post-title

“Rus faciəsi”

Böyük Azərbaycan filosofu Asif Ata ilə təqdim etdiyim bu söhbəti 1994-cü ilin sentyabrın 22-də almışam. Əvvəlcə rus xalqının tarixi, psixologiyası barədə müsahibə rus dilində baş tutdu və “Exo Sumqait” qəzetində dərc olunmuşdu. Sonradan Asif Ata ilə məsələyə olan marağı nəzərə alıb, öz dilimizdə də söhbət etdik. Söhbətin üstündən 18 il ötməsinə baxmayaraq? qaldırılan problemləri nəzərə alıb yenidən dərc etməyi düşündüm.

 

- Möhtərəm Asif Ata, rus xalqının tarixi nə zamandan başlayır?

- Rus xalqının tarixi əslində XIII əsrdən başlayır. XIII əsrə qədər indiki Rusiyada, yəni rus steplərində bir nəfər də olsun rus yox idi. Mənşəcə və etnik nöqteyi-nəzərdən ruslar Şərqi slavyanlar qrupuna daxildirlər. XIII əsrə qədər onlar Oder ətrafında yaşayırdılar, almanlarla qonşuydular, həm də hardasa qaynayıb-qarışmışdılar. XIII əsrdən əvvəl rus steplərində iki xalq yaşayırdı. Bir-biriylə çox bağlı o xalqların biri finlər idi, digəri qıpçaqlar. Yeri gəlmişkən deyim ki, türklər finlərlə hunların birləşməsindən əmələ gəlib. XIII əsrdə ruslar rus stepləri adlanan məkana gəldilər və tədricən öz xüsusiyyətlərinə görə qıpçaqları da, finləri də əritməyə müvəffəq oldular. Beləliklə də, rus əvvəlki oder rusluğundan və sırf  Şərqi slavyanlığından da çıxdı. Və dərinə getsən rus hardasa bir az da findir, bir az da qıpçaqdır. Bax, bunun özü də xüsusi bir məsələdir. XIII əsrdən onun tarixi başlandı və bu tarixin əsas cəhətlərindən biri o oldu ki, steplərə yiyələnən ruslar özlərinə hakim axtarırırdılar, özlərində hakimlik tapmadılar və məcbur oldular ki, varyaqlara, yəni skandinaviyalılara üz tutsunlar. Onların ilk knyazları, İvan Qroznıya qədər olan knyazları Skandinaviya mənşəlidirlər. İvan Qroznı isə həm skandinaviyalı, həm də tatardır. Bu da yenə xüsusi bir məsələdir, o mənada ki, tatarların rus həyatında rolunu nahaq yerə yalnız mənfi hesab edirlər. Bu dəhşətli bir mənfi hadisə idi. Eyni zamanda, həm də etnik cəhətcə rusun genişliyinə, hərtərəfliliyinə müəyyən mənada müsbət təsir göstərə bilmişdi. Xoşbəxtlik orda oldu ki, Skandinaviyadan gələnlər ruspərəst oldular, rusu çox sevdilər. Hər halda rus patriotizmini Skandinaviya patriotizmi yaratdı.

- Rus psixologiyası haqqında...?

- Rus xalqı haqqında nələr yazılmayıb, nələr deyilməyib. Onun haqqında Dostoyevskinin, Berdyayevin fikirləri var. Lakin bu fikirlərlə tam razılaşmaq olmaz. Nə deyirdilər rus psixologiyası haqqında?... Yumşaqlıq, passivlik, hətta Berdyayev bunu qadınlıq adlandırırdı. Eyni zamanda, qeyri-aktiv bir xalq, yaxud hardasa gözlənilməz bir xalq, itaətkar... Ancaq mənə görə rus xalqının psixologiyası faciəvi psixologiyadır, rus xalqı faciəvi xalqdır. Onun faciəsinin əsas səbəbi ondan ibarətdir ki, o mahiyyət etibarı ilə dünyaya uyğunlaşan bir xalq deyil. Onda lazımi qədər müəyyənlik yoxdur. Bu xalqın standart qəlibləri yoxdur, bu xalq müəyyən bir qəlibə sığmır. Bu xalqın daxilində hədsiz dərəcədə bir dilemizm var, gözlənilməzlik də elə onunla bağlıdır. Bu xalq haqqında qəti söz demək olmur. Almanlar olduqca güclü, möhkəm, təşkilata meyl eləyən, çox intizamlı, həm də mistik bir xalqdır. Birdən Hegeli verir, birdən Bismarkı, ikisini də bəzən bir vaxtda verir. Amansız və sentimentaldırlar. Xalq o zaman xoşbəxt olur ki, o cəmiyyətdə bir müəyyənlik olur. O müəyyənlik ruslarda heç zaman olmayıbdır. Ruslar qeyri-müəyyən bir xalqdır. Lakin onun psixologiyasında biclik yoxdur, hakimiyyətə meyl eləmək yoxdur, hardasa rus psixologiyası  anti-yəhudi psixologiyasıdır, bunu da unutmaq olmaz. Yəhudilik ümumən götürdükdə biclik və hakimiyyətçilik psixologiyasıdır. Rus psixologiyası isə əsas etibarı ilə, əgər belə ümumi şəkildə götürsək, bu iki cəhətin heç birinə uyğunlaşmayan bir psixologiyadır. Rus psixologiyasında isə özündən kənardakını, özgəyə, allaha və s. və i.a münasibətdə, müəyyən bir yumşaqlıq var. Mən təslimçilik demək istəmirəm. Çoxları rusların psixologiyasını hindlilərlə müqayisə edir. Az qala nirvanaya gətirib çıxarırlar, doğru deyil. Bir var nirvana fəlsəfəsi, bir var imperativ kimi, dünyanı dərk edirsən, başa düşürsən ki, bu, heçdir. Bir də var passiv instinkt. Gözünü açan gündən səni ram eləyirlərsə, səni özgələşdirirlərsə, sənə özgə hakim olursa, səndə iradə atrapiya olur. Amma elə xalq var ki, onda trapiya olur. Ona görə də lap belə instinkt səviyyəsində Hind ruhu ilə rus ruhu arasında fərq çox böyükdür. Fərq yalnız zahiridir. Orda Budda verdi bunların hamısını, o cümlədən passivliyi. O ki qaldı böyük mənada, mədəniyyət nöqteyi-nəzərindən yanaşdıqda, bəli, Hind ruhu ilə Tolstoy ruhu bir şeydir. Bütün Tolstoyun əsas ideyası budur ki, bir həyat var, bir də əsl həyat. Napeolon heçdir, Nataşa hər şeydir. Bütövlükdə Tolstoyu Tolstoy edən Jan-Jak Russo olmadı, Hind ruhu oldu. Tolstoyçun əsərlərinin hamısı gəlir çıxır Hind fəlsəfəsinə. Knyaz Andrey ölüm ayağında göyə qalxdı, gördü ki, onun bütün həyatı heç nəymiş. Nə adyutant, nə filan... Nəhayət, yaxşı bilmək lazımdır ki, rus imperiyasi anti-rus imperiyasıdır. Bu məsələdə birləşməliyik, rusu atmaq lazım deyil, rusla birləşmək lazımdır. Qoy, o bilsin ki, imperiya ona heç nə vermədi, bilmir axı... İmperiya onu zahirən, yalandan böyütdü, əslində məhv etdi, onun genlərini dəyişdi. Əslində, “Yevreyskaya Rossiya” oldu. Gör, son vaxtlar yəhudilər necə həyasızlaşıblar ki, ORT-də rus xalqını biabır edirlər, kino yayımlayırlar, ingilis filmi, filmdə bir zabit rusa “russkaya svinya” deyir.

- Bəs rus xalqı və rus siyasətindəki fərqliliklər, ortaq məqamlar varmı?

-Rus xalqı ilə rus siyasəti arasında yerlə-göy qədər fərq var. Daxilən mən Berdyayevlə razıyam, qeyri-dövlətçi olan bir xalq dünyanın ən böyük dövlətini yarada bildi. Rus dünyaya gəlib ki, yaşasın, rus dünyaya gəlib ki, özünü təsdiq etsin, xəyalda təsdiq etsin. Onun arzusu təzə bir dünya  yaratmaqdır. Xəyalında o dünyanın ona kimsə verməlidir. Rusun qəti məqsədi deyil ki, dünyanı dəyişdirsin. Belə bir xalq dünyanın yarısından çoxuna sahib oldu, faciə bundadır. İmperiya yaratdı, guya yaratdı. Budur faciə! Rus xalqı özünə uyğun olmayan iş gördü. Bax, rus xalqının öz faciəsi var ki, bunu da yenə biz özümüz deyirik, heç kəs deməyibdir. Rus xalqının qəti məqsədi deyildi ki, (hətta assimilyassiya eləyəndə belə) imperiya yaratsın. Mahiyyət etibarı ilə rus xalqı qədər anti-imperialist xalq, yazıq xalq, bədbəxt xalq, başıaşağı xalq, itaətçi xalq, öz dərdini unudan xalq yoxdur... Amma imperiyanı yaradan da bu işi onun əli ilə gördü. Bax, budur mənim zənnimcə səhərdən-axşama qədər deyilən həmin “rus fenomeni”, mənim zənnimcə, budur.

- Rus xalqı və Qərb məsələsi...?

- Rus xalqı özünü əcnəbilərə qurban verən xalqdır. Bu cəhətdən rus xalqının psixologiyasındakı əsas cəhət odur ki, bu xalq dəhşətli dərəcədə əcnəbi sevən xalqdır. Rus millətçiliyi heç yaşamayıb, xalqın içində heç nə yoxdur. Və bu cəhətdən rus xalqının psixologiyası ona görə qeyri-müəyyən oldu ki, rus psixologiyası aşkara çıxa bilmədi. Elə bil ki, öz psixologiyasından əl çəkməli oldu. Bir az tarixi faktlara baxaq: deməli, elə ki, ruslar birləşdilər, assimiliyasiya elədilər, təkrar edirəm, assimiliyasiya söhbəti imperializm söhbəti deyil, tamam ayrı şeydir. Məlum oldu ki, bunlar özlərindən şah seçə bilmirlər, hər şey var, belə bir ölkə yaranıb, amma buna başçı yoxdur. Elə bir adam yoxdur ki, onlara başçı olsun. Hakimiyyət psixologiyası yoxdur, dövlətçilik psixologiyası yoxdur, amansızlıq yoxdur, qüdrət yoxdur və s. Berdyayevin qadınlıq dediyi şey qoymayıbdır bu cəhətlərin inkişaf etməsini. Skandinaviyadan həmin o varyaqlar gəldilər və varyaqlarla rus dövlətçiliyi başladı, həm də varyaqlarla əcnəbiçilik başladı, bu gün də davam edir. Rus nə vaxt rus olub ki?! Eh yazıq rus! Düz Romanovlar dövrünə qədər varyaqlar oldular, Skandinaviyadan gəlmişdilər, onların arasında isveçlər də, danimarkalılar da, norveçlər də var idi. Beləliklə, düz İvan Qroznıya qədər rus dövlətini varyaqlar yaratdı. İvan Qroznıy da ana tərəfdən tatar idi, ata tərəfdən varyaq. Elə ki, Boris Qodunovun uşağı qalmadı, birini özü öldürdü, o biri də dəli oldu, Fyodr.  Bütün faciələr ondan sonra başladı. Axtardılar-axtardılar Prusaklı Romanovu tapdılar, o da alman oldu. Və almanlarda olan imperializm, dövlətçilik, “dünyanı biz idarə edəcəyik” kimi “Russkoe delo” fəlsəfəsi alman psixologiyasıdır. Təsəvvür edirsənmi, bu necə xalqdır, necə bədbəxt xalqdır. Puqaçov kimiləri o deməkdir ki, biz də varıq, instinkt şəklində. Puqaçov məcbur olub özünü və camaatı aldadır ki, üçüncü Pyotrdur... Bir sözlə, mənim fikrimcə, rus xalqı o xalqdır ki, öz ölkəsində bir saat da özü olmayıbdır. Başqa bir məqam da odur ki, rusların bu əcnəbiçiliyi tədricən gətirib çıxartdı güzəran əcnəbiçiliyinə. Əvvəllər o rus – slavyan ki, var idi, onun ailəpərəstliyi çox güclü olubdur. Onlar almanlara yaxın olduqca, oder hissələrində, onun tarixində var... Lakin təəssüf ki, o almançılıq, əcnəbiçilik, ruslar “nemeçina” deyirlər, bu “nemeçina” onları təməlindən ayırdı. Və namus, qeyrət məsələsində əvvəlki möhkəmlik, yaxşı mənada qanunçuluq çox azaldı. Bu əcnəbiniçiliyin bir cəhəti onda oldu ki, rus xalqı özünü hədsiz dərəcədə tək hiss etdi, yalqız hiss elədi və buna görə də kimə gəldi ərə getdi, kimi oldu aldı. Bunu beynəlmiləlçilik adlandırlrlar, bu, beynəlmiləlçilik deyil və yaxşı yaşayışdan irəli gəlmirdi. İndi yalnız ucqar yerlərdə rusun o əvvəlki mahnıları qalıb. Musiqisinə, fəlsəfəsinə, ədəbiyyatına əcnəbiçilik hopubdur. Bunun özü bir fəlakətdir. Bununla bərabər bu bədbəxt millət yeri gələndə unudur hər şeyi: öz dərdini də, planını da. Çətin məqamlarda ölümə də gedir, vətənini qoruyur və Qərb başa düşmür ki, bu nə millətdir. Nədən ötrü ölürsən a bədbəxt, hansı günündən ötrü ölürsən? Stalin sənə nə verdi, Lenin sənə nə verdi, Pyotr sənə nə verdi? Amma ölür də. Bu da rus xalqının bir cəhəti. Ona görə biz rus xalqına pis münasibət bəsləməməliyik.

- Rus xalqı və din...?

- Rus xalqının fəlakəti onda oldu ki, imperiyaya uyğunlaşdı. Bax, provaslav kilsəsi bu məsələdə imperiyaya xeyir verdi. Və üçlük yarandı: Xalq, çar və provaslav kilsəsi, yalançı birlik. Bundan sonra onda olan o yumşaqlıq, passivlik, yuxarıda dediyim o dəhşət bir az da artdı və xalq tamamilə dəyişdi. O slavyanlardan nə qaldı... Rus xalqı “mujik” idi, rus xalqı romalı deyildi. Romada hər bir romalı Allah idi, imperialist idi, hər bir balaca romalı böyük idi, o qalxmışdı, “velikaya nasiya” idi. Ruslarda harda idi “velikaya nasiya” ki, səhərdən axşama qədər araq içirdilər. Və burda dəhşətli, faciəvi bir dialektika əmələ gəldi. Bunu belə açıq şəkildə deməyiblər, biz bunu deməliyik. Rus xalqı imperialist xalq olmadı, imperiya böyüdükcə rus xalqı balacalandı, hətta rus şovinizmini belə əcnəbilər yaratdı. Və burda dvoryanlıq xüsusi yol oynadı, dvoryanlığın da əsas hissəsi əcnəbilər idi. Dvoryanlar çarın ətrafı deməkdir və onlar xalqı yaxşı aldada bildilər, yaxşıca əldə saxladılar və həmin dövrlərin heç birində xalq heç nə qazanmadı. Yaxşı, Finlandiyanı aldın, rus kişisinə bunun nə xeyri oldu? Heç bir xeyri olmadı. Sən XX əsrin əvvəllərinə qədər “krepostnoy” idin, rus kişisi! Bu o demək idi ki, mülkədar öz itinə kəndlisindən yaxşı baxırdı. Bunlar hamısı Fransa inqilabından sonradır.
 
- Rus xalqının sabahı Ata görümündə? 

- Rusiyanın sabahını mən belə görürəm ki, özünün faciəsini dərk etsin, əgər xalq dərk etmirsə, ziyalısı dərk etsin. Ona imperiya lazım deyil. Ona “Russkaya delo” lazım deyil, ideologiyası, inamı olmalıdır. Bu inamın canı ondan ibarət olmalıdır ki, özünəməxsus olan nəyi varsa, saxlamalıdır və əcnəbiçilikdən əl çəkməlidir. Çox təəssüf ki, onu təzədən Qərbçiliyə aparırlar. Rusiyanın fəlakəti bizim fəlakətimizə çox oxşayır. Hərçənd, Azərbaycan xalqı başqa xalqdır. Burada bir incəlik var, istəyirəm ona toxunam, bir tərəfdən rus imperiyası, bir tərəfdən də rus imperiyasının Qərbçiliyi. Təxminən bir neçə əsrdir ki, Qərbçilik əmələ gəlibdir, Rusiyanın sabahını mən Qərbə qarşı döyüşdə görürəm. Rusiyanın özünəməxsus yolu olmalıdır, rus imperializmindən əl çəkməlidir. Rusiya öz əqidəsini yaratmalıdır, tam özümləşməlidir. Onda o Azərbaycan və başqa xalqların dostu ola biləcək. Nə qədər ki, rus xalqı imperiyaya xidmət edir, istəmədən o bizim düşmənimiz olur. Amma biz ona düşmən kimi baxmamalıyıq, onu başa düşməliyik, o yazığın fəlakətini. Mən belə anlayıram! Düşünürəm ki, rus xalqının başqa əlacı yoxdur, əgər dünya bu cür getsə, əgər Jirinovskinin yoluyla getsə, imperiyaya qoşulsa, ya da ki, Yeltsinin yoluyla gedib Qərbin əyalətinə çevrilsə, məhv olacaq. Nə qədər içmək olar...? SSRİ effektli, ideoloji böyüklükdən başqa rus xalqına nə verdi? Rus xalqının özünəməxsus nəyi varsa, hamısı itdi və  Soljenitsın kimi adamlara imkan verdi ki, “rus özünü başqalarına fəda verdi” deyə bildirsin. Bu, qələtdir! İndi təzə bir “fəlsəfə” də var: ruslar özlərini fəda verdilər azərbaycanlılara, gürcülərə, nanəciblərə və onlar da təpik atırlar, bu da axmaqlıqdır. Özünə xeyir verməyən xalq kimə xeyir verə bilər? Mən belə başa düşürəm!

Müsahibəni aldı: Elli Atalı 

24 sentyabr, 1994-cü il.

 

Yuxarı