Günter Qrass demokratların mükafatından niyə imtina etdi?

Медиа

 

Rusiya mətbuatının verdiyi xəbərə görə, mükafatı Almaniya Sosial-Demokrat Partiyası verir. Bu siyasi qurum Qrassı hələ aprelin əvvəllərində mərasimdə iştirak etməyə və orada nitq söyləməyə dəvət edib.

84 yaşlı yazıçı bu qərarını səhhətinin yaxşı olmaması ilə izah edib. Bu səbəbdən də sosial-demokratlar gələn il onu öz tədbirlərində görəcəklərinə ümid edirlər.

Sosial Demokrat Partiyasının tədbiri iyunun 19-da Şverində keçiriləcək. “Somdem”çilər Qrassın antiyəhudi şeirinin doğurduğu qalmaqala rəğmən, onu öz aralarında görmək istəyiblər.  Xatırladaq ki, apreldə dünya mətbuatında yazıçının “Bu barədə danışmaq vacibdir” adlı yeni əsəri dərc olunub və bu əsərdə o, dünya ictimaiyyətini təkcə İranın nüvə proqramını deyil, İsraili də nəzarətdə saxlamağa çağırıb.

Bu əsərdən sonra İsrail hökuməti Qrassı presona non qrata elan edib və onun ölkəyə gəlişinə qadağa qoyub. Alman siyasətçiləri təmkinli münasibət göstərərək, yalnız onu tənqid etməklə kifayətləniblər. Məsələn, Bundestaqdakı sosial-demokrat fraksiyası elan edib ki, 2013-cü ilin seçki öncəsi kampaniyasında Qrassın dəstəyinə ehtiyac duymur, halbuki yazıçı uzun illər sosial-demokratlara seçkilərdə dəstək olub.

Kultura

Kultura.az | Developed by Samir Yahyazade