Bəstəkar Türkər Qasımzadə mötəbər müsabiqədə finala çıxdı

Музыка

 

Türkər Qasımzadə müsabiqəyə son yazdığı əsərlərdən birini - "Qurama" əsərini göndərib.

Finalçı bəstəkarların əsərlərini bu ilin oktyabrında Bostonda keçiriləcək konsertdə tanınmış amerikalı dirijor Teodor Antonionun rəhbərlik etdiyi ansambl səsləndirəcək.

1979-cu ildən etibarən hər il keçirilən bu müsabiqənin başlıca məqsədi yaş həddi 40-dan aşağı olan dünya bəstəkarlarının yeni və müasir üslubda musiqi yaradıcılığına dəstək verməkdir.

Bu ilki müsabiqənin finalçıları arasında T.Qasımzadədən savayı ABŞ, İngiltərə, Fransa, Avstriya və Yunanıstanı təmsilçiləri var.

Türkər Qasımzadə Bakı Musiqi Akademiyasını bəstəkarlıq ixtisası üzrə Prof.Xəyyam Mirzəzadənin və Aydın Əzimovun sinfində bitirmiş, master təhsilini New-Yorkdakı məşhur Manhattan Music School`da almışdır. Hal-hazırda ABŞ-nın Cincinnati şəhərində doktorantura pilləsində təhsilini davam etdirir.

Vacib bir qeyd edək ki, bu müsabiqənin keçən ilki qalibi digər gənc Azərbaycan bəstəkarı - Ayaz Qəmbərli olmuşdu.

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade