Obamadan homoseksual evlilik barədə şok açıqlama

Медиа

ABŞ prezidenti Barak Obama ABC telekanalına verdiyi açıqlamada Amerika cəmiyyətində ən böyük qütbləşmələrdən birinə səbəb olan mövzulardan biri – homoseksual evlilik barədə  danışıb.

Üç gün əvvəl ABŞ-ın vitse prezidenti Co Bayden telekanalların birində homoseksual evliliklərin onu narahat etmədiyini bildirmişdi. İndi isə ölkənin prezidenti bu məsələdə öz müsbət mövqeyini ortaya qoyub: “Homoseksual evliliklər barədə qismən tərəddüdlərim var idi, çünki mədəni birliyin kifayət etdiyini düşünürdüm. “Evlilik” sözünün bir çox şəxs üçün çox güclü adət-ənənələri, dini inancları və buna bənzər şeyləri xatırlatdığı üçün həssas idim. Amma indi bir addım irəli gedərək, eyni cinsdən olan şəxslərin evlənə bilməsi barədə düşüncəmi dilə gətirmək mənim üçün vacibdir”.

Obama indiyə qədər homoseksualların şəxsiyyətlərini gizlətmədən orduda xidmət etməsini qadağan edən “Soruşma, demə” (Don’t Ask, Don’t Tell) qanununu ləğv etmiş, o cümlədən homoseksuallar üçün əhəmiyyətli olan bir sıra addımlar atmışdı. Ancaq ABŞ prezidenti indiyə qədər homoseksual evliliklərə dəstəyini bu qədər aydın şəkildə nümayiş etdirməmişdi.

Obama tarix yazdı”

Barak Obamanın bu açıqlaması ölkədəki homoseksualların hüquqlarının müdafiəçilərini çox sevindirib. Homoseksual evlilikləri müdafiə edən təşkilatlardan biri Human Rights Campaign-in rəsmiləri Obamanın bu açıqlama ilə tarix yazdığını bəyan ediblər.

Obamanın bu açıqlamasının prezident seçkisi kampaniyasında tez-tez gündəmə gətiriləcəyi gözlənilir. Bu ilin noyabr ayında keçiriləcək prezident seçkilərində Obamanın rəqibi olacağı artıq heç kimdə şübhə doğurmayan Respublikaçı Mit Romni isə homoseksual evliliklərə qarşı çıxır.

ANN.Az

 

Kultura.az | Developed by Samir Yahyazade