Kultura.az на русском
Video
Turan
Contact
Arxiv
Səsvermə
Azərbaycan dünyadan nə istəyir?
Ədalət və məhəbbət
Qarabağın qaytarılmasını
Qız qalasına heyranlıq
Azərbaycan həqiqətlərini əxz etməsini
Dolma və Sarı gəlinin bizimki olduğunu bilməsini
Canına azzar istəyir



Nəticələr

Cəmi səslər 4407

Səsvermənin arxivi
"Yaxşı oğlanın bacısı" əslində necədir?
İyul 25, 2012
Günel Mövlud "Yaxşı oğlanın bacısı" yazısında "yaxşı oğlanın bacısı"nın əslində necə olmalı olduğunu göstərmişdir. Mən isə bu cavab yazımla "yaxşı oğlanın bacısı" necə olduğunu göstərəcəyəm. Günel qaydaları göstərib, amma mən qaydadan kənara çıxmaları və faktiki vəziyyəti göstərəcəyəm.

 

"Yaxşı oğlanın bacısı" qaşını yalnız strateji nöqtələrdən almır. Məsələn, göz qapağının üstündəki tükləri götürmək olar. Bu tükləri götürməklə “yaxşı oğlanın bacısı” dövlətimizin balanslı siyasətinə sadiq qalır. Çünki bu halda qaş almağın tərəfdarları qıza baxıb “qaşının alındığı bilinir, əl gəzdirir” deyərək, qaş almamağın tərəfdarları isə “altdan alsa da, ümumiyyətlə qaşı olduğu kimi durur” deyərək, haqq qazandırırlar.

"Yaxşı oğlanın bacısı" saçını demək olar ki, heç vaxt qısaltmır, qəhbə rəngləri olan açıq sarı və al qırmızı rənglərdən saçında istifadə eləmir, minimum 12 santimetrlik kabluk geyinir (xüsusən də McDonald’s-a gedəndə), qardaşının (yəni həmin yaxşı oğlanın) dostlarının, məhlə uşaqlarının yanından bu geyimdə keçmir, keçəndə də salam vermir; döşlərinin yarığını azca da olsa göstərir, xüsusən də döşarası tüklərinin olduğunu nümayiş etdirir.

"Yaxşı oğlanın bacısı" şəhərdə qalırsa, məktəbi bitirib universitetə, uzaqbaşı texnikuma-zada girir; rayonda qalırsa, mütləq öz rayonunda, uzaqbaşı 100 km radiusdakı (uzaqda olmaz) qonşu rayonda bağça müəllimliyi, tibb bacısı-filan oxuyur. 6-cı sinifdən sonra məktəb çantasını 40 yaşlı qadınların hamam çantasına dəyişir. Məktəbdən sonrakı təhsilində çanta qəfil kiçilib əyləncə gecələrində rəmzi olaraq götürülən 10-15 santimetrlik çantalara çevrilir.

"Yaxşı oğlanın bacısı" sayta girə bilər, amma məhdudiyyətlərlə. Məsələn, facebook-da yalnız parolu qardaşında (yəni həmin yaxşı oğlanda) olan halda girə bilər, profil şəklinə əvvəllər cizgi film qəhrəmanlarının, çiçəklərin, şəlalələrin, dəhşətli dərəcədə romantik təbiət mənzərələrinin şəkillərini, daha sonra laaap uzaqdan, keyfiyyətsiz çəkilmiş kollektiv şəkillərini, daha sonra özünün əlinin içinin, ayağının altının, barmağının ucundakı xalının şəkillərini, ondan sonra gözünün həddən artıq yaxında çəkilmiş şəklini profil şəkli edir. Ümumiyyətlə, "yaxşı oğlanın bacısı"nın facebook macəraları bir ayrı roman mövzusudur.

"Yaxşı oğlanın bacısı"nın telefonunun ekranında artıq türk müğənnilərinin, artistlərinin yox, ABŞ-ın ən düşük pop müğənnilərinin şəkilləri olur. Xüsusən də, Biber kimi uşaqsifət birinin şəklini qoyub, soruşan olanda “Ussss. Şirindir, şirin. Ölürəm də ondan ötrü” deyir.

"Yaxşı oğlanın bacısı"nın daim seriallara baxır. “Russkoyazıçnı” olanda türk seriallarını söyür və söyə-söyə bütün ssenarini, o cümlədən ssenarinin gələcək inkişaf perspektivlərini danışır.

"Yaxşı oğlanın bacısı" qardaşından gizli görüşə çıxdığı bütün oğlanların ayaqlarının arasına və “Bəxt üzüyü”ndəki zarafata görə burnuna baxıb gözəyarı penisinin uzunluğunu ölçməyə çalışır və eyni zamanda özünün ən ağır qəbzliyə necə dözməsini xatırlayır. Belə görüşlər adətən anal sekslə bitir və "yaxşı oğlanın bacısı" bu nəcis iyli xatirələrini ömrünün ən qubarlı səhifələrinə göz yaşları ilə həkk edir, gələcəkdə evlənəndə ərinin yanında “Bu başıbatmışa qədər mən də birini sevirdim” deməyi ilə özünü qadın hüquq bərabərliyinin parlaq müdafiəçisi, qatı feminist kimi görür, ailələrini “bizdə demokratiyadır” kimi təqdim edir.

"Yaxşı oğlanın bacısı"nın eyni lifçikləri paylaşdığı rəfiqəsi onun anal xatirələrini bilməyən kimi aparır özünü. Hər ikisi bir-birinin gözündə kişi cinsinə qətiyyən ehtiyacı olmayan, super frigid kimi təqdim olunur, amma hər ikisi də bilir ki, gecələrin masturbasiyası zamanı nəinki adi kilşilər, erkək eşşəklər də fantaziya sərhədlərinə daxil olur.

"Yaxşı oğlanın bacısı" porno saytların istənilən bölməsinin adı çəkiləndə bu sözü işlədən adamı “tərbiyəsiz, ana-bacısının yanında söyüş söyən” elan etməlidir. Məsələn, “gang-bang”, “cumshot”, hətta “hentai” kimi sözlər belə onları özündən çıxmağa məcbur edir. Sual ediləndə ki, “bu sözləri hardan bilirsən”, cavab verir ki, “sənin bacına belə sual versələr, neynəyərsən”.

"Yaxşı oğlanın bacısı" kiminsə yanında pornoya baxası olsa, özünü iyrənmiş kimi göstərir, penisi dünyanın ən mundar bir şeyi hesab edir, amma bakirəliyin qorunması istiqamətində fəaliyyət çərçivəsində bu “ən mundar şey”in damağı ilə kontaktına etiraz eləmir.

Bir də "yaxşı oğlanın bacısı" ən azı 1 dəfə tikilmiş olar.

Zaur Qurban

Kultura.Az


Portalın seçimi
05 Aprel, 2013
Göydən yerə
30 Dekabr, 2012
Dövlət nədir?
Müəllifin digər məqalələri
Второе высшее образование в Москве, полученное здесь, Вам несомненно пригодится. .
Tamga
  Site by Jeykhun Imanov Studio