post-title

Erkən nigahların səbəblərinə dair sosioloji təhlil və ekspert rəyləri

Yaxın zaman kəsiyində Azərbaycan Prezidentinin Gənclər Fondunun birbaşa dəstəyi ilə “Erkən nigahlanma erkən maariflən” adlı layihənin icrasına başlayacağıq. Hazırlıq işləri demək olarki, başa çatıb sənədləşmə işlərinin yekunlaşasını gözləyirik. Layihə çərçivəsində erkən nigahların sosioloji, psixoloji, tibbi və digər aspektlərini ələ alacağıq. Təlimlərimizdə erkən nigahlar, onun fəsadları haqqında yeniyetmələr maaifləndiriləcək, həmçinin onlara sağlam gələcək naminə təhsilin önəmi çatdırılacaqdır. Mövzunun aktuallığını nəzərə alıb istərdik bu haqda deyəcəklərimizi gaha geniş auditoriyalar eşitsin.

 
 
Erkən nigah deyilərkən  çox vaxt  yeniyetmə yaşda qızların evləndirilmələri  nəzərdə tutulur. Əslində isə erkən nigah 18 yaşından kiçik oğlanların və qızların ailə qurması və birgə yaşamasıdır. Oğlanların bu yaşda ailə həyatı qurmasına çox da rast gəlinməməsi sözügedən  anlayışın  qızlarımıza aid olmasına səbəb olmuşdur.
Hansı səbəblərdən erkən nigahlar yaranır? Sualı ətrafında araşdırmalar nəticəsində bu məsələ ilə bağlı bağlı  maraqlı tərəfləri ortaya çıxarmışıq. Onları aşağıdakı kimi qruplaşdırmaq olar:
 
1) -Yaşı 18-i  keçmiş gənc qızlar bəzi regionlarda artıq qarımış hesab olunur. Buna görə valideynlər qızlarını erkən yaşda ərə verməyə camn atırlar .
2) -Güzəranla bağlılığı. Valideynlər hesab edirlər ki, uşaqları tez evlənsə, övladları daha yaxşı həyat şəraiti qura bilərlər.
3) -Ehtiyaclardan qurtulma istəyi. Bəzi valideynlərin qızlarını erkən yaşda ərə verməsinə səbəb onların sosial-maddi yükü azaltmaq istəməsədir. “Qız yükü, duz yükü” kimi deyimlərin ortaya çıxması bu amilin heç də əbəs yerə ortaya atılmadığını göstərmirmi?
4) -Bəzən yalnız bir aidiyyət axtarışı. Elə ailələr varki, onlar özlərini hansısa sosial zümrənin ( orta və yuxarı təbəqənin ) tərkibində görmək istəyirlər. Belə zümrədən gələn qohumluq təklifi onlar üçün şansa bərabərdir və bu şansı əldən buraxmaq istəməzlər. Hər iki tərəf bu məsələdə maraqlarından çıxış edə bilər.
5) -Savadsızlıq.
6) -Mövcud vəziyyətdən xilas olub daha yaxşı günə qovuşmaq. Bu istəydən həm valideyn həmdə nigaha daxil olan subyekt ( qız və ya oğlan ) çıxış edə bilər. Maddi, sosial problemlər, bəzən münaqişələr, ailədaxilində insan sayının çox olması və nəticədə mənzilin kiçiklik təşkil etməsi və s. məlum addımın atılmasına rəvac verə bilər.
7) -"Evdə qalarsan, yaşın keçsə kimsə səni almaz", “ evdə oturacağına get ailə uşaq sahibi ol”  kimi ətrafdakıların təzyiqləri.
8) Bəzən bir eşq. Erkən nigahların bağlanmasında müəyyən paya yeniyetmələrin bir-birilərinə olan sevgisi də sahibdir desəm məncə heç yanılmarıq.
9) -Bəzən də özünü ifadə etmə istəyi. Elə yeniyetmələr olur ki, onlar yaşadıqları çevrədə özlərini ifadə edə bilmirlər. Buna səbəb adətlər, müəyyən normalar və s. ola bilər. Məlumdur ki, insan məhdudiyyətlərlə qarşılaşdıqca onları aşmaq istəyir. Bu zaman yeni ailə onlara bu işdə köməklik edəcəkdir düşüncəsi.
10) -M ühit qorxusu. Onlar düşünürlər ki, mühit indi çox pisdir. Övladları mühitin mənfi təsirlərinə məruz qala bilər. Nə qədər tez uşaqlarını evləndirsələr mühit onları öz pisliklərinin ağuşuna ala bilməz.
11) -Qızların öz istəyi (rəfiqəm getdi mən qaldım  və s. ) ilə.
12) -Qarşı tərəfin bəzən özünün yeniyetmə ( onu daha rahat idarə edə bilsin, istədiyi kimi yönləndirə bilsin deyə və s.  )  ilə nigaha meyilli olması
13) -Qaçırılma hallarının mövcudluğu. Belə hallar hər iki ( oğlan və qız ) tərəfin razılığı ilə də ola bilir olmaya da. İstər zorla qaçırılma halı olsun istərsə də razılıq əsasında olanı hər iki halda da  valideynlər məcburiyyətdən erkən nigahın baş tutmasına razılıq verə bilirlər.
14) -“Göbəy kəsdi” kimi adətlərin olmasını da fikrimcə erkən nigahların baş vermə səbəbləri sırasına daxil etmək lazımdır.
15) -Mentalitet. Bizim mental düşüncəmizə görə qız evdə oturmalıdır. İş həyatı , kariyera onun üçün vacib deyil. Maddi durumu təmin etmək kişinin vəzifəsidir. Yəqin ki, bu məsələyə baxış fərqli olsaydı xanımlarımızda özlərinə normal gəlir mənbəyi, maadi durum, evliliyə müəyyən hazırlıq işləri gördükdən sonra ailə haaqında düşünməli olardılar.
                                                      
Gördüyünüz kimi erkən nigahlara bais olan səbəblər çoxdur. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, BMT- nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin maddi və texniki dəstəyi ilə birgə 2010-cu ilin 11-29 –da ölkənin regionlarının şəhər və kənd yerlərində “Qızların erkən nikaha daxil olması və rəsmi və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” statistik müayinəyə əsasən 18 yaşadək erkən nikaha daxil olan qadınların 38,9 %-i şəhər, 61,1%-i isə kənd yerlərində qeydə alınmışdır. Bu fakt üzərində düşünmək lazımdır. Son vaxtlar nigaha girmə yaşının qaldırılması ətrafında müzakirələr aparılır. Nigah yaşı qaldırılır, dövlət strukturları bu məsələ ilə bağlı daha ciddi işlər görməyə çalışır. Amma bununla belə erkən nigahların sayı azalmırkı azalmır.  Diqqət etsək belə halların kökündə savadsızlıq, adət və inanclar, sosial və maddi problem, mentalitet, oturuşmuş ənənə və s. dayanır. Dini instutların erkən nigah məsələsinə öz mövqelərini orta qoymaması problemi bir qədər də dərinləşdirir. Aidiyyəti dövlət orqanları tərəfindən erkən yaşda qıyılan nigahların qeydə alınmayıbda mollalar ( kəbin kəsənlər ) və digər din xadimləri tərəfindən rəsmiləşdirilməsi bu məsələ ilə bağlı mübarizədə ciddi nəticələrin alınmamasına səbəb olan tərəflərdəndir. Məlumdur ki, dini qaydada nigahların rəsmiləşdirilməsi öz nüfüzu ilə seçilir və hətta elə ailələr var ki, dini kəbindən sonra rəsmi kəbinə belə getmirlər. Bəzi vətəndaşlarımız dinə dayanaraq çox yersiz bir analogiya  aparırlar. Öz əməllərinə pərdə çəkmək üçün hz Məhəmmədin ( s.a.s)  Aişəni özünə erkən yaşda həyat yoldaşı etməsini vurğulayır və deyirlər ki, necə olur da islam peyğəmbəri buna qarşı çıxmayıb və hətta özü də erkən nigah qıyıbsa sizə nə düşüb? Mənim fikrimcə bu çox yersiz bir arqumentdir. Əvvəla ona görə ki, bu hadisənin üstündən yüz illərlə vaxt keçib. O dövrün fiziologiyası, psixologiyası, sosial mühiti və tarixi şəraitini indiki dövrlə heç cürə müqayisə etmək olmaz. İslam dininə görə kəbin Allah dərgahında baş tutan bir hüquqi müqavilədir. Burada hər iki tərəfin iştirakı nəzərdə tutulur. Ailə quranlardan biri ( oğlan və ya qız ) bu işdən narazıdırsa qıyılan kəbin Allah dərgahında baş tutmamış hesab olunur. İslamda heç bir şeydə məcburiyyət olmadığı kimi bu məsələdə də yoxdur.Tərəflərdən heç birini bu məsələdə məcbur etmək olmaz. Hər tərəfin qıyılan nigahda könlü, öz iradəsi olmalıdır. İndi isə sizə bir statistika açıqlayım : Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Beynəlxalq Sosial Tədqiqatlar Mərkəzi və BMT-nin Uşaq Fondunun ölkənin dörd regionundan 488 respondenti əhatə edən tədqiqatı həyata keçirdiyi zaman əldə olunan nəticələrdən məlum olmuşdu ki, aşkarlanmış erkən nikahların təxminən 58%-i qızların tam razılığı olmadan baş verir. Bu nə deməkdir görəsən?
 
Nigah məsələsində toplumun hazırkı baxşı acısının dəyişməsindən tutmuş sosial və maddi problemlərin həllini tapmasına qədər bütün sahələr düzəlməlidir. Sosial-maddi problemlərin üzərində xüsusilə dayanmaq lazımdır. Layihə çərçivəsində xaricdə - Berlin şəhəri, Charite Universitet Klinikasında tibb təhsili alan gənc mütəxəssislərimzdən Ümüd Səlimzadənin də fikirlərini almışıq. Onun fikircə erkən nigahlara səbəb olan amillər içərisində ən başlıca mövqeni sosial - ekonomik səbəblər tutur. Bu zaman o maraqlı bir statistikadan çıxış edir:
 
2010-cu ildə BMT-nin apardığı "Evlilik Modelləşdirmələri" araşdırmasına görə müəyyən olunub ki, ölkələrin   inkişaf dərəcələri ilə erkən nigahların rastgəlmə tezliyi arasında bir tərs mütənasiblik mövcuddur. Belə ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdəki erkən nigah sayı daha az olduğu halda, inkişaf etməmiş ölkələrdə bu say daha yüksəkdir. Misal üçün 15-19 yaş aralığındakı qızlarda erkən evlənmə: Kanadada 0.6 %, Almanyada 1.2%, İngiltərədə 1.7 %, ABŞ-da 3.9 % müşahidə edilərkən, erkən nigahlara Qərbi - Şərqi və Mərkəzi Afrika ölkələrində ve Şimali Asiya ölkələrində faiz göstəriciləri çox yüksək rəqəmlərlə ifadə edilməkdədir. Məsələn Nigeriyada 61.9 %, Demokratik Kongo Cumhuriyyətində 74.2% , Әfqanıstanda 53.7 %, Bangladeşdə 51.3 %-dir.
 
 
ERKƏN NİGAHLARA NİYƏ YOX?
 
 Erkən nigahlara aid müzakirələr zamanı bu məsələ ilə bağlı daha bir mütəxəssis fikirlərini almışıq. Bizə açıqlamasında Bakı Dövlət Universitetinin psixologiya kafedrasının magistrantı Elgül Eyvazoya bildirdiki, “Uşaq” ikən ailə qurma həm fizioloji, həm də psixoloji mənfi təsirlərsiz təbii ki, ötüşmür. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, erkən nigahlardan doğulan uşaqların xəstə doğulma ehtimalı daha yüksəkdir. Ailə cəmiyyətdə mövcud olan mühüm institutlardandır. Onu qurmaq, qoruyub saxlamaq, yaş və psixi baxımından inkişaf tələb edir.  Bu isə yeniyetmə yaşlarında formalaşan bir proses deyildir. Hər bir yaş dövrünün özünə məxsus fəaliyyət növü vardır. Ümumi şəkildə ifadə etsək uşaqlıq yaş dövrü üçün oyun, yeniyetməlik yaş dövrü üçün təlim peşə seçimi, gənclik yaşı üçün karyera planlama, yetkinlik yaşı üçün peşə fəaliyyəti və ailə qurmaq xarakterikdir. Müasir dövrümüzdə xanımların bu mərhələləri keçərək cəmiyyətdə inkişaf edib öz mövqelərini tutması mühüm bir məsələdir. Digər tərəfdən təhsil və maarifləndirilmə baxımından xanımların erkən nigaha daxil olması onların bütün gələcək, təhsil və s. planlarına bəzən son qoy bilir.  Təhsil alma yaşında olan bir qız ailə qurmaga məcbur edilirsə, bu onun psixoloji travma almasına və gələcəkdə zəif və mövqesiz insana çevrilməsinə səbəb olur.”
 
Bəli, istisnaları çıxmaq şərti ilə mütəxəssislər erkən yaşda ana olmuş qadınların yeni missiyaya psixoloji hazırlığının aşağı olduğunu dönə-dönə vurğulayırlar. Biyoloji, psixi, fizioloji inkişaflarını tamamlamayan qızların yeniyetməlik çağında ailə qurması onlara yeni qurduğu həyatda da bir sıra problemlərlə üz-üzə qoyur və ailənin yükü sıxa bilir. Özü hələ yeniyetmə olduğundan tərbiyələndirilməyə, istiqamətləndirilməyə ehtiyac duyan birinin körpəsinə lazimi şəkildə qulluğ edə bilməsi isə sual altına düşmüş olur.
 
 
Erkən nigahların tibbi fəsadları
 
Təəssüf edici haldır ki, son bir neçə ildə 15-19 yaşlı qadınların dünyaya gətirdiyi uşaqlar arasında ölüm halları 50 faiz artıb.  Milli Məclis ailə məcəlləsinə dəyişiklik edərək qızların nikah yaşını 17-dən 18-ə qaldırmağa dairqərar verib.
 
Qızların 14-16 yaş hədlərində ərə verilməsi tibbi baxımdan da düzgün deyil. Bu yaşda qadının hamilə olması, uşaq dünyaya gətirməsi təhlükəlidir. Qızların fizioloji cəhətdən formalaşması 18 yaşdan sonra baş verir. Həkim ekspertlərin fikrincə erkən yaşda orqanizm törətmək potensialında olsa da, hələ formalaşma tam başa çatmayıb. Buna görə hormonal sistem pozğunluğu baş verir, nəticədə gənc ana bir sıra daxili problemlərlə, eləcə də vaxtsız qocalma ilə baş-başa qalır.
 
Müsahibəsində bu haqda da öz fikirlərini bizimlə bölüşən Həkim-rezident Ümüd Səlimzadə  maraqlı məqamları vurğuladı. Onları da sizlərə təqdim edim və fikirlərimizi artıq yekunlaşdıraq. O, qeyd edir:
 
“Erkən nigahların uşaq, ailə və cəmiyyət üzərində olan tibbi təsirlərini iki qrupda birləşdirmək olar:
 
Uşaqlara olan təsirlərinə misal olaraq :
- Bədən sağlamlığına olan birbaşa mənfi təsirlər (qızlarda vaxtından qabaq böyümək);
- Fiziki olaraq evliliyə və uşaq dünyaya gətirməyə hazır olmaması (uşaq çanağının ölçülərinin kiçik olması);
- Uşaq dünyaya gətirərkən ölməsə belə, sidik kanalının zədələnməsi və sidik - cinsiyyət sistemləriarasında fistulların (əlavə patoloji kanalların) əmələ gəlməsi, sidik saxlamama kimi problemlərin meydana çıxması;
- Cinsi yolla keçən xəstəliklərə tutulma riskinin artması;
- Erkən və tez - tez baş verən hamiləliklər (vaxtından qabaq doğuş). Natamam diri doğulmalar (hər hansı bir organın olmaması). Ana ölümünün intensivliyi artması;
- Körpə ölümünün intensivliyinin artması;
- Psixi olaraq evliliyə və doğuma hazır olmamaq; Özgüvəni olmayan bir "ana"nın, psixi travmalı insanın dünyaya gətirəcəyi insana olan əkstəsirləri
 
Ailə və cəmiyyətə olan təsirlərinə misal olaraq isə:
- Savadsız "ana"ların dünyaya gətirəcəyi savadsız övladlar;
- Cəmiyyətə sadəcə fərd yetişdirib də şəxsiyyət yetişdirə bilməməsi;
- Qadınların sosial ədalətsizliyin pozularaq ev və uşaq faktorundan başqa maraqlarının olmaması. Daha dəqiq desək maraqlarının olmasına izn verilməməsi;
- Ailədə maddi yükün daha çox "ata"nın üzərinə düşməsi, sosial bərabərsizliyin pozulmasının bu dəfə ataya tərəf yönəlməsi, stressin dərinləşməsi;
- Cinsi və ölümcül xəstəliklərin intensivliyində "yüksələn xəttin" müşahidə olunması və s. 
 
Bütün bunlar bir insan kimi və dünyanın bir neçə ölkəsində tibbi konfranslarda və praktikalarda olmuş bir həkim kimi, mənə bunları deməyə əsas verirki "hər iş vaxtında doğrudur". Hərçəndki günü - gündən inkişaf edən tibb, gün gələcək bütün xəstəliklərə qalibgələcək, amma biz də göz görə-görə uşaqlarımızı "oda atıb yandırıb, sonra sağaltmayaq". "Necə deyərlər olanda yaşadaq, öləndə yox"
 
Seyran Quliyev. BDU-nun Sosiologiyakafedrasının magistrantı
 
Kultura.az
 

 

Yuxarı