Rus şairi Saakaşvilinin uğursuz oğlu barədə

Шахвелед ЧОБАНОГЛУ

 

Amma sonuncu səfəri onu xeyli təəccübləndirib. Şair poetik şərhləri, metafora və bəlağətləri bir kənara qoyub «gözü ilə gördüklərini» yazıb. Bəs orada nə görüb? İrtenyev yazısında Tiflisin ciddi şəkildə dəyişməsindən başlayır. Şəhər çox gözəlləşib, yeniləşib, nazirlik və idarələrin binaları yeni üslubdadır. Ona ən çox təsir edən Daxili İşlər Nazirliyinin və polis idarələrinin binaları olub. Xüsusi üsluba malik olan bu aynabənd binalarda şüşələr şəffaflığı simvolizə edir. Müəllif polislərin geyim və davranışlarının dəyişdiyini qeyd edir. Onu ən çox təəccübləndirən də polisin rüşvət almaması, qayğıkeşliyi, xeyirxahlığıdır.

Bundan sonra rüşvət məsələsi ilə xüsusi maraqlanıb. Bəlli olub ki, rüşvətlə heç bir idarəni, heç bir məmuru ələ almaq mümkün deyil. Müəllif gözlərinə və qulaqlarına inana bilmir və yazır: «Təsəvvür edin ki, gürcü var, amma rüşvət yoxdur». Sovet məkanının ən çox rüşvətə qurşanmış hissəsi olan Gürcüstanda bu vəziyyətin yaranması onu şoka salıb.

Cənubi Osetiyadan olan gürcü qaçqınlarının yaşadığı düşərgəni görəndə müəllif gözlərinə inanmayıb. Hər ailə ayrıca evdə yaşayır, mənzildə hamam, soyuducu, paltaryuyan maşın, mətbəx və mebel var. Rusiyalı şair bunu da gözləmirmiş.

O, yollar haqqında xeyli danışır və xeyli xoş sözlər deyir: «Nəhayət, Batumiyə gəldik. Yenə gözlərimə inanmadım». Şəhərin mərkəzi və sahil hissəsi Avropa şəhərlərini xatırladır. Burada şairə qolf meydançası üçün ərazini göstəriblər. Bu ərazini almağa iki adam iddialı imiş. Biri Londonda yaşayan varlı iş adamı, digəri də Mixail Saakaşvilinin çevrəsindən olan pullu bir adam. Londonda yaşayan iş adamı tenderə telefonla qatılıb, amma prezidentin dostunu udub.

İdarələrdə əhaliyə diqqətlə xidmət göstərilməsi, qayğıkeşlik, rüşvətin işə keçməməsi, korrupsiyanın yoxa çıxması rus şairini valeh edib, o da bu haqda çox ilhamla yazıb. Nəhayət, o, maraqlı bir fakt üzərində dayanır.

İqor İrtenyev yazır: «Tiflisdə yaxşı bir məktəb var. Çox yüksək təhsil verdiyi səbəbindən ora daxil olmaq üçün müsabiqə böyük olur. Bu məktəb hər kəsin can atdığı bir yerdir. Lakin keçən il prezidentin oğlu bu məktəbə girə bilməyib. Səbəb çox sadədir. Qədərincə bal toplamadığı üçün. Həm də rus dili fənnindən bal toplaya bilmədiyi üçün».

Rus şairi heyrətlə yazır: «İndi oğlan yenidən imtahana hazırlaşır, arzu edirəm ki, bu il həmin məktəbə girə bilsin».

Bütün pullar kassalara ödənilir, büdcəyə gedir, bütün tenderlər açıqdır. Və bütün bunlar yaxın zamanlaradək qanunun heç nə olduğu bir ölkədə baş verir. Cinayətkarlıq azalıb. Turizm xidmətləri Avropa səviyyəsindədir. Burada öz problemləri, öz çətinlikləri olan yeni bir ölkə var. İqor İrtenyev yazır ki, bu ölkəni görəndə özünü çox pis hiss edib. «Niyə? Ona görə ki, biz beləyik, qonşularımıza yaxşı olanda biz özümüzü pis hiss edirik. Görünür, bu, bizim sirli qəlbimizin başlıca sirridir».

Rus şairi Moskvaya anlaşılmaz bir hisslə qayıdıb və diqqətçəkən bir yazı ilə çıxış edib.

Şahvələd Çobanoğlu

Kultura.az | Developed by Samir Yahyazade