Bakı təəssüratları

Др. Резо АЛИЕВ

 

-Xahiş olunur, yerlərinizdə möhkəm oturasınız. Biz bir azdan “Bayraq meydanı ” üzərindən keçəcəyik. Dünyanın ən hündür və böyük bayrağının yaratdığı turbulent təyyarəni silkələyəcək. Narahtçılığıa ehtiyac yoxdur.
 
Yırğalanan təyyarə hava limanında enəndən sonra maraqlı səfərim dörd il üzünü görmədyim qara-qabaq Azərbaycan sərhəd xidmətçilərinin görüşü başlandı. Elə bu andan özümü bir cənub şəhərində hiss etdim. Sifətindən zəhm yağan, qaşları çatılmış sərhəd içilərinin elə bil var dövlətini əlindən alıb, zorla bu yaşıl qutulara soxmuşdular. Onlar könülsüz olaraq pasportları yoxlayır, heç bir təbəssüm göstərmədən camaatı yola verirdilər.
 
Hava limanından kənara çıxdıqda sifətimə vuran mehdə nədənsə bu dəfə neftin iyi az hiss olunurdu. Bunun nədən belə olmasını mən sonralar anlayacaqdım.
 
Gösəlləşmiş Bakı
 
Bulvara yaxın qaldığımdan elə ilk gəzintim də Bulvarda oldu. Yenidən tikilmiş Bulvarda xaricilərin əl işləri göz önündədir. Bahalı ağaclar, zibil qabları, şüşəli tiklilər avropasayağı inkişafdan xəbər verməlidir. Bulvarda “Eurovision” üçün tikilmiş “Büllur sarayı” da vaxtilə orada səpələnmiş şəkildə inşa edilmiş “Muğam mərkəzi”, “Xalça muzeyi” kimi dəbdəbəili olsa da, tənhalıqda boğulmaqdadır və özünün növbəti istifadəsini intizarla gözləməkdədir. Burada növbəti tədbirin nə vaxt keçiriləcəyini yəqin ki, təkcə allah bilir. (Qayıdandan sonra  eşitdim ki, “Büllur sarayı”nda Musavat partiyasının qurultayı keçiriləcək).
 
Şəhərin mərkəzi küçələrinin təmizliyi haqqında danışmamaq düşmən dəyirmanına su tökmək kimi bir şeydir.
 
Onu da deyim ki, turist marşrutları üzrə yollar təmir olunub, “avropa standartı”na uyğunlaşdırlıb. İçəri şəhərdə hətta ensiz, əvvələr üfunət iyi verən küçələr də tanınmaz hala salınıb. Yeni daşlar düzülüb, qədim binaların ortasında yeni binalar inşa edilib. Köhnə binlaraın üzü ağardılıb, belə ki, nəyin təzə, nəyin köhnə olduğunu ayırd etmək çətinlik yaradır.
 
Kiçik qala küçəsi ilə addımlayanda qala divarının yanında qoyulmuş 1 metrəlik hündürlüyü olan boz daş ürək isə İçərişəhərin qədimliyinə bir töhvə sayıla bilər. Ona baxanda gözümün önünə Şirvanşahlar gəldi.
 
Dağüstü parkdan baxdıqda Bakının köhnə tikililərinin üzü ağardıldığından şəhər sifəti qaşovlanmış gözəlçəyə bənzəyir. Bütün binaların eyni rəngdə olması avropadan öyrəndiyimiz rəngarəngliyə yaddır.
 
Ümumulilkdə Hacıbala müəllimin şəhərin qonaqları üçün etdikləri gözəlliklər Bulvar-Beşmərtəbə arasında daha gözə gəlimlidir. Bu zonadan kənara çıxdıqda isə Milli Şəhər Mədəniyyəti bütün çalarları ilə davam etməkdədir.
 
Nizami küçəsi ilə keçəndə qapısı açıq bir evin həyətinə boylanmaq imkanı düşdü əlimə. Parıldayan küçə və fasadlar fonunda “İdeal” parfüm dükanı ilə üzbəüz yerləşmiş, üfünət iyi verən bu dəhlizdəki durum 70-ci illərdən xəbər verirdi.
 
Əşşi nə fərqi var, təki şəhərin qonaqları özlərini yaxşı hiss etsinlər, gəzəndə ayaqları zibilə bulaşmasın, yoxsa gedib xaricdə Azərbaycandakı inkişaf haqqında pis danışar, erməni lobbisinin təsiri altına düşərlər. Onsuz da, xaricilər qarşısında ikiqat olan azərilər, özlərininkinə qənim kəsilənlərdir.
 
 Milli muzeylər
 
Boş vaxlarımda muzeylərə baş çəkmək arzusuna düşdüm. Əslində bu Azərbaycan Dövlət Milli İncəsənət Muzeyində rəssam Cavad Mircavadovun fərdi yaradıcılıq sərgisinə baxmaq həvəsi ilə başlandı.
 
Muzeyə daxil olduğum anda gür səslə bir  qadın “zəhmət olmasa bu tərəfə” məni çağırdı. Otağa daxil olduqda artıq br xanım məni hansı istiqamətdə addımlamağa göstəriş verdi. Otağın sonuna çatmamış gözüm artıq o biri otaqda durub məni gözləyən xanıma sataşdı. O da mənə marşrutu göstərdi. Belə-belə muzey işçiləri divarlardan asılmış tablolardan baxan insan gözləri qabağında məni muzeydə teylədilər. Muzeydən çıxanda da hətta kiminsə arxamca addımlayıb indicə nə isə deyəcəyini duymaqda idim. Məncə muzey işçiləri sadəcə olaraq tənhalıqdan darıxırdılar və əllərinə düşən bu ziyarətçiyə həddən artıq diqqət göstərmək istəmişdilər.
 
İncəsənət muzeyindən aldığım təəsürat məni digər muzeylərə də baş çəkməyə sövq etdi.
 
Növbəti səfərim  Milli Azərbaycan Tarixi Muzeyinə oldu.
 
Muzeyin girişində ayyaqabılarımıza plastik üzlük keçirilməsi muzey daxilində səliqə-səhmanın yüksək olması xəyalı yaradırdı. Muzey mən 27 il əvvəl gördüyüm muzeydən fərqlənirdi, çünki son illərdə burada edilən təmir işlərinin izləri hələ sönməmişdir. Bu muzeydə də dostumla məndən başqa, bir də otaqlarda əsnəyə-əsnəyə telefonla oynayan qızlardan başqa heç kim gözə dəymirdi.
 
Maraqla baxdığımız birinci vitrinada olan eksponatın ingilis dilində olan siyahısı qüsurlu idi. Bu qüsuru oradakı xanıma göstərən kimi o gözdən itdi. Mənim üçün qeyri-adi gələn eksponatlara qoyulan yaş müsahidəsi idi. Küplər, sümüklər və digər əşyalara çox qeyri-dəqiq yaş verilir.
 
Məsələn bir küpün yanında yazılmışdır: b.e.ə. V minillik-bizim era İ minillik. Belə qeyri-dəqiqliyin nədən irəli gəldyini başa düşə bilmirəm. İndi avropada sümyə əsasən onun sahibin hətta doğum gününü belə müəyyən edə bilirlər. Bəzi eksponatlarda nömrləmələrin olmaması, bəzilərinin isə heç siyahısının verilməməsi, bu muzeyə gələnlərin heç də traixlə ciddi maraqlanmamalarına dəlalət edirdi. Hər dəfə işçilərdən səbəbini soruşanda gözlərini döyürdülər, sanki onlar başqa yerin işçiləri idilər.
 
Muzeydəki qeyri-dəqiqlikləri süzə-süzə gəlib Azərbaycan Xalq Cümhuriyyətinin  rəmzləri və banislərinin şəkillərindən ibarət balaca bir otağa daxil olduq. Qəribə görünsə də burada Məmmədəmin Rəsulzadənin portreti qoyulmuşdur. Böyük, şüşəli bir dolabın içində o dövrün siyasi şəxslərinin şəkilləri asılmışdır. Nədənsə şəkillərin hamısı 20 dərəcə bucaq altında əyilmişdilər. Oranın işçisindən səbəbini soruşanda, dünən olub, az mismar vurulduğundan dolabın arxa lövhəsinin ümumilkdə əyildiyini dedi və söz verdi ki, sabah düzəldəcəklər. Biz də inandıq. Hacı Zeynal Abdin Tağıyevin ev muzeyi möhtəşəm olsa da, yarısından çoxunun yenidən qurulması aydın gözlə görünürdü.
 
Keçmiş Lenin muzeyi deyilən binada nələrin yerləşdiyini öyrənmək məqsədilə oraya üz tutudum. Sən demə bu muzeyin üstü bəzək-altı təzək imiş. Muzeyin ikinci mərtəbəsində “Xalq tətbiqi sənəti dövlət muzeyi”, ondan yuxarıda isə “İstiqlal muzeyi” yerləşir.
 
Ondan başlayım ki, bu muzeylərin hər ikisində təmirin vəziyyəti 27 il bundan necə görmüşəm eləcə də qalıb. Dəyişiklik, divarlardakı “Lenin”in şəkillərini cındır xalçlar əvəz etməsidir. Çirkli döşəmə, XİX  əsrdən bu tərəfə yaşı olan xalça və klimlər divara elə mıxlanıblar ki, onlar xaça mismarlanmış məzlum sifətli İsanı xatırlayırlar.
 
Oradan qaçaraq bir mərtəbə yuxarıya qalxdım, fikirləşdim ki, “İstiqlal muzeyi”ndə nə isə yeni maraqlı bir şey oldu.
 
Buraya gəlməsəm daha yaxşı olardı, mənim muzey haqqında təsəvvürlərim öz yerində qalardı. Divarlardan çıxarılmış Leninin şəkillərnin yerləri adamın gözün girir.
 
Elə bil bir dəstə kəndli elə yağış yağmış tarladan çıxarılıb gətirilib, bu zalda döşəmənin üstündə gəzdirilib və sonra öz cəhalət dolu həyətlərinə qaytarılıbılar. Palçıqdan qaralmış döşəməyə adam ayaq basanda əti ürpəşir. Divarlara 25 və ya 30 il öncə çəkilmiş boz boya SSRİ-ni xatırladır.
 
Divarlara asılmış milli xadimlərin şəkillərinin demək olar ki, hamısı ya sağa, ya da sola əyilmişdilər. Oradakı işçidən niyə bunların ağız-gözlərinin əyilməsini soruşanda, gənc qız həvəzsiz olaraq bunun pəncərini açdıqda əyildiyini söylədi.
 
Belə başa düşdüm ki, pəncərəni örtəndə şəkillər yenə də düzlənəcəklər. Buraları görəndən sonra başqa muzeylərə getməkdən vaz keçdim.
 
Milli Dram Teatrında mədəni istirahət
 
Bir dostumun dəvəti ilə adı çəkilən teatrda M.F.Axundzadənin “Molla Ibrahim Xəlil Kimyagər” tamaşasın baxmağa getdik. Siyavuş Kəriminin musiqisini bəstələdiyi bu tamaşa guya myüzikl olacaqdır. Teatra dəvətlə getdiyimzdən bizi lap qabaqda oturtdular.
 
Öncə onu qeyd edim ki, bu teatrda da vaxtilə təlbə olanda bir neçə dəfə tamaşaya baxmışam. Teatrın yenidən köklü bərpa edilməsi onun içərisində hər şeyin üzü qaşovlanmış Bakı binalarının rəngində olması, burada da şəhərin merinin əli olmasını göstərirdi. Tamaşa başlayanda işıqların sönməsinə baxmayaraq zalın həddən artıq işıqlı olması, zala verilən rənglərin düzgün seçilməməsindən xəbər verirdi. Tamaşa ərəfəsində çalınan sintezator musiqisi teatr üçün qeyri adi bir əhval ruhiyyə yaradıdı. Adam özünü “Çanaqqala restoranı”nda hiss edirdi. Səhnənin yanlarından asılmış kalonkalardan verilən yüksək tonlu musiqisi adamın köbəyinə işləyirdi. Musiqinin fonoqram olması bir yana, orada orkestr musiqisindən əsir əlamət yox idi. Tamaşanın mövzusuna gəldikdə 150 il öncə yazılmış bu səhnənin fəlsəfəsinin bu gün nə dərəcədə aktual olması sual altındadır. Gəldiyim qənaət o oldu ki, azərbaycanlılar bilərəkdən və ya bilməzdən hələ XİX əsr yuxusunda mışıldayırlar. Oraya modern, postmodern, post-postmodern musiqisi, ədəbiyyartı və s. incəsənət yeniliklərinin gəlməsinə nə isə bir qüvvə mane olub və olmaqdadər. Şərq geriçiliyinin izi hər yerdə hiss olunmaqdadır.
 
 Xülasə
 
Hər dəfə Bakıya gedəndə mənim mental olaraq oradakı camaatdan bir qədər də uzaqlaşdığımın şahidi oluram. Getdiyim qonaqlıqlarda, keçirdiyim görüşlərdə, şahidi olduğum söhbətlərədə çürüdülmüş mövzular nədənsə mənə cəmiyyətdə kökləri qədim gedib çıxan durğunlqudan xəbər verir. Onsuz da Bakıya gedəndə beynimi primitiv işləmə modusuna keçirmişdim. Bəlkə bir neçə gün yuxulu kimi gəzməyimin də səbəbi bunda idi. Necə ki, bütün qonaqlarda yediyim dolma və aş bir-birinə oxşayırdı, edilən söhbətlər də fərqlənmirdi.
 
İstər iş adaml, istər alimi, istər sə də gənci  pul qazanmağın çətinliyindən danışır, rüşvətin əlıindən boğaza yığıldıqlarını üzə vururdular. Bəlkə də elə bunun səbəbi idi ki, 7-8 il öncə yeni tikilmiş binada ev alanlar,  indiyə qədər qaz üzünə həsrət qalıblar. Ali məktəblərdəki dağılma davam etməkdədir, kafedralarda və laboratoriyalarda 40 il öncə alınmış ləvazimat sanki ölümü üçün darxan hərəkətsiz qocalara bənzəyirlər. Tələbələrin sifətindəki cizgilər onların İQ-larından xəbər verir.
 
Maraqlısı odur ki, bütün insanları elə bil “andoid”dirlər, hamısının leksikonunda eyni sozlər proqramlaşdırlıb. Bütün söbətlərin substansı oxşardır. Söhbət zamanaı mövzunu nə qədər fırlatsan da eyni şey ortalığa gəlib çıxırdı.
 
İndi hamı bir azərbaycanlının xilası ətrafında sevinməkdədirlər. Dünyada haqq-ədalətin güclülərin tərfində olduğunu nəzərə alsaq bunun azərbaycanılılar üçün nə demək olduğunu izah etməyə ehtiyac yoxdur.
 
Dr.Rezo Əliyev (Almaniya)
Kultura.az | Developed by Samir Yahyazade