post-title

Azərbaycanda ilk dəfə olaraq Forum Teatr keçirildi

24 iyun tarixində AFU-da, Müsbət Dəyişiklik Gənclər Təşkilatının, ABŞ-ın Milli Demokratiya İnstitunun (NDI) və USAID təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq Forum Teatr- “Stop and Start” göstərilmişdir.

 

Forum Teatrda “Kiçik yaşlı qızların təhsildən uzalaşdırılaraq nigaha cəlb edilməsi - Nigah və Təhsil Hüququ”, “İstirhət hüququ”, “Məhkəmədə rüşvət” mövzuları səhnələşdirilmişdir. 

Səhnəcikər göstərildikdən sonra, Forum Teatrının formatına uyğun olaraq, “Stop and Start” hissəsində səhnəciklər yenidən göstərilməyə başlanmışdır. Bu dəfə auditoriyada əyləşən tamaşaçılar ssenariyə dəyişiklik edərək, özləri aktyorların yerinə keçərək problemləri öz istədikləri kimi həll etməyə çalışmışlar. 

Qeyd edək ki, Forum Teatr layihəsi XX əsrin 70 ci illərindən etibarən ABŞ-da keçirilməyə başlamışdır. Avropada olduqca yayğındır. Cənubi Qafqaz ölklərində- Gürcüstan və Ermənistanda dəfələrlə keçirilməsinə baxmayaraq Azərbaycanda bu günə qədər keçirilməmişdi.

Forum teatrda Cəmiyyərdə var olan problemlər səhnələşdirilir. Səhnəciklər olduqca qısa (maksimum 15 dəqiqə) olur. Səhnəcikdə auditpriyaya problem təsvir dilir və göstərilir. Sonra elan edilir ki “Stop Start” hissəsi başlayır. Bu hissəsə auditoriyada əyləşən iştirakçılara imkan verilir ki, onlar ssenariləri dəyişdirsin, aktyorların yerinə keçsin və problemi özlərinə görə həll etsinlər.

Bu forum Teatrların keçirilməsinin əsas məqsədi, cəmiyyətin problemirinin həllində cəmiyyət fərdlərinin aktiv iştirakının təmin edilməsidir.

Kultura.Az

Yuxarı