Azərbaycana yoldaş apokalipsis gəlir!

Гаджи Гаджиев

 

Bu başı bəlalı tarixdən 2-3 həftə əvvəl özümün də şahidi olduğum şam, kibrit və makaron isteriyası.

TV-də əksəriyyət üçün İlham Əliyevdən daha mötəbər şəxs olan bir falçı deyibmiş ki, ay camaat  21-nə tədarük görün!

"Qiyamət günü" isə qafqazın ən böyük dövlətinin paytaxt küçələri boşaldı. Məktəbdə dərslər təxirə salındı, işçilər işə çıxmadı, hətta Elmlər Akademiyasının bir nümayəndəsi dedi ki, mənim alim dostlarım soruşur: "deyirsiz olmayacaq, olmayacaq, yəni həqiqətən olmayacaq qiyamət?"

Televiziyalarda isə bu ərəfədə mayalılardan, dünyanın sonu barədə hipotizalardan psevdo-elmi verilişlər verildi, tipa-diskussiyalar aparırdılar. Milli Məclisin deputatları isə qiyamətdən qurtulmağı münasibətilə xalqı təbrik elədi.

Amma bütün bunlara baxmayaraq dünyanın axırı olmadı. Bəs nə oldu?

Şəxsən mənə bəzi məqamlar aydınlaşdı:

Əhalinin intellektual səviyyəsi.

Görünür informasiya texnologiyalarının, internetin inkişafı hələ insanların təfəkkürünün inkişafında həlledici rol oynamır. Təhsilin zəlil duruma salınması öz sözünü dedi bu setuasiyada. Təbii 20 ildir məqsədyönlü şəkildə aparılan kütləvi savadsızlaşdırma müəllimləri uşaqlara "Sabah dərsə gəlməyin. Sabah dünyanın axırıdır..." dedirtməliydi. Sanki evdə otursalar sağ qalacaqlar.

Mülki müdafiə və əhali ilə iş

İnsanların kütləvi narahatçılığını nəzərə alaraq ilk əvvəl kütləvi informasiya vasitələri üzərindən əhaliyə müraciət olunmalı idi. Heç bir panikaya qapılmamaq barədə maarifləndirmə aparılmalıydı. Edildimi bu? 

Bu gün xəbər yayıldı ki, Xəzər dənizində Bakıdan 170 km aralı 3 bal gücündə zəlzələ olub. İndi təsəvvür edin ki, 3-4 bal gücündə həmin zəlzələ Bakıda olsaydı? Və yaxud başqa fors major hadisə nəticəsində işıqlar sönsəydi? Bu zaman kütləvi intiharların qarşısını kim alacaqdı? Yaranmış panika necə aradan qaldırılacaqdı?

Prezident harada idi?

21-i səhər İlham Əliyevin adına açılmış Facebook səhifəsində onun Qusarda yeni dağ-xizək kompleksinin açılışından fotolar yayıldı. Yəni ölkə başçısı bu həssas məqamda heç pytaxtda da deyildi.

Xülasə bu boyda əhali qalmışdı öz cəhalətinin, çərxi fələyin və maygülülərin ümidinə. Bu dəfə yaxşı qurtardıq...

Hacı Hacıyev

Kultura.Az

 

Kultura.az | Developed by Samir Yahyazade