post-title

Kolorado və Vaşinqton ştatlarında marixuanadan istifadə qanuniləşdirildi

ABŞ-da federal qanunun əksinə olaraq, Kolorado və Vaşinqton ştatlarında marixuananın istirahət və əyləncə məqsədi ilə istifadəsi və satışı qanuniləşdirilib.

 

Gün.Az-ın Reuters-ə istinadən verdiyi xəbərə görə, noyabr ayının 6-dan adıçəkilən ştatlarda marixuananın satışı və istifadəsinə artıq qanunla icazə verilir.


 
Oreqon ştatında isə marixuananın şəxsi saxlanılması və istifadəsinə görə cinayət işinin aradan qaldırılması prosesi uğursuzluğa düçar olub.
 
Buna səbəb kimi isə qanun layihəsinin qüvvəyə minməsi üçün keçirilən seçkilərə hazırlıq kampaniyasının zəif olması və az pul ayrılması göstərilir.

 
Yeni qanuna əsasən, yaşı 21-dən yuxarı olan vətəndaşlara 28.5 qram marixuananın istifadəsi və saxlanılması icazə verilir.


 
Bundan əlavə, marixuananın alkoqolun satıldığı dövlət lisenziyalı mağazalarda satılmasına da icazə verilib.
 


Gün.Az
Yuxarı