post-title

Mühafizəkarlığın süqutu

Hələ XX əsrdən etibarən Qərbin bir çox tədqiqatçıları- V.Hans, X.Smit, D.Kniş, K.Nortrop özlərinin fəlsəfi-elmi tədqiqatlarında Şərqin rasionalizmdən, hadisələrə realist yanaşmadan uzaq olduğunu qeyd edərkən buna qarşı Şərq xalqları arasında ən böyük etirazı fəlsəfi- fikir mühitində heç bir xidməti olmayan azərbaycanlı tədqiqatçılar etdilər desək yanılmarıq. Yazımın əsas məqsədi də həmin tədqiqatçılarımızın mühafizəkar mövqedən yanaşın gətirdikləri əks arqumentləri (əgər bunlara arqument demək olarsa) oxucuların diqqətinə çatdırmaqdır.

 
 
1.Ad qoymaq
 
İlk öncə qeyd etməliyəm ki hələ Sovet vaxtından istər ədəbi istərsədə fəlsəfi- elmi arenada istənilən adam öz fikirlərinin yeniliyi və fərqliliyi ilə seçilirdisə ona ad qoyub ləkələmək, gözdən salmaq adi hal hesab olunurdu. “Burjua şair” , “burjua yazici”, “burjua filosof” və s. Bütün bunlar o dövrün yazıcı və filosof hesab etdiklərimizin yaratdığı neoənənə idi ki, bu hal-hazirda siyasi mühitin dəyişməsindən asili olaraq hələ də öz mövcudluğunu qoruyub saxlayır. Yuxarıda adlarını cəkdiyim bir çox Qərb tədqiqatcısı hələ o dövrdə “burjua filosofu” adlandirilirdisa indi isə onlara “Avropamərkəzci”liyi (avrosentrik) edən filosof-tədqiqatci adlarını verib onları gözdən salmağa, ləkələməyə çalışır, özləri ixtisasları sahəsində heç bir iş görmədikləri halda onları subyektivlikdə günahlandirirlar. Bu “ad qoymaq” onların görəcəyi ilk işdir 
 
2. Müqayisə metodu
 
Fəlsəfə sahəsində bu metod ən əhəmiyyətli metod sayılır.Belə ki, həqiqətə çatmağa çalışan istənilən insan bu metoddan mütləq istifadə etməlidir, lakin bu metoddan yanlış istifadə etmək əks nəticələr də verir. Bundan yanlış istifadəni ya qəsdən, ya da bilməyərəkdən həmin mühafizəkar tədqiqatçilarımız edir. Belə ki, onların təbirincə desək “Avropamərkəzci”liyi edən tədqiqatcilara qarşı elmin bir çox sahələrində yeniliklər edən orta əsr müsəlman alimlərinin Ömər Xəyyamın, ibn Sinanın, əl Fərabinin, ibn Xəldunun nəaliyyətlərini qoymaqla və şişirtməklə guya intibah və yeni dövr Avropa alimlərinin  əldə etdikləri  nəaliyyətlərin bir çoxunun plagiat olduğunu heç bir utanma hissi kecirmədən gənc nəslə ötürməyə çalışırlar. Lakin yeni formalaşan gənclik yavaş-yavaş mütaliə edib öyrəndikcə və müqayisə metodundan istifadə etdikcə onların əsaslandirmağa calışdıqlarının necə əsassız olduğunu çox rahatlıqla görə bilər. Həmin gənclik hec vaxt eyni dövrdə və fərqli mühitdə  yaşayan Molla Pənah Vaqiflə Monteskyö, İ. Kant  arasında müqayisə apararkən heç vaxt istibdad və mütləqiyyətdən qurtuluş yolunu göstərən bu sahədə əsərlər yazan Monteskyönü, təbiətin qanunauyğunluqları və cəmiyyətin etik normalarinin dəyişdirilməsi yolunda calışan İ. Kantı bir kənara qoyub Kür qırağında qadinların paltarlarına şeirlər həsr edən  M.P.Vaqifi, ya da dövrünün insanlarının dindən uzaqlaşmasına gileylənən M.V.Vidadini üstün tuta bilməz.  Yeni formalaşan gəncliyin bu mühafizəkar tədqiqatciların qarşısına qoyduğu bu muqayisə metodundan yaranan sual qarşısında onların verdiyi cavab - “o dövrdə xanlıqlara parcalanmış ölkəmizdə Kant kimi, Monteskyö kimi alimlərin- filosofların yaranması mümkünsüz idi” “arqumenti” olur. Lakin onlar unudurlar ki, bizim xanlıqlardan da çox böyük hissələrə parçalanmış Prrusiya dövlətində neçə-neçə Kantlar, Hegellər, Feyrbaxlar yetişmişdi.
 
3. Tərcümə ənənəsi
 
Mühafizəkar tədqiqatçıların əks arqumentləri sirasında ən əsaslarından biri də orta əsr müsəlman Şərqində mövcud olan “tərcümə ənənəsi” nin olmasını göstərmələridir. Onların fikrincə orta əsrlərdə güya kilsə tərəfindən  Avropada istənilən antik dövrün filosofunun əsərləri yandirilib məhv edilib. Həmin əsərləri avropalılardan müsəlman şərqlilər satın alib tərcümə etməklə mühafizə etmişlər. Yenə sual yaranır əgər həqiqətən belə bir hadisə mövcud idisə müsəlmanlar necə həmin əsərləri ala bilirdi. Əgər kilsə həmin əsərlər vasitəsilə xalqlarin aydinlanmasını istəmirdisə və buna görə onları yandirib məhv edirdisə, nə səbəbə əqidələrinə zidd olan rəqibləri sayilan müsəlmanlara həmin əsərləri satırdı ya da satılmalarına imkan yaradırdı? Məgər onlar bilmirdilərmi ki həmin əsərlər vasitəsilə rəqibləri aydinlanacaq və inkişaf edəcək? Məgər hansi düşmən öz düşməninin inkişafini istər?
 
Tutalım müsəlman şərqlilər həqiqətən həmin əsərləri mehafizə edib qərblilərə ötürmüşlər bəs niyə görə yenidən bu günümüzdə belə həmin ənənə özünü az da olsa göstərmir? Əgər bu tərcümə ənənəsi orta əsr şərq xalqlarını tərəqqi etdirmiş olduqlarını bildirən həmin mühafizəkar tədqiqatcilarımız niyə  həmin ənənəni canlandirmaq yönündə zərrə qədər də olsun calışmır? 
 
Səbəbi göz önündədir ,çünki həmin orta əsr müsəlman Şərq mütəfəkkirlərinin orijinal ərəb- fars versiyaları həmin dilə mənsub xalqları az da olsa müasir dövrdə irəli apara bilməmişdir. Bunaları görən həmin tədqiqatcilarımız arqument kimi göstərdikləri Şərq mütəfəkkirlərinin gənc nəsil tərəfindən oxunduqdan sonra yalanlarının ifşa olunacaqlarından qorxurlar. 
 
Onların öz nüfuzlarını qorumaq  yönündə apardıqları mübarizə gec-tez çökəcək çünki heç bir dövrdə heç bir zaman köhəlmiş, qoxumuş fikirlər, düşüncələr öz hakimliyini əbədi qotuyub saxlaya bilməyiblər. Onları mühafizə edənlər də mühafizə etdikləri düşüncələrlə birgə tarixin səhifələrinə xatırlanmamaq üzrə  gedəcəklər.
 
 
Tural Metesoy
 
Kultura.az
Yuxarı