Ölkən pisdir, sən yaxşısan

Др. Резо АЛИЕВ

 

Alman tərəfi durmadan Azərbaycandakı insan haqqları, demokratiya və bu kimi məsələlər ətrafında mətbuatında silsilə yazılarla ölkənin siyasi elitasını tənqid atəşinə tutmaqda davam edir. Məqsədləri quya demokratik quruculuq yolunu seçmiş ölkəyə götürdükləri öhdəliklərini yada salmaqdır. Əslində eyni movzuda intensiv dərc olunan materiallar  ölkə haqqında ilginc bir imic yaradıb.

O ölkədə ki, avtoritar rejim idarə edir, o ölkədə ki, insanların evlərini başına uçururlar, ö ölkədə ki, musiqiçini mahnın sözlərinə görə döyürlər, ö ölkədə ki, neft gəlirləri bir qrup adam tərəfindən mənimsənilir, ö ölkədə ki, paytaxtın mərkəzindən kənara çıxdqıda kasıbçılıq, dilənçilik hökm sürür "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi adi insanlar tərəfindən normal qarşılanmır. Maraqlısı isə bu məqalələrin sonunda yazılan şərhlərdir. Mənim üçün hər hansı bir müxbirin Azərbaycan haqqında yazdığı siyasi xarakterli məqalədən elə bu şərhlər daha maraqlı gəlir. Çünki bu şərhləri Azərbaycan haqqında məlumatı az olan, adi almanlar yazırlar. Şərhlərin demək olar ki, hamısında Azərbaycan kimi Asiyada yerləşən ölkənin ümumiyyətlə bu mahnı yarışmasına buraxılması anlaşılmaz hesab edilir. Çoxları müsabiqəni boykot etməyə çağırırlar. 

Keçən gün spiegel-online jurnalında   Əli Kərimlinin müsahibəsinə yazılan bir şərh qeyd etdiklərim arasında ən kəskini idi. Biri yazır ki, gərək Berlində event və marketinq agentliklıri tədbir hazırlayanda kimi təbliğ etmələrinə fikir versinlər. Sohbət hər il Berlində keçirilən "Young Euro Classics" klassik musiqi festivalından gedir. Keçən il bu festivalda gənc kompozitor Firudin Allahverdinin də əsərləri səslənmişdi. Hər il bu festivala dünyanın müxtəlif regionlarından gənc kompozitorlar dəvət olunur. Şərhi yazan görünür bu haqqda məlumatlıdır və gələcəkdə belə tədbirlərdə də azərbaycanlıların baykot edilməsinə səsləyir. Bu əlbəttə bir nəfərin fikri olsa da, imici bərbad halda olan ölkələrlə hətta  mədəni sahələrdə də  əlaqənin olmasını siyasi elitanın gücləndirilməsi kimi qəbul edirlər.

Bu yerdə deyərlər qaş düzəltdiyimiz olmuşdu, vurub göz tökdük. Keçən il mahnı müsabiqəsində qalib gəldikdən sonra  50 milyonluq azərbaycan xalqının bir məsubiyəttçisi kimi məndə sevindim. Sevindim ki, nəhayət Avropada müsəlman ölkəsi kimi damğalanan Azərbaycan haqqında da heç ölmasa pozitiv bir şeylər yayılar. Heç olmasa bu ölkənin adi insanları, onların tarixi, mədəniyyəti, musiqisi, incəsəni haqqında məlumatlar Almaniya mediasında geniş yer alar. Boş ümidlər imiş bunlar.

Hal-hazırda,  bir tərəfdən höküməti dəstəkləyən, koordinasiya olunan  diaspora qurumlarının təbliğ etdikləri muğam, şəkərbura dəyərləri, digər tərəfdən azadlıqları məhdudlaşdırılmış, fürstədən maksiumum  istifadə etmək və ölkənin siyasi abu havasını bütün eybəcərlikləri ilə Avropaya tanıtmağa çalışan müxalif fikirli insanların apardıqları "mübarizə" sayəsində, azərbaycanlılar və onların vətənlərinin imicləri ilkin forması bərpa olunabilməyən əzilmiş vedrəyə bənzəyir.

Əvvəllər də almanlar Azərbycan haqqında elə də mütərəqqi fikirdə olmayıblar.Onlar Azərbaycana həmişə ekzotik bir məmləkət kimi baxıblar.

Bir neçə il öncə Sevda Ələkbərzadə  Frayberqdə keçirilən "Caz günləri" festivalında konsert verməyə gəlmişdi. Konsetdən sonra bir tanışımız bizə yaxınlaşıb təəsüratımızı öyrənmək istədi. Məmun olduğumuzu görüb dedi:

- Sizin üçün bir parça vətən, bizim üçün isə br az ekzotika! 

Sevda xanımın "Ay lolo" mahnısndan sonra onların fikri başqa cür də ola bilməzdi. Çox təəsüf ki, bu ekzotiklikdən çıxmaq üçün verilən fürsətdən istifadə oluna bilmədi. Ola bilsin ki, bunun üçün potensial da yoxdur. Mən Azərbaycanda az yaşamışam. Bəlkə də azərbycanlıların daxilində gizlənən yüksək inellekti görə, duya bilməmişəm. Bəs harada qaldı min illik tarixi olan Azərbaycan ədəbiyyatı, mətbəxi, dünyanı vəsf edən muğamı, Şərqdə yaradılmış ilk “Demokratik Cümhuriyyəti”, Şərqdə ilk opera yazan bətəkarı, ağ və qara qızılları haqqında silsilə verilişlər, yazılar. Bütün bunların əvəzinə uçurulan evlər, təzyiq edilən  jurnalistlər, işgəncə verilən müxalifətçilər, döyülən mitinqçilər, Bakıda tikilən göydələnlər haqqında ağ-qara məlumatlar alman informasiya məkanında ürəkbulandırmaqda davam edir. Belə bir mühitdə Azərbaycanda da qərbyönümlü dəyərlər, musiqi olduğunu təbliğ etmyə çalışan  insanların nə qədər çətin bir şəraitdə iş aparmalarını adi sözlə təsvir etmək çətindir. “Ölkən pisdir, sən yaxşı oğlansan” prinsipi burada işləmir.

Bəlkə gələcəkdə idmanda və ya musiqi festivalında qalib gəldik, onda əlimizə özünütəbliğ üçün birdə belə imkan düşdü. Yazımı almanların bir kəlamı ilə bitirirəm: “Yaşayarıq görərik!-deyərlər korlar”.

Dr.Rezo Əliyev (Almaniya)

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade