Dirijor Fuad İbrahimov Köln Operasında

Музыка

 

Kultura.Az portalının verdiyi məlumata görə operanın musiqi rəhbəri və dirijoru Fuad İbrahimov, səhnə quruluşçusu isə Elena Tzavaradır.

"Border" operasının növbəti tamaşaları aprelin 23-ü və mayın 23-24-25-i nəzərdə tutulub.

Dirijor Fuad İbrahimov 1982-ci ildə Azərbaycanın Şuşa şəhərində anadan olub. Əvvəl Bakı, sonra isə Köln Musiqi Akademiyalarını bitirib. Onun təşəbbüsü ilə 2008-ci ildə Bakıda gənclərdən ibarət "Yeni Filarmoniya" simfonik orkestri yaradılmış və Avropanın müxtəlif ölkələrində keçirilmiş mötəbər festivallarda əsasən Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət repertuarla konsertlər verilmişdir.

Bundan başqa gənc dirijor müxtəlif illərdə Cənubi Westphalia Filarmonik Orkestri, Azərbaycan Dövlət Simfonik Orkestri, Critical Orchestra Berlin, Leipzig, Göttingen və Nüremberg Simfonik  Orkestrləri ilə birgə dünyanın müxtəlif konsert salonlarında tamaşaçılar qarşısına çıxmışdır

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade