riyad qışqırır, yalvarırdı. Xeyri olmadı. Təranə penisi dibindən qopardıb çeynədi-çeynədi, axırda da uddu və yeni əyləncə tapmaq üçün qaçıb getdi.

Böyürə-böyürə yerdə sürünən Riyad, çox keçməmiş şiddətli qanaxmadan huşunu itirdi. Milli geyimli “Vətən naminə”çi ofisiant qızlardan biri ona yaxınlaşdı, tapançasını çıxartdı və alnına bir güllə çaxaraq, gəncin əzablarına son qoydu.

Rəqs meydançasının tən ortasında dayanan Nüsrət birdən çığırıb qarnını tutdu, elə əyildi ki, alnı dizlərinə dəydi. Zarımağa, qışqırmağa davam edərək, bir müddət bu vəziyyətdə qaldı. Qamətini düzəltmək üçün başını qaldıranda, hamı onun uzanıb çənəsinə çatmış iki köpək dişini gördü. Gözləri qıpqırmızı olmuşdu, elə bil alov saçırdı. Qeyri-insani səslə qışqırmağa ara vermədən qamətini düzəltdi, sonra daha möhkəm anqıraraq özünü arxaya doğru bir az qardı. Göz görə-görə bədənini tük basmağa başladı – sinəsi, çiyinləri, beli cod, uzun tüklərlə qaplandı. Sonra hər iki quluncunun dərisi yarıldı, kürəyindən qan fışqırdı, iki dərin yarığın içindən nəsə çıxdı, çıxdıqca da uzandı. Çox keçmədi ki, qanaxması davam edən qulunclarından iki nəhəng qanad göründü. Əvvəl döşəməyə istiqamətlənmiş olan bu qanadlar, Nüsrətin gücənməsi ilə yanlara aralandı, sonra isə yuxarı qalxdı və açıldı. Göy, qırmızı və yaşıl zolaqlı qanadlarını bir neçə dəfə çırpdı, açıb-bağladı. Baş hissəsində də metamorfoza davam edirdi - bütün saçları tökülürdü, qulaqları çürüyüb yerə düşürdü. Bir azdan alnında aypara və səkkiz guşəli ulduz əmələ gəldi. Başının dərisi soyulmağa başladı və qafatasının yanlarından, hər biri on santimetr olan iki qara buynuz çıxdı. Ayaqları əyildi, əl və ayaq barmaqlarının dırnaqları uzandı.

Çevrilmə tamamlanan kimi Nüsrət qanadlarını çırpa-çırpa günbəzə pərvazlandı. Oradan, əlindəki mikrofona qışqırdı:

- Flora, cum magnas opes ex arte meretricia guaesivisset, populum scripsit haeredlem, certamque pecuniam reliquit, cujus ex annuo foenere suus natalis dies celebraretur editione ludorum, quos appellant Floralia. Celebrautur cum omni iascivia. Nam praeter verborum licentiam, puibus obscoenitas omnis effunditur, exuuntur etiam vestibus populo flagitante meretrices quae tune mimarum funguntur officio et in conspectu populi, usque ad satietatem impudicorum hominum cum pudeudis motibus detinentur.

Professor Rəhman Bədəlov ağzı aralı vəziyyətdə tavana baxır, diqqətlə Nüsrətə qulaq asırdı. Liberallar da qorxudan bir-birlərinə qısılmış vəziyyətdə oturmuşdular, baş verənlərə dəhşətlə tamaşa edirdilər. Professorun yanında dombalmış vəziyyətdə dayanan və arxadan milli geyimli, “Vətən naminə”çi gənc tərəfindən qayırılan folklorşünas alim, Neyman Uluqurd soruşdu:

- Bu nə... ah ah ah... deməkdir... ah ah ah... Rəhman... ah ah aaaaaah... müəllim...?

Professor baxışlarını bir anlıq günbəzdən ayırıb Neyman Uluqurdla göz-gözə gəldi.

- Nüsrət müəllimin... – Rəhman səhvini düzəltdi, - Daha doğrusu bir az əvvəl Nüsrət müəllim olmuş bu məxluqun dediyini soruşursunuz?

Uluqurd zarıdı:

- Həəəə. Ah ah ah.

- Hmmm. – Rəhman təzədən başını günbəzə qaldırdı, uşaq meyitlərindən birinin qarnını cırıb içalatını yeyən qanadlı Nüsrətə baxdı. – Nüsrət müəllimin Latın dilini bildiyini bilmirdim. O, bayaq Yuvenaldan sitat gətirdi. Mənası dərindir, təəssüf ki, tərcümə edə bilməyəcəm.

- Bəs... bəs... bəs... ah ah ah... professor siz necə... ah ah ah... düşünürsünüz... ah ah ah... bizim milli folklorumuz, miflərimiz... ah ah ah... qala-qalaaaaaaaa.

- Aaaaaaaaaaaah, - “Vətən naminə”çi gənc işini qurtarıb alətini Uluqurdun qaz emalı zavodundan çıxartdı və ordan uzaqlaşdı.

Folklorşünas alim qalxdı. Tumanını, şalvarını geyindi və stula əyləşib, bayaq yarıya qədər içdiyi dovğanı başına çəkdi.

- Hə, professor, siz allah bağışlayın. Zalım oğlu zalım, yapışıb götümdən aralanmaq bilmir. Nə isə... Hə, bayaq onu soruşurdum axı, bizim milli miflərimiz qala-qala, qədim Yunana, Romaya, latın dilinə nə ehtiyac var?

Rəhman Bədəlov çiyinlərini dartdı:

- Çünki onların mifləri bizimkilər qədər primitiv deyil. Həm də funksionaldır. Nüsrət müəllim də bunu bilir. Əslində siz də, bir folklorşünas kimi bunu bilməlisiniz. Ümumiyyətlə biz, qurban kəsməsək də, vergi ödəyirik. Dünyanı Allah yox, pul idarə edir deyirik. Kredit kartları, brendlər dövrünü yaşayırıq. Mifoljik təfəkkür mövqeyindən yanaşsaq görərik ki, bu yeniliklərin imkanlarını çox şişirdirik. Rəmzlər rəmzlərlə müqayisə olunmalıdır, real əşyalarla yox. Bizim rəmzi əşyalarımız isə, primitiv mədəniyyətlərin rəmzi nəsnələrindən daha az rəmzi deyil. Biz onlara inanmırıq, amma onlarsız da yaşaya bilmirik.

Nüsrətin bir daha, gur səslə mikrofona qışqırmağa başlaması ilə, toyxanadakı bütün səslər kəsildi.

- Diqqət! Diqqət! Danışır Nüsrət! Əziz qonaqlar! Məclisimizə aş gəlir! Bu aş, obiri aşlara oxşamır. Bu aş, bir başqa aşdır! Çünki qarası çox orijinaldır. Bu aşın qarasının yerinə, sizə pox təklif edirik. Bəli, bəli! Pox! Körpə uşaq poxu, Dram Teatrının aktrisasının poxu, xalq artistinin poxu, şöhrət ordenlinin poxu, deputat poxu, nazir poxu, şofer poxu, fahişə poxu, transvestit poxu, xanəndə poxu, manıs poxu, təzə gəlin poxu, tazə bəy poxu, fövqəladə və səlahiyyətli səfir poxu, kəndçi poxu, şəhərli poxu, rusdilli poxu, kasıb poxu, varlı poxu, bomj poxu, pilot poxu, molla poxu, metro işçisi poxu, qlamur poxu, polis poxu, zabit poxu, süpürgəçi poxu, ofisiant poxu, yaltaq poxu, zurnaçı poxu, şair poxu, yazıçı poxu, emo poxu, solçu poxu, bitli əsgər poxu, mərkəzçi poxu, demokrat poxu, liberal poxu, təmiz qız poxu, ev qızı poxu, ərdən çıxmış qadın poxu, qaynana poxu, ana poxu, qaynata poxu, baldız poxu, aşıq poxu, muğamatçı poxu, bankir poxu...

Nüsrət ekskrement növlərini sadalayan yerdə, əllərində məşəllərlə milli geyimli oğlan və qızlar “Dionis”in nəhəng qapılarından zala daxil oldular. Rəqs edə-edə aş buludlarını məclisə gətirən bəzi gənclərin əllərində pox dolu boşqablar da vardı. Plov və pox masalara düzülən kimi, hamı böyük iştah və həvəslə aşa və aşın qeyri-adi qarasına hücum etdi. Müxtəlif qatılıqda olan poxların təbii sousu, qonaqların çənələrinə qədər süzülürdü. Qlamur qızlar, folklorşünaslar, alimlər, solçular, meyxanaçılar pox suyunu incəliklə yalayırdılar. Qədəhlər dolub boşalırdı, tostlar deyilirdi, şampanlar partlayırdı, nəğmələr oxunurdu.

Aş məclisinin ən şıdırğı yerində, Nüsrət üçrəngli qanadlarını bir daha geniş açaraq onları gurultuyla bir-iki dəfə çırpdı. Alnındakı səkkizguşəli ulduz və aypara bərq vurub par-par parıldadı. Mikrofonu ağzına yaxınlaşdırıb bağırdı:

- İndi isə məclisimizin ən şən hissəsinə keçid alırıq! Xainləri, vətən, millət düşmənlərini, xalqını ucuza satanları cəzalandırmaq vaxtıdır! Gətirin!!!

“Dionis”in nəhəng qapıları bir daha açıldı. “Vətən naminə”çi iyirmi qız və oğlan, çiyinlərində böyük bir qəfəslə zala girdilər. Hamı qaşığını, çəngəlini, bıçağını, stəkanını yerə qoyub heyrətlə “Ah!” çəkdi. Qəfəsdə Atropatenanın bir nömrəli satqınları, oğraşları, dəyyusları, qəhbələri, şərəfsizləri, götverənləri, anasının əmcəyini kəsən, milləti ağlar qoyan, xalqın malını talayan, Qarabulağı satan Əli Əkbər və Seymur Baycan oturmuşdular.

Günbəzdən Nüsrətin zəhmli səsi eşidildi:

- Bu əxlaqsızlara, oğraşlara diqqətlə baxın! Bəlalarımızın baiskarlarını gözlərinizlə görün!

Zaldakılar da günbəzdən gələn səsə səs verdilər, əks-səda yarandı. Lənətlər, qarğışlar “Dionis”i lərzəyə gətirdi:

- Petuxlara ölüm!

- Sikin bunların var-yoxunu!

- Gəbərdin oğraşları!

- Asın onları!

- Çarmıxa çəkin!

Qəfəsin içində kimlərin oturduğunu görən Laləzar, Rəqsanə, Gülağa və Təranə əvvəl başlarını günbəzə qaldırıb, bu qiymətli hədiyyəyə görə Nüsrətə minnətdarlıq dolu gözlərlə baxdılar. Sonra dördü də baxışlarını qəfəsə yönəltdilər, sifətlərinin ifadəsi dəyişdi. Onlara istiqamətlənmiş dörd cüt qırmızı, qəzəb dolu, şeytani gözdən Əli Əkbərlə Seymur Baycanın dilləri tutuldu, dizləri əsdi, ikisi də tumanlarına işədilər. Laləzar, Rəqsanə, Gülağa və Təranə də Nüsrətsayaq əvvəl əyildilər, sonra qamətlərini düzəltdilər. Dördünün də köpək dişləri çənələrinə uzandı, gözləri al-qırmızı oldu, sanki alov saçırdı. Vəhşi kimi qışqıraraq bədənlərini arxaya doğru qardılar. Nüsrətə nisbətlə, vücudlarında əmələ gələn tük qatı daha seyrək oldu. Sonra qulunclarının dərisi yarıldı, kürəklərindən qan fışqırdı, dərin yarıqların içindən qanadlar cücərməyə başladı. Göz qırpımında qanadlar uzandı, böyüdü və yuxarı qalxaraq açıldı. Göy, qırmızı və yaşıl zolaqlı qanadlarını bir neçə dəfə çırpdılar, açıb-bağladılar. Dördünün də alnında, işığa tutulmuş brilyant daş kimi bərq vuran aypara və səkkiz guşəli ulduz əmələ gəldi. Dördünün də ayaqları əyildi, əl və ayaq barmaqlarında dırnaqlar uzandı. Dişi olduqlarına görə, buynuzları çıxmadı. Təkcə trans Gülağanın rudimentə oxşayan körpə buynuzları pırtdamışdı.

Qızların bayaqkı əsəbpozucu ciyiltiləri, qulaqları kar edən müdhiş qışqırıqla əvəzləndi. Qanadlarını çırpıb havaya yüksəldilər, qəfəsə doğru uçdular. Bədənlərinin qəfəsə çırpılması ilə, qəfəsin milləri darmadağın oldu, hərəsi bir tərəfə uçdu. İti dırnaqlarını Əli Əkbərlə Seymur Baycanın çiyinlərinə batırıb havaya qaldırdılar, dörd metr hündürlükdən onları yerə çırpdılar. Mərmər döşəməli rəqs meydançasına çırpılan yazıçıların qolu, qıçı qırıldı, huşlarını itirdilər. Laləzarla, Təranə Seymurun, Rəqsanə ilə Gülağa isə Əli Əkbərin üstünə hücum çəkdilər, elə havadaca onların üstünə işədilər. Sifətlərinə axan ilıq sidikdən, yazıçılar bir qədər özlərinə gəldilər.

Yerə enən Təranə, Seymuru yerdən qaldırıb, keçəl başını var gücü ilə sütuna çırpdı. Seymur, sütunun üstündə qıvrım xəttli qan izi qoyaraq aşağı sürüşdü, sağ böyrü üstə yerə sərildi. Rəqsanə ilə Gülağa isə Əli Əkbərin qarnına, üzünə, başına, xayalarına təpik zərbələri endirməyə başladılar. Əli Əkbər çətinliklə nəfəs alır, acgözlüklə havanı udmağa çalışırdı.

- Dayanın! – Nüsrət günbəzdən qışqırdı. – Bu qədər eqoist olmayın! Hamı ürəyini soyutmalıdır! Haydı igidlərim, irəli!

Deputatlar, nazirlər, ağsaqqallar, ağbirçəklər, meyxanaçılar, mollalar, solçular, qlamurlar, alimlər, gənclər, qocalar – hamı bir nəfər kimi, yerdə yatan Seymur Baycanla Əli Əkbərə yaxınlaşıb üzlərinə tüpürməyə, işəməyə başladılar.

Solçular “Rədd olsun liberalizm!” qışqıraraq, yazıçıların üstünə işədilər.

Dindarlar “Din düşmənlərinə ölüm!” deyərək, onların üstünə işədilər.

Meyxanaçılar “Meyxana düşmənlərinə ölüm!” deyərək, onların üstünə işədilər.

Muğamçılar “Muğam düşmənlərinə ölüm!” qışqırıb, onların üstünə işədilər.

Qlamurlar “Qlamuru sevməyənlərə ölüm!” qışqırıb, onların üstünə işədilər.

Nüsrət nəzərlərini liberalların masasına çevirdi və elektro-metal səslə qışqırdı:

- Bəs siz?!

Qorxudan titrəyən liberalların adına Erkin cavab verdi:

- Biz... biz... ayıbdır axı...

Nüsrət, əlində UZİ avtomatı ilə, liberalların masasına yaxın yerdə dayanmış Dayandura işarə etdi. Dayandur əmri başa düşdü, başını endirib qaldırdı və avtomatı gənclərə tuşlayıb hamısını biçməyə başladı. Güllələr liberalların gözlərinə, alınlarına, sinələrinə, qarınlara dəyib bədənlərini aşsüzənə döndərirdi. Erkinin gözündən girən güllə, başının arxasından çıxdı. Ağzına güllə dəyən Zərifə, gicgahına güllə dəyən Nurlanın üstünə sərildi. Boğazına güllə dəyən Səyyarə, son dəfə “Ayxan” pıçıldayıb öldü. Səyyarə məmnuniyyətlə ikisinin də üstünə işəyərdi, sadəcə dostlarından çəkinmişdi, dostlarının güdazına getmişdi. Nurlanla Rüfət isə, düz ürəklərindən güllə almışdılar. Dayandur hamısını qırandan sonra, gözü Rəhman Bədəlova sataşdı. Avtomatını qaldırıb, qalan güllələri professorun başına boşaltdı.

Sidik və tüpürcək içində çapalayan yazıçıların miskin görkəminə hamı qəhqəhə ilə gülürdü. Gülağa Əzimzədə qanadlanıb havaya qalxdı və beş metr hündürlükdən Əli Əkbərin ağzını nişan alıb sıçdı. Poxunun hədəfə dəyməsi onu o qədər sevindirdi ki, günbəzin çevrəsində bir neçə dəfə bərkdən gülə-gülə dövrə vurdu, təzədən yazıçıların yarıcanlı bədənlərinin yanına qayıtdı.

- Qızlar, siz də sıçın! – Gülağa rəfiqələrinə təklif etdi.

Laləzar qanadlanıb Seymurun ağzına sıçdı və qışqırdı:

- Vətən naminə!

Rəqsanə qanadlanıb Əli Əkbərin ağzına sıçdı və qışqırdı:

- Vətən naminə!

Təranə qanadlanıb Seymurun ağzına sıçdı və qışqıdı:

- Vətən naminə!

Günbəzdən Nüsrətin səsi eşidildi:

– Hamı dediklərimi təkrar etsin!

Bütün zal itaətkarlıqla və xorla cavab verdi:

- Baş üstə!

Nüsrət mantra deyirmiş kimi oxumağa başladı:

- Doğma diyar, ana yurd!

- Doğma diyar, ana yurd!

- Babalarımızın, dədələrimizin əmanəti olan Vətən!

- Babalarımızın, dədələrimizin əmanəti olan Vətən!

- Sənə qurban olaq hamımız!

- Sənə qurban olaq hamımız!

- Vətən – tariximiz, ənənəmiz, azadlığımız!

- Vətən – tariximiz, ənənəmiz, azadlığımız!

- İllər uzunu yaşadığımız, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkan! Vətən!

- İllər uzunu yaşadığımız, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkan! Vətən!

- Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır!

- Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır!

- İndi isə bir ağızdan, inamla və məhəbbətlə: Qarabulaq bizimdir!

- Qarabulaq bizimdir!

- Qarabulaq bizimdir!

- Qarabulaq bizimdir!

Min insanın boğazından qopan bu müqəddəs haraya “Dionis”in beş yüz kiloluq çilçırağı dözmədi. Əvvəl sallandı, sonra qopub gurultu ilə mərmər döşəməyə çırpıldı. Çilçırağın büllur dənəcikləri zalın dörd yanına səpələndi. İndi zalın bütün döşəməsi bərq vurur, parıldayırdı.

- Onları uzandırın! – Nüsrət günbəzdən qışqırdı.

Gülağa Əli Əkbərin, Təranə isə Seymurun çiyinlərindən tutub qaldırdılar. Sidik, tüpürcək və nəcisin simbiozundan yaranmış mayenin içində üzən Əli Əkbər, daha artıq dözə bilməyib Seymur Baycanın üstünə qusdu. Qanadlı qızlar yazıçıları qaldırıb ikisini də masanın üstünə uzandırdılar. Rəqsanə Seymurun üstündən Əli Əkbərin qusmağını ovucları ilə sıyırıb, təzədən Əli Əkbərin ağzına dürtməyə başladı:

- Ye, anasını sikdiyimin bicbalası. Ye!

Nüsrət isə, günbəzdən mantrasını təkrarlamağa davam edirdi:

- Vətən! Evimiz, kəndimiz, obamız! Vətən! Anamız, bacımız, babamız! Vətən! Pulumuz, malımız, varımız! Vətən! Vətən! Vətən!

Min nəfər də bir ağızdan Nüsrətə qoşuldu:

- Vətən!

- Vətən!

- Vətən!

Seymur Baycanla Əli Əkbər masaya uzandırılandan və əlləri bağlanandan sonra, ikisinin də ağzına çənələrini qapamağı əngəlləyən metal halqalar soxuldu. Rəqsanə ilə Laləzar bir daha, bu dəfə qısa məsafədən, onların ağzına sıçmaq üçün dallarını yazıçıların ağızlarına dirədilər və gücəndilər. İkisi də bolluca sıçdı. Nəcisi ağızlarından qaytara bilməyən Seymurla Əli Əkbər, məcbur qalıb poxu udmağa başladılar.

- Erməni belindən əmələ gələn dəyyuslar! – Kəbirə xala qışqırdı.

- Siz olmasaz, bu vətən çiçəklənəcək! – Ağasəlim qışqırdı.

- Namusumuz, qeyrətimiz qayıdacaq! – mollalar qışqırdı.

- Tək yol sol! – solçular qışqırdı.

Rəqsanə ilə Gülağa Əli Əkbəri, Təranə ilə Laləzar Seymuru anadangəlmə lüt soyundurdular. Dayandur taxtadan çemodan gətirdi, onu yazıçıların ayaq tərəfində, masaya qoydu. Qızlar çemodanı açdılar. Çemodanın içində bir xəncər, iki çəkic və doqquz diametrlik, uzunluğu otuz santimetr olan metal borular var idi.

Rəqsanə çəkiclərdən birini əlinə götürdü. Borulardan birini Əli Əkbərin sağ çiyninə qoyub, üstündən şiddətlə çəkiclə vurdu. Boru çiyini yarıb keçdi, masaya pərçimləndi. Zaldakı dərin sükutu, çiyin sümüyünün həzin xırçıltısı pozdu. Laləzar da bir boru götürüb Seymurun sol çiyninə qoydu, çəkici üstünə zərbə ilə vurdu. Boru bədəni deşib keçdi, masaya pərçimləndi. Uzun bir sümük parçası, əzələni cıraraq bayıra çıxdı. Masanın altından damlayan qan, qısa müddətdə yerdə iri qan gölməçəsi yaratdı.

Günbəzdən Nüsrətin səsi eşidildi:

- Xəyanət!!! Bu söz nə qədər dəhşətli olsa da, qəbul etməliyik ki, bir millət kimi, biz, məhz xəyanətin ucbatından həmişə əzilmişik. Sapı özümüzdən olan baltalar, çirkin niyyətli ünsürlər - bax budur Atropatenanın bəlası! Araşdırsaq, görərik ki, bunlar heç təmiz atropat da deyillər. Yüz faiz qanlarında erməni qanı, Urartuda qohumları var. Bizim millətin kökü odda bitib, qanımız alovla qızınıb! Qəlbimizin şöləsi hər bir insanın yolunda məşəl olub! Bizlər başqalarının sevincindən alovlanıb, kədərindən yanıb közə dönmüşük. Ümumiyyətlə millət olaraq bizlərə paxıllıq, xəyanət, satqınlıq, riyakarlıq, yaltaqlıq, oğraşlıq kimi keyfiyyətlər yaddır! Biz Atropatena övladlarıyıq! Anamız bizi odla əmizdirib! At belində dünyaya gəlmişik!

- Ura!

- Ura!

- Ura!

Nüsrət neçə saatdır qərar qıldığı günbəzdən nəhayət yerə enməyə başladı. Üç rəngli qanadlarını çırpa-çırpa rəqs meydançasına düşdü. Mikrofonu ağzına yaxınlaşdırıb, oxumağa başladı:

 

- Əgər sən doğurdanda millətin oğlusansa,

Ruhunla varlığınla torpağa bağlısansa,

Çıxart ürəyindəki kini-mini, poxunu,

Böyük diləklərə ver ürəyinin odunu!

Sevgini, istəyini torpağa ver, daşa ver,

Qoşuna, sərkərdəyə, başçıya ver, başa ver!

Bu millətin başında başçı da var,

Baş da var!

Vətənə sahib olan əsl vətəndaş da var!

Kim bu xalqın önündə getməyi bacarırsa,

Tilsimləri sındırıb, zülmətləri yarırsa,

Ən qorxulu yerlərə kişi kimi gedirsə,

Ən ağrılı yerlərə kişi kimi varırsa,

Kişi odur, mərd odur onun tərəfində dur,

Ey mənim müdrik xalqım!

Ey qəhrəman millətim!

Ey yeraltı xəzinəm!

Ey yer üstü sərvətim!

Daş daşa söykənəndə çevrilib divar olur,

Dağ dağa söykənəndə zaman-zaman var olur,

El-elə güvənəndə yurdu basılmaz olur,

Əl-ələ güvənəndə güllər açır, yaz olur,

Güllən torpağım mənim!

Tellən bayrağım mənim!

Oxu dodağım mənim, alış ocağım mənim!

İstiqlal havasını, xoşbəxtlik nəğməsini,

Ürəkdə yanan işıq, damarda qan oxusun!

Mənim atropat xalqım,

Sən böyüksən!

Ulusan!..

 

Nüsrət mikrofonu Təranəyə verib yazıçıların uzandığı masaya yaxınlaşdı. Acı-acı gülümsəyərək, can verən Seymur Baycanla Əli Əkbərə baxdı:

- Bütün canlılar öləcək! – qıllı çiyinlərini dartıb dedi. - Dəyişməz həqiqəti deyirəm sizə. Əbədi və mütləq hökm... – Dodaqlarını təəssüflə büzdü, başını buladı. - Hər kəs öz valideynlərinin, övladlarının, yaxınlarının ölməyəcəyini, onların ölümünü görməyəcəyini düşünür. Deməli, heç kəsin ölümünü görmək istəmirsənsə, özün hamıdan əvvəl ölməlisən. Düz demirəm?

Min nəfər bir ağızdan:

- Düz buyurursunuz! – hayqırdılar.

Nüsrət çemodandan xəncəri götürüb əvvəl Əli Əkbərin, sonra isə Seymur Baycanın ürəklərinə, tiyəsinə qədər sapladı. İkisi də balıq kimi çırpınıb can verəndə, bu səhnə hamının çoх хoşuna gəldi, qonaqlar Nüsrəti alqışladılar. Nüsrət, balıq qarnı yırtarcasına, hətta pataloqoanatom dəqiqliyi ilə, yazıçıların bədənlərini boğazdan aşağı yardı. Sonra baş hissəsinə keçdi. İti bıçaq, boyunlarını tez və əziyyətsiz kəsdi. Onurğaya çatanda, Nüsrət bıçağın ucunu iki onurğa diskinin arasına dirədi və Seymurla Əli Əkbərin başlarından tutub dartdı. Onurğalar xırç səsi ilə sındı, başlar bədəndən ayrıldı. Nüsrət başları bir kənara qoydu. Yazıçıların ağrı paroksizmi ilə dişlənmiş dillərinin ucları, dişlərinin arasından gülməli görünürdü.

Ən sevimli hissəyə indi keçid alacaqdı. Ona görə də tələsmək istəmirdi. Boğaz tərəfdə nazik, dar çıxıntıya baş barmaqları ilə basdı, torsu ikiyə ayıran xəttin tuşu ilə aşağı düşə-düşə qarın nahiyəsindəki çökəkliyə gəlib çıxdı. Qarnın kənarlarını ehtiyatla qaldırıb ayırdı. Sürüşkən dəri rahat cırılsa da, bəzi yerlərdə xəncərdən istifadə etmək lazım gəldi. Axır ki, qasıqdan boğaza qədər bədən tam açılmışdı. Hər ikisinin bədənində eyni “əməliyyatı” həyata keçirdi.

Çılpaq orqanların ilıqlığı Nüsrətin və yaxında dayananların üzlərinə vurdu. Sifətlərini yazıçıların bədənlərinə yaxınlaşdırıb, qan və nəcis qarışığının qoxusunu ciyərlərinə çəkdilər. Nüsrətin uzun, cod kirpikləri titrədi, burun pərələri zövqdən genişləndi. Əlini yazıçıların qarınlarına salıb bağırsaqlarını çıxartmağa başladı. Bağırsaqlar ovçu kolbasalarına oxşayırdı. Nüsrət onları dartıb çıxartdıqca, toy adamlarının həyəcanı da artırdı. Meyxanaçıların əlləri metrlərlə uzunluğu olan bağırsaqlara doğru uzandı, dörd tərəfdən bağırsaqları dartışdırmağa, ağızlarına soxub iştahla yeməyə başladılar. Sonra Nüsrət kiçik torbaya oxşayan mədələri çıxartdı. Mədənin birini Gülağa qapdı, obirini isə Kəbirə Güldəstə ilə böldü. Körpə, lakin sərt böyrəklərin biri Təranəyə, biri Rəqsanəyə, biri Laləzara, biri də Ruhəngiz Mövluda verildi. İri, subtropik meyvələrə oxşayan qara ciyərlərin biri İldırıma, obiri isə Rufizə getdi. Daha sonra, tüklü əllərini döş qəfəsinə salıb diafraqmaları yaran Nüsrət, ağciyərləri çıxartdı. Yazıçıların tütündən qaralmış ağciyərlərini Nazpəri ilə Novbahar qapdılar, ağızlarına təpdilər. Final yaxınlaşmışdı. Növbə, on dəqiqə əvvəl döyünərək bədəndə qan dövranını təmin edən yumruq boyda ürəklərdə idi. Nüsrət onları da bir-bir çıxartdı. Birini Huriyə, obirini Yeganəyə verdi. Daxili orqanlardan azad edilən, zahiri qatdan ibarət başsız bədənlər, çox boş və fani görünürdü. Solçularla dindarlar bu yarımçıq cəsədlərə hücum etdilər – kimisi sol xayaları qapdı, kimisi sağ xayaları, kimlərəsə penislər qismət oldu. Qalan qonaqlar əllər və ayaqlarla kifayətləndilər.

Yarım saat sonra Seymur Baycan və Əli Əkbərin izi-tozu da qalmamışdı. Masanın altındakı qan gölməçəsini isə, dörd mələk yalayıb təmizləmişdi.

 

***

 

Dərin gecənin sükutu qulaqları kar edirdi. Bakunun üstünə yeriyən ağır, sərgəm qaranlıq daha da tündləşdi. Bulud arxasında gizlənən bədirlənmiş ay, sonsuz bucaqsız səma yolu ilə yuxarı doğru dırmaşırdı. Sayrışan əsrarəngiz ulduzlar, jalə damlaları kimi, göy üzündə sürüşürdülər. Birdən bulud çəkildi və sanki ay öz hərəkətini dayandırıb qorxunc görkəm aldı, gözlərini qıyaraq nəzərini “Dionis”ə yönəltdi. Toyxanaya dolan ay işığında, “Dionis”in miskinliyi daha da artdı.

Təranə ilə Nüsrət əl-ələ tutaraq, günbəzin yarığından uçub, gecənin qaranlığında yox oldular. Geridə isə, onların tükürpərdici sədası qaldı:

- Vətən naminə!

Yuxarı