Almaniyada ən çox satılan kitablar hansılardır?

Др. Резо АЛИЕВ

 

Sözü gedən veriliş 2003-cü ildən fəaliyyət göstərir.

Aparıcı, cənab Şek (alm. Scheck) bu verilişdə alman ədəbi cəngəlliyinə baş vuraraq ən yeni kitablar haqqında ümumi məlumat verir, maraqlı müəllifləri verilişinə dəvət edir və onlarla yazdıqları kitablarındakı mövzular ətrafında diskusiyalar aparır.

Mənim üçün maraq doğuran həmiş verilişin sonunda nümayiş etdirilən, “Spigel” nəşriyatının yaydığığı Top-Ten-Kitablar siyahsıdır.

Bu siyahıda kitablar iki kateqoriyada sıralanır: bədii və sənədli (elmi-populyar).

Noyabr ayı üçün Almaniya üzrə ən çox satılan bədii kitablar (roman və hekayələr) aşağıdakı sıraya malikdirlər.

Baxıb, alman cəmiyyətini maraqlandıran mövzular haqqında nəticə çıxarmağı oxucuların öhdəsinə buraxıram.

 

 

 

1Böser Wolf

(Acıqlı canavar)
 
Müəll.  Neuhaus, Nele
Nəşr. Ullstein
Qiyməti: 19,99€
Çap tarixi: Oktyabr, 2012
 
Biq qızmar iyul günündə Eddersheim şəhərində 16 yaşlı bir oğlan cəsədi tapılır. Onun işgəncələrə məruz qaldığı və öldürüldüyü məlum olur. Onu heç kim axtramır. Üstündən bir neçə ay keçməsinə baxmayaraq polis onun kimliyi haqqında məlumat əldə edə bilmir. İzlər Taunusda yerləşən uşaq kəndinə və təhlükəli adamlarla əlaqəyə girmiş televeziya aparıcısına aparır...
 
 
 
 
 
2. Überman
(Ali kişi)
 
Müəll.  Jaud, Tommy
Nəşr. Scherz 
Qiyməti: 16,99€
Çap tarixi: Noyabr, 2012
 
Kitabda söbət vaxtilə heç nədən varlanmış birisinin var dövlətini itirməsindən gedir. İdiotluqdan milionçuya qədər yüksəlmək və geriyə …..
 
Mənim yunan əsilli maliyyə məsləhətçimlə sonuncu söbət zamanı dadlı konfetlərin  olmamasını görüb elə ondaca mən hər şeyi anlamalı idim. Dadlı konfetləri mən macar meşə fondunu ələ keçirdiyim zaman görmüşdüm. Həmin anda mən arıq donuz (maliyə bazarında qazanc verməyən kağızlar) sertifikatlarına qiymətlərin stabil qalacağına ümid edərək maya qoymuşdum.  Ancaq o elə deyil, çünki bazarda inəklər, pambıq və piyli donuzlar da vardır. Mən və Kosmas Sarantakos həmişə qorxudan qızıl sikələrini salami pitçasının içində soyuducuda gizlədənləri ələ salaraq gülürdük. Ancaq günlərin bir günündə mənim yunan məsləhətçim Sarantakos ciddi sifətlə gəlib mənə planlarımın puça çıxdığını dedi. Mən aksiyaların 212,2% düşdüyünün nə olduğunu yalnız sonradan analdım:Tam müflisləşmə. 
 
Yeganə yol bu yunan zibilindən çıxmaqda qalırdı. Bunun üçün mən ali kişiyə çevrilməliydim!
 
 
 
 
 
 
 
 
3. Er ist wieder da
(O qayıdıb!)
 
Müəll.  Vermes, Timur
Nəşr. Eichborn 
Qiyməti: 19,33€
Çap tarixi: Sentyabr, 2012
 
2011-ci ilin yazı. Adolf Hitler Berlinin mərkəzində boş bir sahədə ayılır. Müharibəsiz, partiyasız, Evasız. Sülhün tam bərqar olduğu ölkədə, ətrafda minlərlə əcnəbilər və AngelaMerkel. Ölümündən 66 il keçəndən sonra tarixin ən böyük sərkərdəsi çağdaş zamana düşür və bütün ehtimalların əksinə olaraq televiziyada işləməyə başlayır. Bu Hitler məskərə fiquru deyil və ona görə də realdır. Onun düşdüyü ölkə də realdır: sinist, sərhədsiz uğura meyilli və uzun illər alman demokratiyasının mövcudluğuna baxmayaraq demaqoqlara qarşı şansız, və həmişə səs çoxluğuna və “like” battonlarına can atandır.
 
 
 
 
4. Winter der Welt
(Dünyanın qışı)
 
Müəll.  Follett, Ken
Nəşr. Bastei Lübbe
Qiyməti: 29,99€
Çap tarixi: Sentyabr, 2012
 
Dəyşilmə zamanıdır, qaranlıq zamanıdır. Həmçinin ən dərin qaranlığı dolduran ümid zamanıdır. Avropada vəziyət gərginləşdiyi bir anda, üç gənc insan talellərini  qəhrəmancasına qurmağa cəhd göstərirlər: İngilis Lloyd Villiams Hitlerin hökmranlığının güclənməsinin şahidi olur və faşizmə qarşı mübarizəyə qərar verir. Alman zadəganı Karla von Ulrih xalqın adından həyata keçirilən ədalətsizliyə üzülür və müqavimətə keçir.  Bu anda həyat eşqi ilə alışan amerikalı Deyzi  yalnız karyera haqqında düşünür və çox acınacaqlı hadisə ilə üzləşir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
5.Der Gefangene des Himmels
(Səmaların əsiri)
 
Müəll.  Ruiz Zafón, Carlos
Nəşr. S. Fischer
Qiyməti: 22,99€
Çap tarixi: Oktyabr, 2012
 
Barselona 1957-ci il, milad bayramı. Kitab satıcısı Daniel Sempere və onun dostu Fermin yenidən böyük bir sərgüzəştə cəlb olunurlar. Ferminin həyat tarixcəsi ispan müəllifinin “Küləyin kölgəsi” və “Mələyin oyunu” romanlarının əsas ideyalarının birləşməsindən ibarətdir. 
 
 

 
6. Sonea. Die Königin
(Soneya. Kraliça)
 
Müəll.  Canavan, Trudi
Nəşr. Penhaligon
Qiyməti: 19,99€
Çap tarixi: Noyabr, 2012
 
Kuraliyadan olan qara sehrbaz Soneya oğlu Lorkinin Saxakan quldurları tərəfindən azad olduğuna görə çox xoşbəxtdir. Nəhayət o evlərinə dönəcək.  Ancaq Saxakan şahı gəncdən tələb edir ki, o satqın qız haqqında bütün məlumatları açıqlasın. Lorkin isə bir quldur qızına vurulub və  onu qaytarmaq istəmir. Saxakan şahı Lorkini məlumatları zorla almaqla hədələyir. Soneya qara sehrbazlığın qanunlarına zid gedərək Kuraliyanı tərk edir. O, oğlunu darda qoymaq istəmir və düşünür ki, onun müdaxiləsi ilə heç bir müharibə başlmayacaq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
7. MUH!
(Muuuu!)
 
Müəll.  Safier, David
Nəşr. Kindler
Qiyməti: 16,95€
Çap tarixi: Noyabr, 2012
 
Şərqi friz inəyi Lollenin  xəşbəxt həyat haqqındakı arzusu isti süddəki köpük kimi partladı: Təkcə onun sevgilisi Çampion adlı buğanın digər inəklərlə him-cim etməsi az imiş, kəndçi baba inəkləri qəssaba verməyi qərara alır. Kömək harizmatik italyan pişiyi şəklində gəlir. O, Lolleyə söyləyir: dünyada elə bir ölkə var ki, orada inəklərin ətindən boloneze hazırlamırlar. Ora Hindistandır. Dostları ilə birlikdə Lolle fermadan qaçır. Onları təkçə Çampion və Qiaçomo adlı pişik yox, həm də Lolle ilə buğanın arasına girmiş kütbeyin inək Suzi də müşaiyət edir.   
 
 
8. Ein plötzlicher Todesfall
(Qəfildən ölüm halı)
 
Müəll.  Rowling, Joanne K.
Nəşr. Carlsen
Qiyməti: 24,90€
Çap tarixi: Sentyabr, 2012
 
Barri Fayrbroderin qəflətən 40 yaşında vəfat etməsi Paqfordun əhalisini şoka salır. İlk baxışdan gözəl mərkəzi meydana və köhnə kilsəyə malik bu kiçik şəhərcikdə hökm sürən  idil həyata həyacan yaddır. Amma bu yanılışdır. Gözəl fasadlar arxasında şəhər müharibə (çəkişmə) şəraitindədir. Müharibə kasıb və varlı, uşaq lar və onların valideynləri, qadınlar və onların həyat yoldaşları, müəllimlər və məktəblilər arasında gedir. Barrinin ölmü ilə boşalan bələdiyyə rəhbəri vəzifəsi şəhərdə daha böyük çəkişmənin başlanmasına gətirib çıxarır.  
 
 
 
 
 
 
 
 
 
 
9. Im Tal des Fuchses
(Tülkülər dərəsi)
 
Müəll.  Link, Charlotte
Nəşr. Blanvalet
Qiyməti: 22,99€
Çap tarixi: Sentyabr, 2012
 
Səni oğurlayan adam izsiz-tozsuz yoxa çıxır və sən bilmirsən ki,  haradasan, onda nə edərsən? 
 
Bir isti avqust günündə çəmənlik və tarlalar arasında yerləşən avtomobil dayanacağı. Vanessa Villard it ilə gəzişən həyat yoldaşını gözləyir. Dərin xəyala dalan qadın, yaxınlaşan avtomobilin səsini eşitmir. Qorxu hissə gəldikdə isə artıq qecdir. Bir yad adam avtomobilə daxil olur, ona zorla bihuşedici dərman iylədib özü ilə götürür. O, bir mağarada bir həftəlik yeməklə birlikdə gizələdilir. Cinayətkar qadınn ərindən pul tələb etməyə macal tapmamış, başqa bir deliktə görə həbs olunur və Vanessani taleyin ixtiyarına buraxır...
 
 
 
 
 
 
 
 
 
 
10. Verachtung
(Nifrət)
 
Müəll.  Adler-Olsen, Jussi
Nəşr. dtv
Qiyməti: 19,90€
Çap tarixi: Avqust, 2012
 
1987-ci ildə itkin düşmüş bir sıra şəxslər bir nəfər və onun acınacaqlı taleyi ilə bağlıdır: Nete Hermansen. Özünü həyatda təsdiq etməyə imkanı olmayan bir gənc qadın insanlar tərəfindən zorlamlara  məruz qalmış, bir fanatik həkim tərəfindən məcburi sterilizasiya edilərək Sproqoya, cəmiyyətin imtina etdiyi qadınlar adasına göndərilir. O qəddarcasına qisas almağa qərarlıdır.
 
Hazırladı Rezo Əliyev
Kultura.Az 

 

Kultura.az | Developed by Samir Yahyazade